Sandro Bottiçelli və əsərləri

0

Əsl adı Alessandro di Mariano Filipepi olan Sandro Bottiçelli (Sandro Botticelli) 1445-ci ildə Florensiyada doğulmuşdur. Gənc yaşlarından etibarən rəsm, naxış və həndəsə sənətini Fra Filippo Lippi’nin (Fra Filippo del Carmine) yanında öyrənməyə başlamışdır.

Qadının portreti

İlk əsərlərindən biri olan “Guc, Judith və Holofernes” (1472,Florensiya, Uffizi Galereyası) əsərində Lippi və ondan sonra yanında işlədiyi Antonio Pollaiolo və Verrocchio’nun da təsirləri hiss olunmaqdadır.

1470-ci ildə artıq ilk tabloları ilə məşhurlaşmağa başladı. Bu tablolar içərisində “Kahinlərin Səcdəsi” (Uffizi) və “Madonna” (Louvre Muzeyi) xüsusilə seçilir.

Kahinlərin səcdəsi

Papa Sixtus IV tərəfindən 1481-ci ildə Romaya dəvət edilmişdir. Burada Sistin Şapelinin bəzədilməsində Roselli, Ghirlandaio və Perugino ilə birgə çalışmışdır. Musanın yaşamını əks etdirdiyi 3 freskin daxil olduğu “İsanın İgvasi’nı hazırladı.

Məryəm və uşaq

1480-1490-cı illərdəki fəaliyyətinə Lorenzo de Medici’in himayəsi altında davam etmişdir. Əsas mövzusu mifologiya olan “La Primavera” – Bahar (1478),”Veneranın doğuşu” (1484,Uffizi), “Mars və Venera”, “Minerva və Kentauros” (1485,Uffizi) əsərlərini bu dövrdə yaratmışdır.

Mars və Venera
Minerva və Kentauros

Kilsələr və dini qurumlar üçün edilən tablo sifarişlərindən biri də “Məryəmin tac qoyması” (1488,Uffizi) əsəridir.


Sonralar daha zərif kompozisiyalar hesab edilən bir neçə Madonna rəsmi çəkmişdir. Bunların içərisində “Şamdanlı Madonna” (Berlin), “Magnificat Madonnası “(1485,Uffizi) və” Narlı Madonna” (1487,Uffizi) əsas yerləri tutur.

Magnificat Madonnası
Narlı Madonna

“Pieta” (1498,Münix), “Çarmıxa çəkiliş” (Cambridge), “İsa’nın doğumu” (1500,London) əsərlərində 1491-ci ildə tanış olduğu və Savonarolanın təsirləri görülməkdədir.
Bottiçelli, Renessans rəsm sənətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Coşqulu fiqurlar çəkmiş, ayrıca xəstəlik dərəcəsinə çatmış zərafət duyğusu əsərlərinə şeir dadında, poetik bir hava qatmışdır. Əsərlərində əsasən incə və uzun bədənli, uzun boyuna malik incə duruşlu, eyni zamanda üzündə ciddi bir ifadə olan qadınlar əsas rol oynamışdır. Əsərlərinin çoxu dini mövzular üzərinə işlənmiş olsa da Bottiçelli, dini bir rəssam deyil, gözəlliyə tutqun bir rəssam olmuşdur.
Renessans rəsminin ən əhəmiyyətli təmsilçilərindən olan Botticelli əsasən alleqorik əsərləri ilə tanınmışdır. Rəsmlərində əsasən konturlara üstünlük verərək yaratdığı melanxolik təsir bağışlayan fiqurları yumşaq və zərif bir xəttə malikdir.
Renessans dövrü üçün bir simvol ola biləcək əsəri olan “Bahar Alleqoriyası” rəssamın sənət anlayışının və şəxsiyyətini çox gözəl şəkildə əks etdirir. Rəsm 1478-ci ildə çəkilmişdir.

Bahar Alleqoriyası

Tablo Florensiyada yerləşən Dük Cosimonun malikanəsi üçün hazırlanmış və üçbucaq quruluşunda yaradıldığı bildirilir. Əsərin əsas obrazını ehtiva edən Venera tablonun əsas oxunda yer alır. Üçbucağın yuxarı birləşmə nöqtəsindən oxlarını atmaqda olan Amor isə quruluşun kilidini əhatə edir.
Sağda 3 lü bir qrupun yer aldığı görülür. Qərb küləyi olan İt pnyros, şəffaf geyimli Flora(Khloris)i qucaqlayıb, sahib çıxdığı burada göstərilib. Bundan sonra isə Çiçək və Bahar tanrısı Flora təbiətin çiçək örtüyünə bürünmüş və bahar fəsli başlamışdır.
Solda olan şəffaf geyimli 3 şəxs isə, yunan mifologiyasının Kharitləridir. Ən gənc gözəl Anglaie parlaqlığı təmsil edir. Çiçəklənməni təmsil edən Thalia və xoşbəxtliyi təmsil edən Euphroyne təsvir olunmuşdur. Bu gözəl tanrılar insanların ürəklərinə gözəllik, işıq və ziya gətirərək onlara sevinc bəxş edirlər.
Kharitlərin yanında təsvirin solunda isə diqqəti qanadlı ayaqqabıları ilə Merkuri (Hermes) çəkməkdədir.

Botticellinin bahar Alleqoriyası ilə birlikdə təsvir etdiyi Veneranın yaşadığı bölgə, eyni zamanda bu mifoloji təsviri yaratmasının əsas səbəbi isə sənətçinin ötürmək istədiyi məqsədə uyğun bir təsvir axtarışında olmasıdır.

Kompozisiyada Botticellini digər həmməsləklərindən fərqləndirən əsas incəliklərdən biri kompozisiyada birlik və tamlığın yaradılmasıdır. Xətlərin təsvirindəki incəlik və harmoniya diqqəti cəlb edir. Çox fiqur təsvir edilməsinə baxmayaraq təsvirdə hər hansı dağınıqlıq görülməməkdədir.

İkonoloji: Mövzunun əsasını tablonun mərkəzində yer alan Venera müəyyən edir. Veneradan sonra diqqəti cəlb edən ikinci bir fiqur isə Amordur. Əsər tamamilə insani və din xarici bir görüntü altında estetik bir funksiyaya sahib olmuşdur.

İşıq tanrısı olan, eşq və gözəlliklərə hökm edən Venera hər şeydən öncə Baharın da hakimidir. Və bütün bunlar ilahənin mövqeyi və əl hərəkətlərində də özünü göstərməkdədir. Başındakı tac isə bu mövqeni olduqca təsirli bir fonda önə çıxarır. Bəyaz geyim və üzərində yerləşən yaşıl və qırmızı rəngli detallara sahib olması heç də təsadüfi deyildir. Eyni zamanda, ucu alovlu ox atmaqda olan Amorun vəziyyəti açıqlıq qazanır. Əsərin əsasını eşq mövzusunun təşkil etdiyi aydındır.

Sağ tərəfdə olan Qərb küləyi Zephyrosun yaşıl olaraq qeyd olunması, meyvələri formalaşdıran mifoloji fiqurun əsas məqsədinə işıq tutur. Zephyrosun xanımı olan Çiçək ilahəsi Flora və Baharı təmsil edən Horai bitkilərin ilahəsi ilə təşkil olunmuş bu qrupun əsas məqsədinin təbiətdə tamamilə təbii halda həyat axtarışında olmasının olduğu vurğulanır.

Horailər kimi, sol tərəfdə göstərilən kharitlər də eyni zamanda Veneraya bağlı olaraq hərəkət edirlər. Homler fəsilləri idarə edərkən, kharitlər isə baharın gözəlliyini təmsil edirdilər. Üç gözəllər adını alan bu qrup, gözəllik, zərafət və lütfkarlıq qavramlarını özlərində birləşdirirdilər. Bu qrupun içərisində yer alan Thalia’nın isə bitkiləri becərmə xüsusiyyətinin olması maraqlı bir nüansdır. Üç gözəlin təhsil, intelektual enerji kimi qavramlara işarə kimi göstərilən Merkurinin yanında yerləşməsi ilə birlikdə təbiilikdən uzaqlaşaraq əqli və ictimai bir səviyyə qazanması diqqətdən yayınmır. Əlində qılınc olan Merkurinin pərdələri də eşq qavramına bir göstərişdir.
Veneranın bağçasında Merkurinin əlində qopardılmış alma tutması təsviri, bir yandan mifologiya da təsvir edilən Parisin seçilməsi, digər tərəfdən isə Veneranın təmsil edən alma olaraq xristian qavramlarını yadımıza salır. Bu meyvə dünyəvi eşqdən uzaq durmaq, həmçinin pislik yoluna düşməkdən uzaq durmağa bir çağırış məqsədi daşımaqla, həm də mifologiyada təsvir edilən almanı Parisə verən Merkurinin şəxsiyyətində tabloda əks olunur. Şəfəqlə əlaqəsi olan Merkurinin şərqlə olan marağı, qərbi küləyi olması ilə bağlı olaraq Qərbi təmsil edilən Zephyrosla bir birindən fərqli olmasına baxmayaraq birlikdə yaşamaqla bir bütünlük içində görünür. Əsərdə təbiət və insan düşüncəsinə göstərilən maraq görüldüyü kimi eyni zamanda inam və yaxşılıq da əsəri əhatə etmişdir. Renessans düşüncəsinin gözəl ifadəsi olan bu əsər, həm də Florensiya burjuaziyasının yaşama sevincini təmsil etməkdədir.
Bahar Alleqoriyası dövrünün əhatə və bu əhatə içərisində yaranan fikirləri də özündə əks etdirir.
Təbiətin və həyatın canlanması olaraq bilinən bahar, bütün gözəllikləri və bərəkəti ilə insani bir əhəmiyyət qazanmağa və Amorun varlığı ilə təbiətlə tamamlanan gözəlliyi və cazibəni bərəkətli birləşdirərək yeni bir eşq anlayışını yaratmışdır. Real olmaqdan daha çox bu eşq qavramı, neo-platonist düşüncəni özündə əks etdirir.
Böyük kompleks şəkildə bu tablo Renessans dövrü boyunca davam edən Eşqin qalibiyyəti və bununla birgə ruhi və dünyəvi eşq, şəhvət kimi mövzulu əsərlərin içlərində ən başlıca bəlkə də ən əhəmiyyətli olduğu anlaşılır.

Veneranın doğuşu

Veneranın doğuşu adlı əsər bilindiyi üzərə 1486-cı ildə Dük Kasimonun villası üçün hazırlanmışdır. Bottiçellinin ən əhəmiyyətli əsərlərindən hesab olunur. Rəssam əsərdə fiziki gözəllikdən əlavə ruh gözəlliyinə xitam edir. Kompozisiyanın əsasını dəniz dalğaları üzərində bir Qabuq üzərində dayanan Venera təşkil edir. Yuxarıda iki alleqorik fiqur yer alır. Bunlardan biri nəfəsi ilə dənizləri dalğalandıran qərb küləyi Zephyros və Çiçək İlahəsi Flora dır.Digəri isə sağda təbiət əhatəsində çiçək naxışlı geyimi ilə Veneranı qarşılayan Horaidir. Əsərin quruluşu Bahar Alleqoriyasında olduğu kimi üçbucaq formasındadır və əsərin ana xətti üzərində Venera yerləşir.
İkonoqrafiya: Bottiçellinin bəlkə də ən tanınmış əsəri olan tablo, bütün zamanların və öz dövrünün ən tanınmış əsərləri arasında yer alır. Əsərə baxarkən anlaşıldığı kimi, klassik mifologiyadan götürülən bir mövzunun təsviridir. Lakin rəsmə diqqətlə baxıldığı zaman neo-platonist düşüncələrin təsirlərinin olduğu və əsərin daha dərin mənası olduğu anlaşılır.
Təsvir olunan sahil xətti Veneranın doğumuna şahid olan Kipr sahilləri, eyni zamanda tanrıçanın olduğu qabuq və onu sahilə doğru sürüyən qərb küləyi Zephyrosun təsviri eynilə mifologiyada olduğu kimidir. Tanrıçanın çılpaq olaraq göstərilməsi ilə təbiiliyi ön plana çıxarılmışdır. Qabuq içində yerləşməsi isə bir xilas olunması kimi simvolik məna daşıması ilə əlaqələndirilir.

Bottiçellinin “Mistik Doğum” adlı əsəri 1500-cü illərdə çəkilmişdir. Və əsərdə çox fiqurlu kompozisiya ilə qarşılaşırıq. Bu kompozisiyada İsa’nın doğulması səhnəsi ilə “Çobanların Səcdəsi” və “Kralların Səcdəsi” mövzuları ilə tamamlanaraq birləşdiyini görə bilərik.

Mistik Doğum
Kralların Səcdəsi

Rəsmdə daxildən gələn sevgi ilə bağlanan iki fiqur təsvir edilir. Mavi – qırmızı tonlu geyim içərisində olan Məryəm, bəyaz qundaq bezi üzərində olan yeni doğulmuş İsaya şəfqətlə baxmaqdadır.
İsanın doğulması provaslav İkonografiyasında bir mağarada təsvir edilsə də, katolik sənətçilər bu təsviri samanlıqda ya da axurda təsvir edirdilər.
Bottiçelli əsərdə mağara – axur təsvirini ağacların qarşısında boz qayaların qarşısında qurulan axuru rəsm edərək yaratmışdır.
Bu axurun üzərində ağ, qırmızı və yaşıl libaslar içərisindəki üç mələyim sevinclə bir birini qucaqlamasının təsvir edilməsi olduqca maraqlıdır. Yuxarıda isə səmada sarı işıq halqası içərisində əl ələ tutaraq Tanrıya şükrlərini çatdıran mələklər təsvir edilmişdir. Axurun yanında bu hadisəyə şahid olanları görə bilərik. Mavi-sarı geyimdə təsvir edilən Yusif İsa’nın qarşısında səcdəyə gedərkən göstərilmişdir. Axurun qarşısındakı öküz ilə ağ rəngli eşşək nəfəsləri ilə İsanı isidir.
Mərkəzdə yerləşən Məryəmlə müqayisə edildiyi zaman yaxından və ön planda olmaqlarına baxmayaraq rəsm edilən balaca fiqurlar əsas diqqəti ana xəttə verməyimizə kömək edir. Növbəti bir detal ön planda sol küncdə təsvir edilib. Bu, qayaların arxasına gizlənən balaca təsvir edilən fiqur hadisə qarşısında çarəsini gizlənməyə çalışmaqda görən Şeytanı təmsil edir.
Detalların işlənməsinin şimal ənənəsini xatırlatması olduqca maraqlı bir nüansdır.

Mənbə:http://www.msxlabs.org/forum/sanat-ww/43210-sandro-botticelli.html

Tərcümə: Bənövşə Su

Redaktə etdi: Etibar Qara

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin