Antonio van Deyk (ing. Anthony van Dyck)

Barokko dövrü. Niderland. XVI əsr.

22 mart 1599-cu ildə çoxuşaqlı ailədə, zəngin antverpen parça taciri Frans van Deykin ailəsində 12 uşaqdan 7-cisi olaraq kiçik Antonio doğuldu. Antonio xüsusi uşaq idi, istedadlı və romantik. Onun rəsm qabiliyyətləri həddindən artıq tez ortaya çıxdı və müəllimi – rəssam Hendrik van Balen (ing.  Hendrik van Balen) tərəfindən xeyirxahlıqla yetişdirilmişdi. Yaradıcılıq həyatında ilk addımlara kiçik rəssam 10 yaşından başlayıb, 6 il keçəndən sonra (1615-ci il) onun artıq müstəqil rəssam olmaq imkanı vardı.

Gənc Antonioda rəsm qabiliyyətinin xüsusi inkişaf etməsinin səbəbi onda portret işlərinə xüsusi maraq olması idi. İnsanların çəkilməsi texnikasını o ömrü boyu bir xeyli çəkdiyi avtoportretlərdə tez-tez istifadə edirdi. Rəssam yaradıcılığında ilk portretini 1613-1614-cü illərdə çəkmişdir. Bu rəsmdən izləyicilərə kürən saçlı, yaşıl gözlü, al yanaqlı oğlan baxır. Bu iş istedad, gözəl rəng hissləri ilə dünyanın yetkin düşüncəsi arasındakı fərqin dilində “danışır”. Alov saçlı rəssam – oğlan şəxsən Rubens tərəfindən qeyd edilmişdi. 1618-ci ildən başlayaraq, gənc Rubensin tələbəsi oldu və öz mentorundan səhnə rəsmlərinin xüsusiyyətlərini öyrənməyə başladı. Bundan sonra van Deykin palitrası daha rəngarəng və müxtəlif oldu. Portret mövzusu mifoloji və dini mövzularla (“Yupiter və Antiopa” – 1620-ci il, “Misirə gedən yolda istirahət” – 1625-ci il, “Silenusun triumfu” – 1625-ci il, “Tikanlı halqa ilə taclandırılan” – 1620-ci il) azalmışdı.

“Yupiter və Antiopa”, 1620-ci il
“Misirə gedən yolda istirahət”, 1625-ci il
“Silenusun triumfu”, 1625-ci il
“Tikan halqa ilə taclandırılan” , 1620-ci il

Van Deykin çalışqanlığı Piter Paul Rubensin (ing. Pieter Paul Rubens) tərifinə layiq oldu və onu özünün ən yaxşı tələbəsi adını verdi. Buna sübut olaraq Antonioya şəxsi emalatxana verdi.

1620-ci ildə van Deyk ilk dəfə I Yakobun krallıq portretlərini etmək üçün ölkəni tərk etdi. London həyatı gənc rəssamı Tisianın (ing. Tiziano Vecellio) əsərləri ilə tanış etdi. Tamamilə fərqli yazı texnikası və rəng qammasından heyran olmuş Antonio Rubensin kompozisiya dərslərini Tisianın nüansları ilə daha da zənginləşdirməyə nail oldu.

Van Deykin portret, xüsusilə, parad portretlərinə cəzb olması əvvəl-axır onun mifoloji rəsmlər çəkmək üçün etdiyi cəhdlərin qarşısını aldı. 1621-ci ilin sonunda İtaliyaya köçən Antonio 6 il ərzində italyan ustaların yaradıcılığını araşdırdı və əsilzadələrin rəsmlərini çəkdi. Onun İngiltərə qayıdan vaxtdan sonrakı rəsmləri yetkinlərə uyğun və “həqiqi” idi. Van Deyk öz qəhrəmanlarını həqiqi gözəlliklə doldururdu, geyimdəki və bəzək əşyalarındakı xırdalıqlara diqqət edirdi, sosial statusa diqqət çəkərək personajları qalın məxmər və atlas parçalarla bürüyürdü (“Filadelfiyanın və Elizabetin portreti” – 1640-cı il, “Xanımın portreti” – 1634-1635-ci illər, “I Karlın at ilə portreti” – 1633-cü il).

“Filadelfiya və Elizabetin portreti”, 1640-cı il
“Xanımın portreti”, 1634-1635-ci illər
“I Karlın at ilə portreti”, 1633-cü il

Öz stili ilə Antonio sifarişçilərini razı salmağa çalışırdı, lakin razı olmayanlar da olurdu. Sasseks qrafinyası bitmiş portretə baxanda dolğun və yumru üzlü qadını görəndə o qədər də razı qalmamışdı və orijinala uyğun olduğundan da şübhə edirdi. Onun işlərində, xüsusilə, isti və delikat qəhvəyi koloriti seçilirdi. Artıq sənətkar personajlarına gözəl bal paltarları geyindirərək fonda meşə peyzajları ilə əhatələdiyi səhnə portretlərinə maraq salmışdı. Seçimi sifarişçilərə verən Antonio van Deyk öz fırçasını, həmçinin, digər janrlarda da sınayırdı. Məsələn, öz çertyojları və eskizləri ilə işləyərək qravüra çəkirdi. Onun dəzgah əsərləri, həmçinin, boşqab seriyası orijinal əl işi kolleksiyası idi. Bundan sonra onun qələm və akvarel işləri də olmuşdur. Lakin bütün kommersantlar kimi rəssam avtoriteti van Deyk də diqqətini böyük gəlir verən rəsmə vermişdi. Barokko dövrünün rəssamı Antonio van Deyk Avropa incəsənətinə təsir edən portret rəsminin tamamilə yeni istiqamətinin banisi olmuşdur. O, özünə manekenlərdən istifadə etməyə, şagirdlərinin rəsmlərlə məşğul olmasına icazə verməyə başlamışdı. Əlbəttə ki, bu, onun sonrakı əsərlərində öz izini göstərirdi, lakin bir o qədər də onun yetirmələri üçün böyük hədiyyə olmuşdur. Sənətkar davam edən xəstəlik səbəbilə 1641-ci il 9 dekabr Londonda vəfat etmişdi. Onun 42 yaşı var idi və onun son məkanı Müqəddəs Pavl kafedralı olmuşdur.

Antonio van Deykin yaradıclığına aid bir neçə nümünə:

Avtoportret, 1613-1614-cü illər
“İsa Məsih Yerusəlimə gedir”, 1617-ci il
Avtoportret, 1618-1619-cu illər
“Kornelius van der Geestrin portreti”, 1620-ci il
“Ailə portreti”, 1621-ci il
“Ser Edminon Porterin və Antoni vab Deykin portreti”, 1623-cü il
“Markiza Balbinin portreti”, 1625-ci il
“Filipp Li Ruanın portreti”, 1630-cu il
“Günəbaxan ilə avtoportret”, 1633-cü il
“I Karlın 3 yöndən portreti”, 1635-1636-cı illər

Rəsmlər və mətn üçün mənbə: https://baroquepainting.jimdo.com/%D0%B0%D0%BD%D1%82%D0%BE%D0%BD%D0%B8%D1%81-%D0%B2%D0%B0%D0%BD-%D0%B4%D0%B5%D0%B9%D0%BA/#name

Redaktə etdi: Fatimə Əliyeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin