MRT nədir ?(maqnit rezonans tomoqrafiyası)

0

 

Maqnit rezonans tomoqrafiyasının 1973-cü ildə Pol Loterbur tərəfindən əsası tqoyulmuşdur.Sonradan Piter Mensfild şəkilin alınmasının riyazi alqoritmini mükəmmələşdirdi və buna görə ikisi 2003-cü ildə tibb üzrə Nobel mükafatı almışlar.philips_mri_atx

Pasiyentin başını və digər nahiyə,orqanları bublik formalı güclü maqnit sahəsinə salırlar və maqnit sahəsi beyindəki atomları qüvvə xətləri boyunca düzülməyə məcbur edir.Sonra pasiyentin beyninə radioimpuls göndərilir və bu atomların rəqsinə gətirir.Öz vəziyyətini dəyişdikdə atom nüvələri zəif radioexo buraxır,onlar qeydə alınır və bu yolla beyində bu və ya digər maddənin olması haqda məlumat almaq olur.Məsələn,məlumdur ki,beyinin aktivliyi oksigen sərf etmə intensivliyindən,yəni həmin hissədəki qanda oksigen qatılığındanttf asılıdır.Bunu nəzərə alaraq MRT beyində aktiv olan hissələri seçə bilər.Beləliklə,oksigenin qatılığı çox olan nahiyələrdə beyin aktivliyi daha yüksək olur.Hazırda, funksional MRT beyinin çox kiçik bir hissəsini-1 mm diametrində bir hissəni nişana alıb burada fikirlərin,düşüncələrin harada və necə getdiyini müəyyən edə bilir.

MRT ,əsasən, zərərsiz olsa da bəzi hallarda qadağandır:
  Ürəkdə kardiostimulyator olduqda
  Orta qulaqda ferromaqnit və ya elektron səs implantatı olduqda
  İlizarov ferromaqnit implantatı
  İnsulin nasosları olduqda
  Klaustrafobiya
  Hamiləlik(zərəri tam təsdiq olunmasa da rentgenoqrafiya daha     məsləhıtlidir)
  Metal elementləri olan tatu çəkdikdə
və bir neçə xüsusi hallarda MRT-dən keçmək məsləhətli deyil.

parasagittal_mri_of_human_head_in_patient_with_benign_familial_macrocephaly_prior_to_brain_injury_animated
Beyinin sagittal kəsiyi
beating_heart_axial
Ürək fəaliyyətinin MRT-də görünüşü

MRT vasitəsilə orqanların vəziyyətini bilmək,toxumadakı müəyyən bir maddənin miqdarını ölçmək,toxumanın temperaturunu təyin etmək və bir çox digər mühüm tibbi cəhətdən əhəmiyyətli olan analizlər aparmaq olur.