60-cı illərin röyası: Pink Floyd

0

1960-cı illərin İngiltərəsi. Seks, narkotik və sevginin havada uçuşduğu illər. Kembricdə bir qrup istedadlı və akademik keçmişə sahib olan gənclər – Rocer Sid Berit, Rocer Vaters və Devid Gilmur (Roger ‘Syd’ Barrett, Roger Waters, David Gilmour) – bütün həvəsli gitaristlər Londonda yığışmağa başlamışdı və onlar özlərini ifadə etmək üçün alışıb yanırdılar. Təhsildə irəliləmək adına (incəsənət – memarlıq, musiqi və s.) böyük şəhərdə həmfikirləri ilə iç-içə idilər.

1965-ci ildə Berit və Vaters zərb alətlərində və polifonik sintezatorda istedadları ilə fərqlənən Nik Meyson və Rik Raytla (ing. Nick Mason and Rick Wright) görüşürlər. Nəticəsi 40 il ərzində davam edən Pink Floyd röyası oldu..

Bəzi personal dəyişiklikləri ilə birlikdə Pink Floyd musiqi pillələrini qalxaraq Beatles, Stones və Led Zeppelin ilə birlikdə zirvəni bölüşürdü. Albom satışları 250 milyonu keçdi. 2005-ci ildə “Live 8” yardım konsertlərində iştirak edən Pink Floyd tarixin ən böyük musiqi hadisəsinə səbəb oldu.
Məsələn, Rocer Sid Berit. Universitetin bu “cool” və xarizmatik oğlanı qrupun arxasında (sonralar onu Delta Bluesmen Pink Anderson və Floyd Şurası adlandırdı) orijinal yaradıcı qüvvə idi. O, ilk dəfə olaraq qrupun şöhrətini təhlükəyə salacaq və bərpa edilməz şəkildə yön verəcəkdi. Floydda Berit dövrü 3 il davam etsə də, onların nə etdiyini hər zaman bilirdi.

1966-cı ilin baharında gənc qrup əfsanəvi Marki Klubdakı (Marquee Club) kortəbii Yeraltı (underground) “tədbirlərində” hər bazar günü çıxış etməyə başladı və burada öz gələcək menecerləri Andre Kinq və Pitır Cener (Andre Kinq və Peter Jenner) ilə tanış oldular. Payıza qədər Floyd qərbi Londonda “London Free School” kimi gənclərin çox olduğu qurumların ev qrupu kimi fəaliyyətinə davam etdi.

All Saint’s Hall’dakı iqamətgahın yarısında – Roindhouse’da UFOİnternational Times’ın böyük təqdimatı keçirildi. Həmçinin orada “Interstellar Overdrive”-ın instrumental qeydləri UFO-nun həmtəsisçisi, produseri ilə birlikdə edildi (bu mahnı daha sonra sənədli filmlərdə istifadə edildi). 1967-ci ilin əvvəllərində EMİ-yə imza atıldı.

Sid “biz pop ulduzu olmaq istəyirik” deyə qeyd edir. Mart ayında Boyd, Beritin “Arnold Layne”-ni 3 dəqiqəlik mahnı olaraq qeyd etdi və qrup özünü zirvəyə qaldırmaq üçün Top Twenty ilə birlikdə yorucu bir cədvəllə konsertlər və səs qeydləri təşkil etməyə başladı. Yay aylarında onlar ən məşhur məkanlarda çıxış etməyə başladılar, Aleksandra sarayında 14 saatlıq “Technicolor Dream” konsertini verdilər. Onlar Kraliça Elizabet sarayında rekvizitlər, əvvəlcədən qeydə alınmış lentlər və dünyanın ilk quadrafonik səs sistemi vasitəsilə öz teatr ehtiraslarını nümayiş etdirərək klassik bir məkanda “Game For May” (May ayı oyunları) başlığı altında konsert verdilər (onlara tamaşaçılara nərgiz gülü atmaq ömürlük qadağan edildi). İyun ayı Floyd bu hadisə əsasında orijinal mahnı yayımladı.

EMİ-nin üzvü Norman Smith (Normen Smit) tərəfindən ərsəyə gələn “Emily Play” Number Six kanalında göstərildi və Televiziya kanallarının Pop musiqi siyahılarında 3 dəfə zirvəyə çıxdı (Berit qəribə davranmağa başlamışdı). Bunun ardından avqust ayında Pink Floyd’un ilk LP-si (uzun müddətli oxunan mahnılar) – The Piper At The Gates of Dawn”nun səsyazmalarına başladılar. Bu səsyazmalar The Beatles’in yan otağında, yəni Abbey Road-da edilirdi. Daha sonra isə qrup “Sergeant Pepper” üzərində çalışmağa başladı. Yenidən Top 10-a qalxan albom daha çox Berit’in qəribə və anlaşılmaz mikslərindən təşkil olunmuşdu.

Beritin davranışları və çıxışları qrupu onunla ayrılmağa sövq edirdi; danışmağı  rədd etməsi, gecə boyu tənzimlənən simlərlə oynaması, “Scream Thy Last Scream, Old Woman with a Basket” kimi material yazması. Qrup üzvləri öndərlərini itirmək istəmirdi və onun tezliklə davranışlarını düzəldəcəyinə ümid edirdilər. Belə ki, onlar Devid Gilmura: “Xaricə səyahətimiz bitdikdən sonra Sid’in səhnədəki çıxışına son verməklə Londona geri qayıda bilərik” – dedilər və Beritin səhnədən kənar, onların mahnı yazarı kimi fəaliyyət göstərə biləcəyini düşündülər. Onlar bəzi konsertlərində “5 nəfər” kimi çıxış etməyi yoxladılar. Lakin bir müddət sonra qərar verdilər ki, Beritsiz yola davam edə bilərlər. 1968-ci ilin mart ayından etibarən onlar ikinci təcəssüm və yeni rəhbərləri ilə yola davam etdilər.

Berit, Cener və Kinq (Jenner and King) ilə birlikdə öz yoluna davam etdi və daha sonra həyatının geri qalanını keçirmək üçün Kembricdə inzivaya çəkilmədən öncə Vaters, Rayt və xüsusilə də, Gilmurun köməyilə 2 unudulmaz albomunun səs yazmalarını bitirdi. Digər 4 nəfər isə yeni menecerləri Stiv Orork (Steve O’Rourke) ilə -bəzi məsələlərə baxmayaq – “A Saucerful of Secrets” adlı ikinci albomlarını tamamladılar (ötən ildən başlamışdılar). Pink Floyd ilk pulsuz konsertini Hayd parkda keçirdi.

1969-cu ilin noyabrında qrup canlı konsertlərini və studio mahnılarını qarışdıraraq “Ummagumma” adlı ikinci albomlarını satışa çıxardılar. Eyni ayda “Careful With That Axe, Eugene” mahnısını, Antonioninin kino filmi “Zabriskie Point” üçün ürküdücü formatda yenidən işləmişdilər.

İngiltərə üzrə top 10 listdə 5-ci yerdə olan Ummagumma, həm Avropa, həm də Birləşmiş Ştatların yeraltı dünyasında günü-gündən daha çox rəğbət qazanırdı. Floyd öz vaxtlarının əsas festivallarında çıxışlar edib – Bath, Antibes, Rotterdam, Montreux və s. 1970-ci ilin okyabrı və 1971-ci ilin noyabrı arasında daha 2 albom ərsəyə gətirdilər.

“Atom Heart Mother” Pink Floydun top 10 listində ilk nömrə biri idi və qrupun ehtişamını sərgilədi. 1972-ci ildə getdikcə müvəffəqiyyətlərə nail olan qrup günü-gündən yüksəlişə keçməyə davam edirdi. Onlar “Live at Pompeii’ filmini Roma amfiteatrında çəkdilər, Clouds tərəfindən Schroder üçün Obscured adlı başqa bir film musiqisinin səs yazmasını etdilər və Balet de Marselle (Ballet de Marseille) ilə birlikdə çıxış etdilər. Lakin ən vacibi, gələcəkdə ən populyar albomları və dünya üzrə 45 milyon satış rəqəmi ilə 3-cü yerə sahib olacaqdı. İlk dəfə olaraq “Eclipse” adlanan mahnı daha sonra “The Dark Side of The Moon” olaraq 1973-cü ilin mart ayında pərəstişkarlarına təqdim edildi. Vaterin həm söz yazarı, həm də konseptualist talantı, Gilmurda da çox güclü şəkildə idi. Lakin ictimai təcrübələrinə əsasən Vaters qrupun faktiki rəhbəri oldu.

Onun talantlı bir söz yazarı olmağı, iki ən yaxşı mahnı sözlərində – “Shine On You Crazy Diamond” “Wish You Were Here” mahnılarında özünü açıq şəkildə göstərdi. Bu mahnılar Floyd’un LP’də növbəti yüksək nəticəsini gətirdi. Xüsusilə də 1975-ci ilin yanvarında işlərinə başlanmış və yayda pərəstişkarlarına təqdim edilmiş “Wish You Were Here” dillərdən düşməyən mahnıları siyahısına girdi.

Məhşur biri kimi Berit Abbey Road’da “Shine On” mahnısının səs yazması sırasında ortaya çıxdı, qrupu öz görünüşü və hərəkətləri ilə şoka saldı. Bu, qrup üzvlərinin onu ən son gördüyü an oldu, lakin onlar, həmçinin, bir-birlərini də az görməyə başladılar. Şəxsi maraqları və musiqi barəsindəki fərqliliklər özünü göstərməyə başladı və bu vəziyyət dözülməz hala gələnə kimi, yəni hələ 2 il daha LP’yə birlikdə mahnılarını təqdim etdilər.

“Animals” ilk dəfə 1977-ci ilin yanvarında pərəstişkarlarına təqdim edildi (baxmayaraq ki, mahnının işlərinə 1975-ci ildən başlamışdılar).

Turlar ərzində lüks effektlərdən, avadalıqlardan istifadə edərkən Vaters insanların əvvəlki konsertlərdəki ab-havanı axtarmaqlarından ötrü narahat olurdu. Montera konsertində səbri kəsildi və tamaşaçılara doğru tüpürdü. Bu hadisə onları fəaliyyətləri ərzində ən yaxşı layihələrini ortaya qoymağa təşviq etdi: “The Wall” Vatersin sevgi, həyat və incəsənət üzərinə böyük ölçüdə avtobioqrafik inikasıdır.

Qrup rok həvəskarlar arasında çox sevildiyinə görə tez-tez konsert turlarına çıxırdılar. Elə turlar zamanı Vaters öz həyat yoldaşından boşandı. Bu hadisə onu atasının ölümünü haqqında daha çox düşünməyə vadar etdi, yəni ard-arda gələn problemlər Vatersin biznesinə və tamaşaçılara olan münasibətinə də təsir edirdi.

Qrupun rok dünyası üzrə ən böyük işlərindən biri olan “Brick” albomu sonradan Bob Geldof’un (Bob Geldof) baş rolunda oynadığı Alan Parker filmində istifadə edildi (25 il sonra Pink Floyda yenidən qayıdan adam). Albom 20 milyonluq bir satış rəqəminə çatdı, qrup nömrə bir listlərinə girən mahnılar çıxardı və qrup anti-avtoritar “Another Brick in the Wall”-ın 2-ci hissəsini ərsəyə gətirdilər. Albomun musiqili hissələri çoxluq təşkil etsə də, Gilmurun solo ifa etdiyi, sözlərinin özünə məxsus olduğu “Comfortably Numb” mahnısı hələ yaddaşlardan silinməyib. Vaters layihəni idarə etdi və digərləri də onun yanında oldular. Pərəstişkarları günü-gündən daha çox artan qrup Vatersin verdiyi istiqamətlərə özlərini yönəltdilər və 2 ildən uzun bir müddət ərzində yeni layihə üzərində işləmədilər.

Yenidən studiyaya qayıtdıqda, “The Final Cut”-ın səsyazmalarına başladılar. Məqsədəuyğun şəkildə adlandırılmış albom 1982-ci ilin Folklands qarşıdurmaları üzərinə yönləndirilmişdi. Vatersin atasının həyatını verdiyi anı və müharibə sonrası təslim olmayan “yuxu” mövzularını əhatə edirdi. Bütünlüklə Vatersi əhatə edən bu albom “Rocır Vaters, Pink Floyd tərəfindən həyata keçirildi” kimi qələmə verildi.

3 il sonra 4 üzvün hər biri fərdi fəaliyyətinə başladı; Vaters qrupdan ayrıldığını və onu dağıtdığını açıqladı. Rayt (Wright) bir müddət sonra “The Wall” turundan sonra əmək haqqını alaraq qrupdan ayrıldı və “The Final Cut”-da rol oynamadı. Lakin Gilmur və Meysın (Mason) əvvəlki liderləri olmadan da Pink Floyda davam etmək qərarına gəldilər. Qrup üzvlərinin bir müddət davam edən mübahisəli dövründən sonra ortaq qərara gələ bildilər; Vaters qrupla birlikdə işlədiyi mahnılarını solo ifa edə biləcəkdi. Gilmur, Meysın və Rayt isə birlikdə Pink Floydu idarə etməyə davam etdilər.

1987-ci ildə Növbəti albom olan A Momentary Lapse of Reason”, əsasən, Vatersə Pink Floydun onsuz davam edəcəyini göstərmək üçün ərsəyə gətirildi. “Delicate Sound of Thunder” mahnısı birlikdə canlı oxuduqları sonrakı dünya turlarında ən uzun və ən sevilən işlərindən biri halına gəldi. Tur illəri ərzində 5.5 milyon insan Pink Floydun 200 şou-konsertini izlədi. “Delicate Sound of Thunder” mahnısı, eyni zamanda, Sovet Fransız Soyuz-unun 7-ci missiyasında ilk dəfə ifa edilən rok mahnısı idi.

1994-cü il albomu “The Division Bell” onların oxşar səsyazma vərdişlərindən kənar bir albom oldu. Raytın səs yazmaların bir hissəsində etdiyi kömək Gilmurun yazar həyat yoldaşı Pali Semsın (Polly Samson) ilə qrup üçün müqavilə imzalaması, qrupun yeni klassikalarından biri halına gələcək olan “High Hopes” mahnısını ərsəyə gətirdi. Lakin bundan sonra Pink Floyd yeni layihələr ortaya qoymadı və səsyazmalar etmədi.

 

2003-cü ildə qrupun rəhbəri və meneceri Stiv Orork (Steve O’Rourke) iflicdən vəfat etdi. Ororkun Chichester (Çiçestır) kilsəsində baş tutan dəfn mərasimində Pink Floydun 3 üzvü “Fat Old Sun”“Dark Side’s Great Gig in the Sky” mahnılarını ifa etdi. 2006-cı ildə Sid Berit (Syd Barrett) xərçəngdən vəfat etdi. 2008-ci ildə isə Rik Rayt (Rick Wright) onların ardınca həyata gözlərini yumdu.

2005-ci ildə Bob Geldofun istəyilə qrup “Live 8”-də çıxış etmə qərarı aldı və Vatersi qonaq kimi dəvət etdilər. Vaters dəvəti qəbul edərək Gilmur ilə birlikdə “Dark Side”, “Wish You Were Here” və “Comfortably Numb” mahnılarını ifa etdilər.

Bundan sonra qrup 2 dəfə yenidən çıxış etdi; 2006-cı ildə Gilmur solo konsert verdi və Rayt onu yalnız buraxmadı. 2007-ci ildə isə Beritin xatirəsinə konsertdə çıxış etdilər. Vaters də konsertdə iştirak edirdi, ancaq əvvəlki iş yoldaşları ilə bir səhnəni bölüşə bilmədi.

10 iyul 2010-cu ildə Vaters və Gilmur Oxfordshire-da təşkil edilmiş xeyriyyə üçün birlikdə çıxış etdilər və 12 may 2011-ci ildə Vatersin Londonda olan “The Wall” konsertində Gilmur “Comfortably Numb” mahnısının öz hissəsini oxumaq üçün səhnəyə çıxdı. Konsertdə iştirak edən Nikc Mason (Nik Meysın) sonuncu “Outside the Wall” mahnısında səhnəyə çıxdı və onlarla birlikdə ifa etdi.

İllər boyunca birlikdə uğurlara imza atan Pink Floyd qrupu 1995-ci ildə ikiqat albomu olan “P•U•L•S•E” üçün mükafatlandırıldı. Birlikdə getdikləri bu uzunmüddətli fəaliyyət dövrlərində daha bir neçə mükafatları olmuşdur; həm Amerika, həm də İngiltərədə Rock’n&Roll Halls of Fame üzrə, 2008-ci ildə illər boyu rok mədəniyyətinə, musiqiyə, incəsənətə verdikləri töhfələrə görə İsveç Polar Musiqi mükafatına layiq görülmüşdülər. Və 2010-cu ildə Royal Mail Division Bell şəkillərindən öz markalarında istifadə etdilər. Eyni zamanda, sadəcə Pink Floydun şəkillərindən istifadə edərək unikal bir səhifə yaratdılar.

Bəs bu Pink Floydun yolunun sonudur? Onlar çıxış etməyə və yeni albom işlərinə davam edəcəklər? Artıq həyatda olan üzvlərin Sid Berit tərəfindən qoyulan adla o əfsanəvi qrupun yenidən fəaliyyət göstərməyi və yeni musiqilər yazmağı mümkünsüz kimi görünür. Lakin Pink Floyd üzvlərinin qəlbini kim bilə bilər ki? O, hər zaman bizlər üçün müəmma olaraq qalacaq…

Əlavə oxu:  Bir digər incəsənət: Pink Floyd rəsmləri

Qaynaq:

http://www.pinkfloyd.com/history/biography.php 

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin