Qara dəlik nədir?

316

Qara dəlik kosmosda olan və işığın belə qaça bilmədiyi çox-çox güclü bir qravitasiya sahəsinə sahib olan kosmik cisimdir. Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə təyin edilmiş olan qara dəliklər işıq yaymadığı üçün qara olaraq xarakterizə edilir.

Qara dəliklər nə qədər böyükdürlər?

Qara dəliklər müxtəlif ölçülü ola bilərlər, lakin təməl olaraq 3 növ qara dəlik vardır. Qara dəliklərin kütləsi və böyüklüyü onların növü müəyyənləşdirir. Ən kiçik qara dəliklər ilk qara dəliklərdir. Alimlər bu cür qara dəliklərin bir atom qədər kiçik olduqlarını, ancaq böyük bir dağ qədər böyük bir kütləyə sahib olduqlarını düşünürlər. Ən məşhur qara dəlik tipi isə ulduz mənşəli olan orta ölçülü qara dəliklərdir. Bir ulduz mənşəli qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 20 dəfə çox ola bilər və təxmini olaraq 16 km diametrindəki bir topun içərisinə yerləşdirilə bilər. “Süd Yolu Qalaktikası”nda onlarla ulduz mənşəli qara dəliklərə rast gəlinir. Ən böyük qara dəliklər isə “super kütləli” (supermassive) olaraq adlandırılır. Bu qara dəliklər bir milyon Günəşin birləşməsindən daha böyük kütləyə sahibdirlər və diametri təxminən günəş sistemi böyüklüyündə olan bir topun içərisinə yerləşdirilə bilər. Elmi dəlillər böyük qalaktikaların hər birinin mərkəzində bir ədəd super kütləli (supermassiv) qara dəlik olduğunu göstərir. “Süd Yolu Qalaktikası”nın mərkəzində olduğu düşünülən super kütləli qara dəliyin adı isə  “Sagittarius A”dır. Bu qara dəlik təxminən 4 milyon ədəd Günəşin kütləsinə bərabər bir kütləyə malikdir və təxminən bir günəş böyüklüyündə diametri olan bir topun içərisinə yerləşdirilə bilər.

Qara dəliklər necə meydana gəlirlər?

İlk qara dəliklərin kainatın ilk mərhələlərində, Böyük Partlayışdan (Big Bang) dərhal sonra meydana gəldiyi düşünülür. Ulduz mənşəli qara dəlikləri isə çox böyük kütləli bir ulduzun öz mərkəzinə doğru partlaması (çöküşü) nəticəsində meydana gələrlər. Bu çöküş, eyni zamanda bir supernovaya ya da kosmosa doğru partlayan ulduz partlamalarına səbəb olur. Süper kütləli qara dəliklər üçün isə alimlər bu qara dəliklərin içərisində olduqları qalaktikalar ilə eyni anda meydana gəldiklərini düşünürlər. Bu qara dəliklərin böyüklüyü içərisində olduqları qalaktikanın kütləsindən və ölçüsündən asılıdır.

Qara Dəliklər “Qara / Qaranlıq”dırsa, alimlər bunların var olduqlarını necə biliblər?

İşığı qara dəliyin mərkəzinə doğru çəkən çox böyük bir cazibə qüvvəsinə sahib olduqlarına görə qara dəliklər görülə bilməzlər. Lakin alimlər qara dəliklərin ətrafındakı ulduzlara və qazlara təsir edən güclü cazibə qüvvəsinin təsirini görə bilirlər. Əgər bir ulduz kosmosda müəyyən bir nöqtədə dönürsə, alimlər ulduzların bir qara dəlik ətrafında dönüb dönmədiyini ulduzun hərəkətindən anlaya bilirlər. Bir ulduz və qara dəlik bir-birlərinə çox yaxın dönürlərsə, yüksək enerjili bir işıq ortaya çıxır.

Müasir elmi cihazlar  bu yüksək enerjili işıqları aşkarlaya bilirlər. Bir qara dəliyin cazibə qüvvəsi bəzən ulduzların xaricindəki qazları cəzb edə biləcək qədər güclü ola bilər və ətrafında toplanma halqası (ing. Accretion disk) deyilən bir halqa əmələ gətirirlər. Toplanma halqasındakı qaz qara dəlik içərisinə doğru spiralvari hərəkət edib spiral yaratdıqca, qaz çox yüksək temperatura qədər qızır və bütün istiqamətlərdə rentgen (X-Ray) şüası yayır. NASA teleskopları rentgen şüasının parametrlərini ölçürlər. Astronomlar bu məlumatları qara dəliyin xüsusiyyətləri haqqında məlumat əldə etmək üçün istifadə edirlər.

Dünyanı bir qara dəlik yox edə bilərmi?

Qara dəliklər kainatda özbaşına gəzməzlər və planetləri təsadüfi olaraq “udmazlar”.  Qara dəliklər də kosmosdakı digər obyektlər kimi cazibə qanunlarını təqib edərlər. Yer kürəsinə təsir etməsi üçün bir qara dəliyin orbiti günəş sisteminə çox yaxın olmalıdır, amma bu vəziyyət də çox mümkün deyil. Əgər günəşin yerinə bir günəş boyda qara dəlik olsaydı, bunun da Yerə heç bir təsiri olmazdı. Günəş qədər kütləsi olan bir qara dəlik günəş ilə eyni cazibə qüvvəsinə sahib olardı. Belə bir vəziyyətdə, indi günəş ətrafında dönən planetlər qara dəlik ətrafında dönərdi.

Günəş qara dəliyə çevrilə bilərmi?

Günəş qara dəliyə çevrilə biləcək qədər yetərli kütləyə sahib deyil. Milyardlarla il içərisində günəş “həyatının” sonuna gələndə qırmızı nəhəngə (ing. Red giant star) çevriləcək. Sonra “yanacağının” hamısını istehlak edəndə xarici təbəqəsini itirər və planetar dumanlıq (ing. Planetary nebula)  adlandırılan közərən bir qaz halqasına çevrilər. Axırda günəşdən geriyə soyuyan bir “ağ cırtdan” (ing. white dwarf star) qalar.

 

Mənbə:

University of Arizona, “Black Hole Stellar Remains”,

http://ircamera.as.arizona.edu/NatSci102/NatSci102/lectures/blackhole.htm

Virginia Tech., “Frequently Asked Questions About Black Holes”, http://www.phys.vt.edu/~jhs/faq/blackholes.html

NASA, https://www.nasa.gov/audience/forstudents/k-4/stories/what-is-a-black-hole-k4.html#.VULC6SHtmko

National Geographic, “Black Holes”, http://science.nationalgeographic.com/science/space/universe/black-holes-article/

Nola Taylor Redd, “Black Holes: Facts, Theory & Definition”,  http://www.space.com/15421-black-holes-facts-formation-discovery-sdcmp.html

https://bilimfili.com/kara-delik-nedir/

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin