Kvant Kompüterləri: Fərqli Ölçü

0

Kvant kompüterləri maraqlı bir mövzudur. Bu gün dünyada on minlərlə insan, bu texnologiyanı inkişaf etdirməyə və anlamağa çalışır. Yaxşı nə işə yarayacaq bu “kvant kompüteri”, biz son texnologiya maşın aldıq, nə gərək var idi, israf deyə düşünə bilərsiniz.

Əslində bu araşdırmalardan 2 gözlənti var: Birincisi, paralel kainatlar və həqiqətlər.

İkincisi də həyəcan vericidir. Bu texnologiya bu anda olan texnologiyamızın həll edə bilməyəcəyi problemləri, saniyələr içərisində həll edə bilir.

Bu vəziyyətdə edilən səylərin nəticəsində əldə edəcəklərimiz sərf etdiyimiz enerjiyə dəyəcək, hələ artıq da olacaq. Bir növ zaman səyahəti edib lotereya bileti almaq kimi: Yalnız bileti alırsınız və sabahısı gün trilyoner oyanırsınız kimi qazanclı bir texnologiya olacaq.

Əvvəlcə, paralel həqiqətə baxaq. Bəli, elmi – fantastika kimi baxdığımız bir mövzu. Yəni mümkün kimi, amma çatılması “qeyri-mümkün” … Qeyri-mümkünmü? Əminsinizmi ??

Xeyr. Əslində, bu gün çatılması artıq qeyri-mümkün deyil. Fiziklərin təxminlərinə görə, bu içində olduğumuz gerçəyə bənzər, inanılmaz sayda, çox-çox müxtəlif bənzər, amma fərqli reallıq var. Bunlara paralel həqiqətlər, eşitmisiniz, “paralel kainatlar” deyilir.

Kvant kompüterləri nə edir ki, bunu belə yaxşı  bacarır?  Hələ o həqiqətə keçməyimizi təmin etməsi mümkünmü bilmirik amma bu həqiqətlər arasında körpü vəzifəsi gördüyünü söyləyə bilərik. Yəni bir kompüter işləyir amma eyni anda bu inanılmaz çox saydakı paralel gerçəklikdəki öz sürətlərini də işlədir!!

Bu səbəbdən hesablama sürətiniz ən yüksək səviyyələrə çatır, hətta onu da keçir. Buna ən çox sevinənlər isə kompleks tənliklər həll edən, və ya həll etməyə çalışan, tam həll etdim deyərkən kompüterləri çökən, hard diskləri, “ram” lari problemlərinə tab gətirməyən alimlər və mühəndislərdir!

21-ci əsrdə kompüter və texnologiyanın birgə inkişafı ilə mühəndislər və elm adamaları çox mürəkkəb problemləri belə modelləyə biləcək hala gəldi.  Çox gözəl, ancaq bu kompleks problemlərin, normal kompüterlər ilə həll edilməsi mümkün deyil ki!

Bizim, “göz qərarı” dediyimiz nədir? Beynin işləmə tutumu bir kompüterdən üstün xüsusiyyətlərə sahibdir. Bunun səbəbi isə insan ağlının xətti olaraq işləməyib, yaradıcı və müxtəlif ölçülü həllər ortaya ata bilməsidir. Kvant kompüterləri də eyni belə işləyir. İnsan ağlı da fərqli ölçülərə keçirmi bilmirik amma kvant kompüterlərinin fərqli ölçülərə keçdiyini, fərqli gerçəklikləri də istifadə etdiyini və bu səbəblə fərqli nəticələrə çatdığını bilirik.

Bir tək at arabası varmış qədimdən sonra avtomobillər çıxdı. Ən son texnologiyaya da çatsa, bir avtomobilin çatacağı səviyyə bu anda müəyyəndir. Bir avtomobil çox əcaib sürətlə də getsə, 2 ölçüdə hərəkət edərkən yəni 3-cü ölçüyə keçmədən (yəni uçmadan) istifadə edilmə imkanı limitlidir. Ancaq gələcəkdə həm quruda gedən, həm üzən, həm uçan avtomobil xüsusiyyətləri bir model avtomobildə birləşsə bu ayrı bir mövzu olur. Elə bir fikirdə də fərqli ölçülərin istifadəsi söz mövzusu olur.

Ancaq bir təyyarəyə baxırsınız, bir avtomobildən qat-qat sürətlidir, çünki çox sadə, 3-cü bir ölçü daha istifadə edir. Fizika nəzəriyyələrinə görə isə bu anda ən az 11 ölçü təyin edilmişdir. Ayrıca insanın düşünmə qabiliyyəti təbii bununla məhdud qalmır. 11-dən sonra çoxlu sayda ölçü ola biləcəyi də düşünülür.

kuantum 2

Qısacası, metafiziklərin illərdir iddia etdikləri bəzi şeylərin elmi olaraq isbat və şərh edilir sanki. Maraqlananlar üçün bu kvant kompüterlərindən ən məşhuru Google`da istifadə edilir. Bu bankomat kimi olan nəhəng kompüterlərin əslində kiçik olan çipləri, normal istifadə etdiyimiz ən yaxşı kompüterdən 100 milyon qat sürətlidir!

Hə, ağılımıza gələni tapırıq  Google-da əslində o vaxt, bəlkə, başqa gerçəkliklərə səyahət edirik, kim bilir?!

Bu məlumatlar sizə yetərli gəlmədisə bu linkə girərək videoya da baxa bilərsiniz: https://www.youtube.com/watch?v=JhHMJCUmq28&feature=youtu.be

Mənbə:

http://www.matematiksel.org/kuantum-bilgisayarlari-farkli-boyut/

Müəllif: Şıxı Əyyubov

Redaktə: Aytac Şirinova

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin