Əsrlər boyu insanları ölüm düşündürmüş və ölümsüzlüyün sirrini tapmaq istəmişlər.İnsanın qocalması haqda buradan oxuya bilərsiniz,bu günki mövzumuzsa ölümsüzlükdür.Müasir elm insanın orta həyat dövrünü artırmışdır,lakin ölümsüzlük hələ üfüqdə belə görünmür.Elmi tədqiqatlar arasında 3 yol ən perspektivli sayılır:

  Kötük hüceyrələr

  Genetika

  Nanotexnologiyalar

Ölümsüzlük haqda elm immortologiya adlanır(lat. im-yox,mors-ölüm) və ilk dəfə İqor Vişev tərəfindən işlənilib.İmmortologiya həmçinin orqanizmin temperaturunun salınması,transplantalogiya,krionika ilə də məşğul olur.

Bədən temperaturunun aşağı salınması Yaponiyada həyat müddətinin artırılmasının bir yolu kimi baxılır və aktiv tədqiqatlar aparılır.Siçanlar üzərində aparılan təcrübələr nəticəsində siçanın temperaturunun yarım dərəcə azalması 12-20% artırıb.Həmçinin insanda da analoji effekt aşkar olunub.

Kötük hüceyrələr

Hazırda ən perspektivli yollardan biri kötük hüceyrələridir.Başqa cür totipotent adlanan bu hüceyrələr ilk dəfə termin olaraq A.A.Maksimov tərəfindən  1908-ci ildə işlənmişdir.Öz tədqiqatları nəticəsində o belə bir nəticəyə gəldi ki,orqanizmdə universal differensasiya etməyən hüceyrələr olur və onlar lazım gəldikdə istənilən hüceyrə tipinə çevrilə bilir.

Kötük hüceyrələri regenerativ proseslərdə mühüm rol oynayır və orqanizmdəki zədələri bərpa edə,sağalda bilir.Lakin bunlar müvəqqəti xarakter daşıyır.Buna səbəb qocalmanın başlıca səbəblərinin daha kiçik miqyasda-genom səviyyəsində olmasıdır.

Bioloji saat

Xromosom və uclarındakı telomer
Xromosom və uclarındakı telomer

Alimlər müəyyən ediblər ki,orqanizmdə insan ömrünü “ölçən” bioloji saat var.Bioloji saat funskisayını DNT-in bir hissəsi olan telomerlər yerinə yetirir.Sadə dillə desək,telomerlər DNT-in uclarında yerləşir,və hər bölünməylə qısalırlar,müəyyən bir uzunluğa çatdıqda hüceyrəni proqramlaşdırılmış ölümü-apoptoz baş verir.

Maraqlı bir fakt da budur ki,xərçəng hüceyrələrində telomeraza adlanan xüsusi ferment var.Bu ferment telomerlərin uzunluğunu bərpa edə bilir və bunun nəticəsində hüceyrələr bir növ sonsuz bölünə bilirlər.Yəni,xərçəng hüceyrələrimiz ölümsüzdürlər.Adi hüceyrəyə telomeraza fermenti daxil etdikdə o da telomerlərini bərpa etməyə başlayacaq,lakin bununla bir yerdə artıq xəstə xərçəng hüceyrəsi olacaq.

Qocalıq geni – P16

Bununla belə,qocalıq təkcə telomerlərin uzunluğundan,daha doğru qısalmasından asılı deyil.Pekin Universitetində aparılan təcrübələr nəticəsində qocalmaya cavabdeh olan P 16 geni müəyyən olunmuşdur.Tədqiqatlar nəticəsində bu genin təkcə qocalma proseslərinə deyil,həmçinin telomerlərin uzunluğunun tənziminə nəzarətə də xidmət edir.P 16 genin aktivliyinin aşağı düşməsi telomerlərin qısalma sürətini yavaşıda bilir.Bu geni bloklamaq üçünsə artıq nanotexnologiyalar müraciət etməliyik.

Nanotexnologiyalar

Nanorobot və eritrosit
Nanorobot və eritrosit

Nanotexnologiyalar hazırda ən perspektivli elm sahələrində biri sayılır.Nanotexnologiya ilə biomolekullar ölçüsündə robotlar düzəltmək olar.Güman olunur ki,orqanizmdə olan bu robotlar hüceyrənin bütün zədələrini bərpa edəcək.Nanorobotların iş prinsipi əsasən  hüceyrə strukturlarına mexaniki təsir və ya hüceyrəyə,molekullara təsir edən lokal maqnit sahəsinin yaradılmasından ibarətdir.Bu robotlar təkcə regenerasiya deyil,həmçinin hüceyrələrin təmiri-reparasiya,zəhərli maddələrin xarici,orqanizm üçün zərərli olan sərbəst radikalların neytrallaşdırmanı təmin edəcək.

Nanotexnologiyalar insanın ömürünü uzatmağa qabildirlər.Lakin bu gələcəyin işidir.hələ ki,nanotexnologiyalar inkişaf etməlidir.

Krionika və ya öz növbəni gözləmək

İndi isə orqanizmi ölümsüzlüyün sirrinin açılmasına saxlamağın yeganə yolu var.Bunun üçün inkişaf edən istiqamət olan krionika(yun. krios – soyuq,şaxta) insan orqanizmini çox aşağı,toxumaların çürümədiyi  temperaturda(-196) saxlamasından ibarətdir.Bu zaman insan orqanizmində gedən bütün proseslər demək olar dayanır.Bütün ümid isə gələcəyə,ölümsüzlüyün tapılacağına yönəlir.Özünü kriokameralarda donduranların sayı təxminən 200-ə çatır(bu kommersiya sirridir).Şayələrə görə,dondurulmuş krionistlər arasında Uolt Disney,Salvador Dali var.

http://www.forever-young.ru