Tip İa Supernova – AĞ CIRTDAN nədir

0

Tip İa supernovalar, kainatdakı ən şiddətli partlayışlardan biridir. Ancaq onları bu qədər xüsusi edən, spesifik bir şüalanmaya səbəb olmalarıdır. Salt parlaqlıqları çox uzaqlardan görünə bildiklərindən, kosmologiyanın göz bəbəkləri olduqlarını demək yanlış olmaz. Ancaq hələ də onlar haqqında çoxlu mübahisəli məqamlar vardır.

Tip İa supernovalar əkiz ulduz sistemlərində yaranırlar. Kainatdakı  əksər ulduzlar  cütlük halında aşkar olunmaqdadır. Onların kütlələrinin bir-birindən fərqli olması halında, hansı ki, bu mümkün vəziyyətdir, əkizlərdən  biri erkən inkişaf edərək planetar dumanlıq əmələ gətirərək geriyə bir ağ cırtdan buraxır. Ağ cırtdanlar olduqca böyük sıxlığa malik olduqlarından quruluşu asanlıqla dəyişməz, ancaq yanındakı əkizi üçün vəziyyət eyni deyildir. O biri ulduz hansı növ ulduz olursa olsun, ağ cırtdan bu ulduzdan maddə “oğurlamağa” başlayar, lakin bu hal sonsuzluğa qədər sürməz. Karbon və oksigendən yaranmış ağ cırtdan (WD), əkizindən kütlə “oğurladıqca” kütləsinin 1.38 M(Chandrasekhar kütləsinə) yaxınlaşması ilə yaranan yüksək temperaturlu nüvə reaksiyasının birdən başlamasına səbəb olur*. Ağ cırtdanda  anidən başlayan bu reaksiyalar, birdən onun geriyə heç bir qalıq buraxmadan şiddətli bir şəkildə partlamasına gətirib çıxarır. Ortaya çıxan enerjinin miqdarı isə təsəvvür etdiyimizdən də çoxdur (1051 erq ya da 1031 meqaton), daha anlaşıqlı və müqayisəli şəkildə desək, Günəşin ömrü boyu yaydığı enerjinin hamısını bir anda yayar.

Kosmologiyadakı Önəmi:

Tip İa supernovaların (Tip Ia SNe olaraq yazılır) kosmologiyada bu qədər önəmli olmasının səbəbi standart mumlar olaraq qəbul edilmələridir. Müəyyən bir kütlədə həmişə eyni şəkildə gerçəkləşən  bir hadisə olması, harada həyata keçməsindən asılı olmayaraq, eyni salt parlaqlığı vermələri lazım olduğunu deyir. Astronomiyada əgər bir cismin salt parlaqlığı müəyyəndirsə, görünən parlaqlığından istifadə edərək, onun uzaqlığını hesablamaq mümkündür. Eyni zamanda ifrat dərəcədə parlaq olduqlarından çox uzaq məsafələrdən görünə bilirlər.

Buna görə də Astronomik ölçülərin hesablanmasında istifadə olunur və kainatın zaman içərisində dinamik inkişafı haqqında məlumat verirlər.

1998-ci ildə  Riess, Schmidt ve Perlmutter (və digərlərinin) Tip İa supernovalar üzərində apardığı tədqiqatlar, kainatın sürətlənərək genişləndiyini və bir qaranlıq enerjinin var olması həqiqətini göstərdi. Bu tədqiqatlarına görə 2011-ci ildə Nobel mükafatına layiq görüldülər. Apardıqları tədqiqat Habbl sabitinin məsafədən aslılığını dəqiqləşdirmək idi. Bu kəşfləri, Habblın 1929-cu ildə ortaya qoyduğu fikri tam doğru olmadığını, sabitin zamanla dəyişən bir parametr olduğunu göstərdi. Əlbəttə belə bir vəziyyət müəyyən bir iz buraxdı. Bu mövzu hələ də olduqca mübahisəli və alimlərin haqqında çeşidli fikirləri olduğu mövzudur.  Keçən il Oksforddan Subir Sarkar, daha çox məlumatla fərqli bir statistik analiz metodu istifadə edərək sürətlənmə olmadığını iddia etdi və bu da daha bir mübahisə  atmosferinin əmələ  gəlməsinə səbəb oldu.

Bu  səbəblə də Tip İa supernovaların günümüzdə standart mumlar olaraq qəbul edilib -edilməyəcəyi hələ də olduqca mübahisəli bir mövzudur. Çox uzaq nöqtələrin müşahidəsini aparmaq hər zaman mübahisəyə açıqdır. Çünki zaman içərisində bəzi kosmik sabitlərin dəyişməsi vacibliyini iddia edən nəzəriyyələr də vardır və əgər bunlardan biri doğrudursa, supernovalarda müşahidə olunan bu qəribəliyi açıqlayıb, qaranlıq enerji fikri tamamilə çökə bilər. Qısacası, bu mövzu olduqca aktuallığını qoruyan bir mövzudur.

*Burada tez-tez Chandrasekhar kütləsi, Chandrasekhar limiti ilə qarışdırılır. Chandrasekhar limiti, degenerasiya edilmiş elektron təzyiqi, qaçılmaz çökmənin qarşısını ala bilmədiyi kütlə limitidir. Ümumi  olaraq qəbul edilən dəyəri 1.4 M-dir (1.4 Günəş kütləsidir).

Mənbə:

1. Mazzali, P. A., Röpke, F. K., Benetti, S., & Hillebrandt, W. (2007). A common explosion mechanism for type Ia supernovae. Science (New York, N.Y.), 315(5813), 825–8. https://doi.org/10.1126/science.1136259
2. Nielsen, J. T., Guffanti, A., & Sarkar, S. (2016). Marginal evidence for cosmic acceleration from Type Ia supernovae. Scientific Reports, 6(1), 35596. https://doi.org/10.1038/srep35596
3. Riess, A. G., Filippenko, A. V., Challis, P., Clocchiatti, A., Diercks, A., Garnavich, P. M., … Tonry, J. (1998). Observational Evidence from Supernovae for an Accelerating Universe and a Cosmological Constant. The Astronomical Journal, 116(3), 1009–1038. https://doi.org/10.1086/300499
4. NASA, Introduction to Supernova Remnants, <https://heasarc.gsfc.nasa.gov/docs/objects/snrs/snrstext.html>
Şəkil: Americanspace.com

5.https://www.researchgate.net/profile/Oegetay_Kayali/publication/318110835_Evrenin_Gozlemsel_Ozellikleri_Kozmolojik_Parametreler_ve_Belirlenme_Yontemleri/links/595a44a90f7e9b897eab3328/Evrenin-Goezlemsel-Oezellikleri-Kozmolojik-Parametreler-ve-Belirlenme-Yoentemleri.pdf

6. http://rasyonalist.org/yazi/kozmoloji-tip-ia-supernova/

Müəllif: Şıxəmməd Əyyubov

Redaktə: Aytac Şirinova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin