Lotereya çəkilişi və Ehtimal

2

Lotereya biletlərinə ümid bağlayanlar, bu yazını oxuduqdan sonra bir az kefiniz qaça bilər, ancaq unutmayaq, Napolyonun dediyi kimi  “Bəxti olanın xoruzu da yumurtlayar”.

Kimsənin ümidləri ilə oynamaq istəmirəm, amma riyazi olaraq ümidlərinizə təsir edəcək bir yazıyla qarşı-qarşıyasınız. Biletlər alındı, ​​gözlər çəkiləcək olan lotereyaya çevrilir.

Yaxşı, nədir bu lotereya?

Lotereya xüsusi təşkilat tərəfindən təşkil edilən, çap etdirilmiş nömrəli biletlərin satılaraq, nömrə və məbləği əvvəlcədən təyin olunmuş hədiyyəni qazanacaq nömrələrin müəyyən günlərdə çəkiləcək püşk ilə müəyyən olunması əsasında təşkil olunan şans oyunudur. Göstərilən tarixlərdə və ya bu tarixlərin xaricində, çəkiliş günləri və planları fərqli olan xüsusi çəkilişlər təşkil edilə bilər. Məsələn, hər il 31 dekabr gecəsi yeni il üçün xüsusi çəkiliş təşkil olunur.

Yaxşı, lotereya yeni il xüsusi çəkilişinin sizə çıxma ehtimalı nə qədərdir?

Gəlin riyazi olaraq birlikdə hesablama edək. Lotereya çəkilişində hər kürənin içində 0,1,2,3,4,5,6,7,8,9 rəqəmlərin yazılı olduğu toplar var.

Cəmi 7 kürə var və hər kürədən bir top seçiləcəkdir. Bunu riyazi olaraq ifadə edəcək olsaq, topların seçilməsi bərabər şansa sahib olduğu üçün ilk kürədən hər hansı bir rəqəmin gəlmə ehtimalı 1/10-dur.

7 kürə üçün çıxacaq olan sayın gəlmə ehtimalı 1/10 x 1/10 x 1/10 x 1/10 x 1/10 x 1/10 x 1/10 = 1/10.000.000 yəni biletin sizə çıxma ehtimalı 10 milyonda 1-dir.

Yaxşı, bu tapdığımız nəticə nə demək olur? Bunu konkretləşdirsək bu ədədin çıxma ehtimalı on milyonda birdir. Yəni ki,

– Buludsuz bir gündə ildırımın vurma ehtimalından daha azdır.

– Başınıza lampa düşməsi nəticəsində ölmə ehtimalınız şanslı nömrələrin sizə çıxma ehtimalından daha çoxdur.

– Nərdivanlardan düşərək ölmə ehtimalınız isə 4 qat daha çoxdur.

– 4 qat daha çox olan digər ölüm tipi isə başınıza Hindistan qozu düşərək həyatınızı  itirməyinizdir.

– Yataqdan düşərək ölmə ehtimalınız 7 qat daha daha çoxdur.

Kimi şans oyunlarını əyləncə olsun deyə oynayar, kimisi də böyük ümidlər bağlayar. “Birdən mənə çıxarsa” və bunun kimi deyilənlərə qətiyyən aldanmayın. Təbii ki, ümidli olmaq lazımdır, lakin siz yenə də işinizi və ümidinizi əsla şansa buraxmayın. Tökəcəyiniz tər ən böyük ümidiniz olsun.

Mənbə:

http://www.matematiksel.org/yilbasi-cekilisi-olasilik/

Redaktə etdi: Lalə Yusifova

2 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin