Yan Vermer

Rəssamlığın qızıl dövrünün rəssamı Yan Vermer (ing. Johannes Vermeer) və ya  hamının onu tanıdığı ad ilə Delftli Vermerin bioqrafiyası işlərinin sayından başlayaraq, onun öz varlığında bitərək mütəmadi dəyişikliklərə məruz qalmışdır. Rəssamın həyat tarixi davamlı olaraq dəqiqləşirdi və incəsənət sevənləri Vermerin ölümündən iki əsr sonra maraqlandırmağa başlamışdır. O vaxta qədər isə o, unudulmuşdu, Delft arxivləri isə saxlamağa dəyən hər şeyi saxlamışdı.

Delft… Kiçik Yanın çoxuşaqlı antikvariat satışı ilə məşğul olan və parça manufakturası sahibinin ailəsində anadan olmuşdur. Vermerlərin ailəsində tamamilə qadınların hökmranlığı mövcud idi. Rəssamın doğum tarixini onun xaç suyuna çəkildiyi gün kimi qəbul ediblər – 31 oktyabr 1632-ci il.

Atasının maddi imkanı sayəsində Yan mükəmməl təhsil almışdı, buraya rəssamlıq təhsili də aid idi. 1653-cü ilin dekabrında Delftdəki Müqəddəs Luk gildiyasına daxil oldu, bundan əvvəl o, 6 il usta yanında rəssamlıq öyrənmişdi. Mənbələr belə bir fikir bildirirlər ki, gənc Vermerin ustası Leonart Breymerin (ing. Leonaert Bramer) özü olmuşdur. O, giriş üçün pul verməmişdi. Rəsmdən əldə etdiyi gəlir Vermeri tam təmin etmirdi, həm də 1652-ci ildə atasının ölümündən sonra anasının Vermerlərin sahibkarlıq etdiyi “Mexelen” traktirini idarə etməyə başladığı ana qədər onun tək varlıq mənbəyi olmuşdu.

Yanın müraciət etdiyi süjet məişətə və sakit təsvirlərə istiqamətlənmişdi. Onun işlərini analiz edərək deyə bilərik ki, onun bütün əsərləri rəssamın öz evində və emalatxanasında çəkilmişdir. Həmçinin, bəzi əsərləri (“Pəncərənin qabağında məktub oxuyan qız” – 1657, “Əlində süd dolçası olan xidmətçi qız” – 1660, “Xanım və iki kavaler” – 1659-1660, və digərləri) bir otağın interyerinə uyğun gəlirdi.

“Pəncərənin qabağında məktub oxuyan qız”, 1657
“Əlində süd dolçası olan xidmətçi qz”, 1660-cı il
“Xanım və iki kavaler”, 1659-1660-cı illər
“Geograf”, 1668-1669-cu illər

 

“Astronom”, 1668-1669-cu illər

Eyni pəncərələr, eyni mebel, döşəmə… Əsərlərinin oxşarlığına baxmayaraq, onun işləri satılırdı. Lakin Yanın il ərzində sata bildiyi rəsmlərin sayı iki və üçü keçmirdi. O qədər də məhsuldar olmayan yaradıcılığı ailə biznesinin gəlirini kompensasiya edirdi. Buna əsas kimi kənd qızı olan Katerina Bolnes ilə evlənən Vermerin 15 övladı (uşaqlardan 4-ü körpə ikən ölmüşdü) var idi və rahat yaşayırdılar. Evlilik (20 aprel 1653-cü il) rəssamın özünə çətin olmuşdu. Evliliyə mane olan fərqli dini inanclar olmuşdu – o, protestant idi, qız isə katolik. Buna razı olmayan rəssamın qayınanası idi, amma sonradan razı oldu və 1660-cı ildə onların evinə köçdü.

Bütün ömrü boyu rəssam yalnız nadirən, sifariş veriləndən-verilənə rəsm çəkməyə davam etdi. Vermerin əsərlərinin mövzusu onun dünyanı qəbul etməyinin, parlaq hisslərinin məişət mövzusunda əksi olaraq qaldı. Delftli Yan əsərlərində heç vaxt işıqdan və havadan xəsislik etmirdi. Rəngarənglik rəssamın vizit kartı idi (“Delftin görnünüşü” 1660-1661, “Rəssamın emalatxanası” 1666-1667) və onun izləyicinin hissləri ilə eksperimentlərində cəsarətliliyindən danışırdı.

“Delftin görünüşü”, 1660-1661-ci illər
“Rəssamın emalatxanası”, 1666-1667-ci illər

1662-ci ildən başlayaraq 8 il ərzində Vermer Gildiyada dekan vəzifəsində işləmişdir. Onun iki pərəstişkarı var idi – aşpaz Xendrik van Buyteni və çap emalatxanasının sahibi Yakob Dissius (Jacob Dissius). Bundan əlavə, ikincisi rəssamın ya sifarişlə çəkilmiş, ya da hazır alınmış 19 əsərindən ibarət kolleksiyanın sahibi idi. Rəssam təcrübəsi və istedadı Yana incəsənət aləmində avtoritet tənqidçi və ekspert olmağa imkan verdi, o, hətta, saxta rəsmlərin ortaya çıxarılmasında və bir neçə kolleksiyanın əsl qiymətinin çıxarılmasında iştirak etmişdi. Onun bioqrafiyasında yalnız bir “amma” var. Vermerin tələbəsi yox idi, ona görə də, o, öz təcrübəsini heç kimə ötürməmişdi, yaş isə özü haqda deyirdi.

Ömrünün axırında xəstə rəssam 41 yaşında gəlib çatmışdı və Deltfli Vermer öz mövqeyini itirdi. Qiymətli olmayan rəsmlərin satışından gələn kiçik gəlir, Yanı kredit almağa məcbur edirdi. Borcların miqdarı o qədər böyük idi ki, dul qalmış Katerina ərinin qalan əsərlərini satmağa məcbur olmuşdu. 15 dekabr 1675-ci ildə rəssam Deftdə dəfn edildi (ailə qəbristanlığı, Aude Kerk kilsəsi). Böyük rəssamın yaradıcılığına maraq XIX əsrdən başladı, onun işıqdan istifadə edərək obskur kamerası ilə çəkdiyi əsərləri alim Tim Cenisona (Tim Jenison) 5 illik Vermerin unikal əsərlərini yenidən yaratma eksperimetlərini etmək üçün ilham verdi. Araşdırmalar sayəsində 2013-cü ildə Barokko stilinin hamisi holland rəssamının fili çıxmışdır.

Yan Vermerin yaradıcılığından bir neçə nümunə:

“Diana təbəələri ilə”, 1653-1654-cü illər
“Gənc qadın yatır”, 1656-1657-ci illər
“Zabit və gülən qız”, 1657-ci il
“Delftdəki ev görünüşü” və ya tanınmış adı ilə “Kiçik küçə”, 1657-1658-ci illər
“Musiqi dərsi”, 1662-ci il
“Mirvari sırğalı qız”, 1665-ci il
“Sevgi məktubu”, 1669-1670-ci illər
“Xidmətçisi ilə məktub yazan qadın”, 1770-1771-ci illər

Nümümələr və mətn üçün mənbə:

https://baroquepainting.jimdo.com/%D1%8F%D0%BD-%D0%B2%D0%B5%D1%80%D0%BC%D0%B5%D0%B5%D1%80/#name

Redaktə etdi: Fatimə Əliyeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin