Sadəcə hava ilə yaşayan qəribə bakteriya kosmosda həyat tapmağın açarı ola bilər

0

İndiyə qədər tapılmış ilk hava yeyən bakteriya.

Elm adamları canlıların ən dayanıqlısı olan və sadəcə havadakı kimyəvi maddələrlə həyatda qala bilən yeni bir bakteriya növü kəşf etdilər. Həm də bu kəşf digər planetlərdəki yaşam (əgər varsa) haqqında düşünmə şəklimizi dəyişdirə bilər. Cənub qütbündə tapılan mikroblar digər qida və enerji qaynaqlarının qıt olduğu ən sərt həyat şəraitində hidrogen, karbon monoksid və karbon dioksiddən ibarət olan bir qidalanma şəkli ilə həyatda qala bilir.

Əgər başqa planetlərdə aşağı səviyyədə yaşam formaları varsa, bu canlılar sadəcə atmosferdə olan qazlarla yaşaya bilərlərmi? Avstraliyadakı Yeni Cənubi Uels Universitetindən olan bir komandaya görə, artıq bu ehtimalı da hesaba almaq lazım gələcək.

Baş araşdırmaçı Belinde Ferrarinin fikrincə: “Cənub qütbü Dünya üzərindəki həyat şəraitinin ən son nöqtədə olduğu yerlərdən biridir. Ancaq soyuq, qaranlıq və quraq çöl bölgələri təəccüblü dərəcədə çeşidliliyə sahib mikrob topluluqlarına ev sahibliyi edir.”

“Əsas bilinməsi gərək olan məsələ isə az miqdarda su varkən, torpaqlardakı üzvi karbon miqdarı azkən və qışda qaranlıq əsnasında fotosintezlə Günəşdən enerji yaratmaq tutumu çox aşağı ikən bu mikrobların necə həyatda qaldığıdır.”

Dondurucu soyuqlar, çox az su, aylar çəkən qaranlıq, güclü ultrabənövşəyi radiasiya və donma-ərimə döngülərinin təsiri – bu şərtlərdən heç biri yaşamı dəstəkləməyə kömək etmir.

Ancaq çalışmalar burada yaşam olduğunu göstərdi. Bəs yaxşı adət edilmiş enerji qaynaqları, xüsusilə də, fotosintez yolu ilə şəkərə çevrilən karbon olmadan bu necə mümkün olur?

Araşdırmaçılar bu suala cavab vermək üçün qitənin buz olmayan iki bölümündən (“Robinson Ridge”“Adams Flat” hissələri) torpaq nümunələri aldılar. Bu bölümlərin seçilməsinin səbəbi isə tanına bilən növdən yaşam və ya bakteriya qidası qaynağının, demək olar ki, heç tapılmaması idi.

Elm insanları absurd yanaşma (tüfəng sıralaması) ilə torpağın mikrobik DNT-si üzərində çalışaraq kiçik DNT bölümlərindən DNT-nin bütününü meydana gətirdilər və 23 mikrobun genomunu yenidən yaratdılar. Beləliklə, WPS-2 ilə AD3 adı verilən və daha öncədən bilinməyən iki bakteriya qrupunu müəyyən etdilər. Bundan əlavə, torpaqda tapılan dominant növlərin genləri hidrogen və karbon monoksid ilə yüksək ölçüdə birləşmə meyilliliyinə sahib idi. Bu sayədə sözügedən qazları yetərincə sürətli bir şəkildə havadan toplayaraq həyatlarını davam etdirə bilirdilər.

Günəş işığı ilə qidaların az miqdarda olması və geotermal enerjinin olmaması onlar üçün problem deyildi. Bu, hər nə qədər daha çox yuxu halında olan bir bakteriya olsa da, indiyə qədər gördüyümüz ilk hava yeyən yaşam formasıdır.

Növbəti addım aşağı baxım tələb edən bu bakteriya növlərinin cənub qütbündə və ya Dünyanın başqa bir yerində nə qədər yayıldığını tapmaq olacaq. Nəticədə, qəbul etdikləri havadan başqa qidaya ehtiyac duymayan bu cür mikroblar başqa planetlərdə də ola bilər.

“Cənub qütbü kimi fiziki olaraq son nöqtədə yerləşən və qida qıtlığının yaşandığı bölgələrdə yaşamın hələ də necə mövcud ola bildiyini göstərən bu yeni kəşflər atmosfer qazlarının başqa planetlərdə də yaşamı dəstəkləmə ehtimalına qapı açır” – deyir Ferrari.

Kəşflər Nature jurnalında yayımlandı.

Mənbələr:

Sadece Hava ile Yaşayan İlginç Bakteri, Uzaydaki Yaşamı Bulmanın Anahtarı Olabilir

https://www.nature.com/articles/nature25014

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin