Çılğıncasına Bir Oyun – Üç Nəfərlik Şahmat

0

Əgər oynamaq üçün zəka tələb edən oyunları sevirsinizsə ,yəqin ki, çətin, amma bir o qədər də əyləncəli oyun olan şahmat oynamağı da sevirsiniz. İki nəfərlik şahmat  oynamaq sizin üçün asan bir oyun olduğunu düşünürsünüz, o zaman üç nəfərlik şahmat oynamağı cəhd edin. Bu, oyunçuları çətinə salacaq, daha güclü bir rəqibə ehtiyac duymayacaqları üç nəfərlik şahmat oyunudur. Şahmatın kökü tam olaraq bilinməməsinə rəğmən, əksəriyyət Hindistanda 2000 il əvvəl oynanılan bir oyun olduğuna inanılır. Üç nəfərlik şahmat 1972-ci ildə Robert Zubrin tərəfindən icad edilmişdir.

Şahmat oynamağı sevirsinizsə, bir müddət sonra bu oyunu da rahatlıqla oynaya biləcəksiniz. Taxta altıbucaqlı şəklindədir, ancak başqa formaları da mövcuddur. 3 oyunçunun da hər biri öz tərəfində başlayan üç fərqli “ordusu” vardır. Fiqurların hərəkəti klassik oyundakı hərəkətlərlə eynidir. Yeganə fərq taxtadakı şəkillərin kvadrat şəklində olmamasıdır.  Klassik şahmat taxtasında 64 kvadrat, burda isə 96 kvadrat var. Taxtada etdiyimiz hər bir gediş  bu səbəblə düz deyil, çəpəki vəziyyətdə hərəkət edəcəkdir.

Oyun Qaydaları

İnsanın ağlına gələn ilk suallardan biri oyunun necə bitəcəyidir. “Kiminlə oynayacağam?”-deyə düşünə bilərsiniz. Çünki iki nəfərlik şahmatda tərəflərdən biri, digərini mat etməlidir. Ancaq 3 nəfərlik oyunda bu necə olacaq? Açığı, bu oyunun həqiqətən də, beyin yandırıcı və mürəkkəb olduğunu etiraf etməliyik. Çoxları bu oyunu bir oyunçunun digərini mat edəndə bitəcəyini qəbul edir. Ancaq bu oyunda, hər oyunçu digər iki oyunçuya qarşı oynamaq məcburiyyətindədir. Həm də hər gedişdə, digər iki oyunçunun bir-biri arasındakı taktiki vəziyyəti  hesaba almaq lazımdır. Strategiyanızı iki ayrı oyunçuya qarşı və onların özləri aralarındakı vəziyyətə görə qurmalısınız.

Şahmatda hər zaman əvvəl ağlar başlayır. Kimin başlayacağını qərar vermək üçün də bir oyunçunun əlində gizlətdiyi fiquru təxmin etmək lazımdır. Bu şəkildə rənglər də müəyyən olunduqdan sonra ilk öncə ağlar, sonra sarılar və ən sonda qaralar gediş edə bilərlər. Oyun bitənə qədər bu cür davam edir.

Oyunda ilk qarşılaşdığı rəqibini məğlub edən birinci, uduzan sonuncu, digər oyunçu da ikinci olaraq qəbul edilir.

2000-ci illərin əvvəllərində Rus şahmatçı Ilshat Tagiev  “tərəfsizlik qaydası”nı ortaya atdı. Bu qaydaya görə kim rəqib olaraq gördüyü oyunçu tərəfindən hücuma məruz qalsa o oyunçuya gediş edə bilər. Və beləliklə əsas problem həll olunur, kimin kimə gediş edəcəyi aydın olur.

Mənbə:

https://interestingengineering.com/three-player-chess-just-crazy-sounds

https://www.threechess.com/en/how-to-play-three-player-chess

www.matematiksel.org/cilgin-bir-oyun-uc-kisilik-satranc/

Tərcümə: Şıxı Əyyubov

Redaktə: Ziya Mehdiyev

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin