İnflyasiya nədir?

97

Qiymətlərin ümumi səviyyəsinin artması   adlanır. İqtisadçılar inflyasiyanın templərini istehlak qiymətləri indeksinin (İQİ), ÜDM-in deflyatoru və yaxud digər hər hansı qiymət indeksinin dəyişikliyindən istifadə edərək ABŞ–da son 60 ildə qiymətlərin illik artımının 5% təşkil etdiyini, yəni müzakirə edilən dövrdə tutuşdurulan əmtəələrin qiymətlərinin təxminən 18 dəfə artdığını göstərən qiymət indeksi kimi ölçürlər.
Müxtəlif ölkələrin inflyasiya göstəricilərinin analizi onların əhəmiyyətinin daha geniş diapazonunu göstərir. Bu baxımdan, 1920-ci illərin əvvəllərində Almaniya nümunəsi daha təsirli görünür. Belə ki, 1921-ci ilin yanvar ayında qəzetin qiyməti 0,3 marka idisə, iki ildən az bir müddət ərzində qəzetin qiyməti 70 mln. alman markasına qədər yüksəlmişdir.
Başqa malların qiymətləri də həmin sürətlə artırdı. İnflyasiyanın son dərəcə yüksək sürəti hiperinflyasiya adlanır. Almaniya iqtisadiyyatına böyük ziyan vurmuş hiperinflyasiyaya çox vaxt faşizmin meydana gəlməsi və İkinci dünya müharibəsinin başlanması səbəblərindən biri kimi baxırlar. İqtisadi tarix dərslərini yaxşı mənimsəyən müasir alman siyasətçiləri inflyasiya probleminə mühüm yer ayırırlar. Son 50 il müddətində Almaniyada qiymətlərin artım tempinin ABŞ–a nisbətən xeyli aşağı olması müşahidə edilir.
İnflyasiyanın səbəbi nədir? Bu suala cavab vermək üçün biz Ekonomiksin 10 prinsipinin birində öz məğzini tapmış pulun kəmiyyət nəzəriyyəsindən istifadə edəcəyik: Ölkə çox pul çap edəndə malların qiyməti artır. İqtisadçıların bir çox nəsli həmçinin XIX əsrin görkəmli filosofu Devid Yum və məşhur müasir iqtisadçı Milton Fridman pulun kəmiyyət nəzəriyyəsinin prinsipləri ilə şərikdirlər. Bu nəzəriyyə ABŞ–da müşahidə olunan mülayim inflyasiyanı, həmçinin 1920-ci illərdə baş vermiş hiperinflyasiyanı izah etməyə kömək edir.

Pulun kəmiyyət nəzəriyyəsi ilə tanış olduqdan sonra biz onunla bağlı olan: nəyə görə inflyasiyaya bu qədər diqqət yetirilir sualının müzakirəsinə qayıdacağıq. İlk baxışdan bu sualın cavabı aydındır çünki o, müxtəlif ölkələrin əhalisi üçün xeyli çətinliklər törədir. 1970– ci illərdə ABŞ-da inflyasiyanın nisbətən yüksək templəri müşahidə olunanda ictimai rəyin sorğularının nəticələri daimi olaraq onu kəskin milli problemlər sırasına qoyurdu. İctimai əhvalı nəzərə alaraq 1974-cü ildə prezident C.Ford inflyasiyanı «hökumətin bir nömrəli düşməni» adlandırdı və bir ara o WIN abreviaturalı ( Whip Inflation Now – Bu gün inflyasiyaya qalib gələk) nişan taxırdı.

Bəs cəmiyyətin əhvalında özünü əks etdirən real inflyasiya xərcləri nədən ibarətdir? Ola bilsin bu sualın cavabı sizə təəccüblü gəlsin. Məsələ burasındadır ki, onlar ilk baxışdan göründüyü kimi aydın deyil. Halbuki, bütün iqtisadçılar hiperinflyasiyaya qarşı çıxış etsələr də, onlardan bəziləri belə hesab edirlər ki. mülayim inflyasiyanın məsrəfləri əhalinin əksəriyyətinin təsəvvür etdiyi qədər ciddi deyil.

 

Qiymətlərin səviyyəsi və pulun dəyəri

Təsəvvür edək ki,  hər hansı müddətdə bir stəkan dondurmanın qiyməti 10 sentdən  1 dollara qədər artdı. İnsanların eyni məhsula daha çox pul verməyə hazır olmasından necə nəticə çıxarmaq olar? Bəlkə, onlar dondurmadan əvvəlkinə nisbətən daha çox həzz alırlar (məsələn, ola bilər ki, dondurmaya yeni aromatlı maddələr qatılıb və o əvvəlkindən daha da dadlı olub) ? Amma çox güman ki, dondurmadan alınan həzz elə eynidir, yalnız onun alış qiyməti yüksəlib. Beləliklə, inflyasiya ilk baxışdan məhsulların qiymətinin deyil, pulun dəyərinin dəyişməsi ilə əlaqədardır.

Qiymətlərin ümumiqtisadi səviyyəsi iki nöqteyi-nəzərdən təhlil edilə bilər: Onlara əsasən istehlak səbətinə daxil olan əmtəələrin və xidmətlərin qiyməti kimi baxılır. Bu göstərir ki, qiymətlərin səviyyəsi artdıqda əhali aldığı əmtəə və xidmətlərə görə daha çox pul ödəməyə məcburdur. Lakin biz qiymətlərin səviyyəsini dəyər ölçüsü və ya pulun dəyəri kimi də nəzərdən keçirə bilərik. Yəni qiymətlərin səviyyəsinin artması pulun dəyərinin aşağı düşməsi deməkdir, ona görə ki, indi sizin pul kisənizdə olan hər bir dollar sizə az miqdarda əmtəə və xidmətlər əldə etməyə imkan verir.
Bu fikri riyazi üsıılla ifadə etmək daha faydalıdır. Fərz edək ki, P istehlak səbətindən əmtəə və xidmətlərin ödənilməsi üçün lazım olan dolların miqdarını müəyyən edən İQİ (İstehlak qiymətləri indeksi) və ya ÜDM deflyatorunun köməyi ilə ölçülən qiymətin səviyyəsidir. Bu halda 1 dollara alına bilən əmtəə və xidmətlərin miqdarı 1/P-yə bərabər olacaq. Başqa sözlə, əgər P – əmtəə və xidmətlərin dəyərinin pulla ifadəsidirsə, onda 1/P – əmtəə və xidmətlərin miqdarı ilə ölçülən pulun dəyəridir. Ona görə də, qiymətlərin ümumi səviyyəsi qalxanda pulun dəyəri azalır.

Mənbə: Ekonomiksin prinsipləri (ABŞ, 2001) səh 526-530

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin