Məşhur italyan heykəltaraşı Donatello və onun sənətkarlıq nümunələri

1

Əsl adı Donato di Nicolo Betto Bardi olan məşhur italyan heykəltaraşı 1386-cı ildə Florensiyada anadan olmuş, 1466-cı ildə vəfat etmişdir. Donatello Renessans dövrünün görkəmli sənətkarlarındandır. Florensiyalı Donatello heykəltaraş olaraq tanınsa da, bununla bərabər rəssamlıq, memarlıq və zərgərliklə də məşğul olmuşdur. İtalyan heykəltaraşlarının bir çoxu kimi o da ilk öncə zərgərlik sahəsinə yönəlmişdir.

İtalyan renessans dövrünün öndə gedənlərindən hesab olunan memar və mühəndis Filip Brunelleski (Filippo Brunelleschi) ilə işləməyə başlamış və birlikdə həmin dövr binalarının forma və ölçülərini hazırlayaraq şəhərə hələ də hökm sürən havanı, gözəlliyi qatmışlar.

1401-ci ildə Florensiya Vəftizxanasına ikinci qapı açılması üçün yarışma elan edildi və Brunelleskii uduzdu. Yarışmanı isə Donatellonun daha sonra yanında birgə işləyəcəyi Lorenzo Ghiberti qazandı. Donatello heykəltaraşlığı elə onun emelatxanasında öyrənmişdi. Bu dövr ərzində Donatello yalnız Florensiya kilsəsi adlandırılan Santa Maria del Fiore kilsəsi  və Orsanmikele  (Orsanmichele ) üçün heykəllər hazırlayırdı. O, heykəl hazırlayarkən mərmər, tunc və bişmiş torpaqdan istifadə edirdi.

1406-cı ildən sonra Donatello kilsənin Mandorle qapısı üçün iki peyğəmbər İlk Davud (1408-1416) və bişmiş torpaqdan nəhəng Yuşa heykəlini (1409-1412) düzəltdi . Yuşa heykəli bir müddət sonra itkin düşdü. Aziz İohanna (1411-1415) heykəli isə Mikelancelonun Musasının müjdəçisi hesab olunur.

Bundan başqa, heykəltaraş Orsanmikele üçün qoruyucu həvarilər seriyası hazırladı. Florensiyalı gildiyalar hesabına hazırlanmış bu bu heykəllər bayır divar hücrələrinə (oyuqlara) yerləşdirildi.

Müqəddəs Mark Giorgio heykəlləri də sənətkarın məşhur əsərlərindəndir.

Müqəddəs Giorgi
Müqəddəs Mark

                                       

Donatello İlk Davud heykəlinin hazırlanmasına 1408-ci ildə başlamışdı. Heykəl mərmərdən hazırlanmış və olduqca təbii görünüşə malikdir. Davud heykəli müqəddəs kitabda adı hallandırılan gənc qəhrəmanın düşməni Kalutu (və ya Golyat) məğlub etməsindən sonrakı halını canlandırır. Boyu 191 sm ölçüsündə olan bu heykəl antik dövrlərdən indiyə kimi olan heykəltaraşlıq tarixinin ən görkəmli əsərlərindəndir.

1440-cı illərdə hazırlanmış ikinci Davud heykəli isə bürüncdən hazırlanmış təxminən 158 sm boylarındadır. İlk baxışda tamamilə çılpaq görünən heykəldə daha sonra kənarları çiçəkli şapka və bir cüt çizmə nəzərə çarpır. Bu heykəldə qadına bənzər bir sıra özəlliklər var. Baxışlarından əlini belinə qoyuşuna kimi qadına bənzər formada düzəldilmiş heykəlin arxasında belinə qədər uzanan uzun saçları var. Heykəlin bu xüsusiyyətləri mübahisələrə yol açmış, bəziləri Donatellonun Davudu homoseksual olaraq ifadə etmək istədiyini irəli sürmüşlər. İkinci Davud heykəli Medici ailəsinin sifarişi ilə düzəldilmişdir. İlk öncə onların həyətinə yerləşdirilmiş, daha sonra isə Signoria ailəsinə satılmışdı. Hal-hazırda hər iki heykəl Bargello müzeyində saxlanılır.

        

Heykəlin mövzusu Davud peyğəmbərin Golyat (bəzi yerlərdə Calut) ismiylə tanınan divlə olan duelini əks etdirir. Caluta meydan oxuyan cəsarətli Davud onu məğlub etmiş və kəlləsini qılıncla kəsərək ayağının altında saxlamaqdadır. İlk heykəldə qılınc olmasa da, İkinci Davud heykəlində qılıncın olduğu görülür. Ayaqlarının altındakı dəfnə yarpaqlarından olan çələng isə zəfəri təmsil edir.

Donatellonun peyğəmbərlər seriyasının ən vacib fiquru xalq arasında Zuccone adı ilə tanınan Habakkuk heykəlidir. Bu fiqur Donatellonun naturalist izahının kulminasiya nöqtəsidir.

İşıq və kölgə Donatellonun sənətində əsas ifadə vasitəsidir. 1420-1430-cu illər arasında Donatellonun üslubunun daha da inkişaf edir. Qabartmalarında işıq və kölgə oyunları ilə canlılıq qazanan məkan anlayışı getdikcə daha inandırıcı formaya çevrilmişdir. Bu dəqiqlik Antik dövr klassik əsərlərinin sistematik formada incələnməsi zamanı fərqinə varılıb. Riyazi dəqiqliklə təbii müşahidələrə əsaslanan müəyyən ölçülü bir həqiqət anlayışının birləşdirilərək bir formaya salınması onun 1430-cu ildən sonrakı sənətkarlıq nümunələrinin əsas xüsusiyyətlərindəndir.

Yalnız Donatellonun deyil, Renessans dövrünün ən önəmli əsərlərindən hesab olunan Gattamelata Venesiya Condottieresi Erosmo da Narninin at üzərində olan heykəlidir. Bu heykəl Venesiya senatorunun istəyi ilə hazırlanmış və Donatellonun digər əsərlərindən fərqliliyi ilə seçilir. Bu heykəl qəhrəmanlıq xüsusiyyətlərinin vurğulandığı nəhəng Roma imperatorunu əks etdirir.

  

Donatellonun Florensiyada keçirdiyi son illərindəki üslubu təbiilik canlılıq xüsusiyyəti daşıyır. Qabaca işlənmiş fiqurlar reaksiyaları dilə gətirən şiddətli əl-qol hərəkətləri ilə əks olunur. Onun əsərlərində təbiiliklə klassiklik anlayışının bütövləşdirilmiş canlılıq, dinamiklik xüsusiyyəti daşıyan bir ifadə forması ilə renessans dövr sənətkarlığında bir dönüş nöqtəsi yaratmışdır.

 

 

          The Jeremiah

 

 

 

Maria Magdalena (1453-1455)

 

         The Prophet Joshua

 

 

 

Mənbələr:

Donatello ve Davut heykeli

Donatello- Edebiyat ve Sanat Akademisi

Donatello

 

Redaktə elədi: Şəfiqə Babayeva

 

 

 

 

 

 

 

 

 

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin