Christopher Nolan’ın rejissorluğunu etdiyi 10 uğurlu film

2

Film dünyasının dühalarından olan Kristofer Nolan (Christopher Nolan) çəkdiyi filmlərlə indiyədək ən yüksək hasilat əldə edən rejissor olmuşdur. Rejissorluqdan başqa, o, həm də çəkdiyi filmlərə ssenari yazan biridir. Ssenaristliyi qardaşı Conatanla birlikdə də edib. Kristofer uşaq yaşlarında atasının 8 mm kamerası ilə qısa filmlər çəkərək ilk kino təcrübəsini qazanmışdır. 1997-ci ildə isə Emma Tomasla (Emma Thomas) evlənmiş və yoldaşı da onun filmləri üçün prodüsserlik etmişdi.

Sizlər üçün Nolanın ən uğurlu 10 filmini təqdim edirik:

1. “Batman Begins” – “Batman başlayır”), 2005

IMDB: 8.3

Ailəsi öldürülən Brus Vayn (Bruce Wayne) Henri Dukard (Henri Ducard) və Ras Al Qulun (Ra’s Al Ghul) sayəsində Asiyaya köçür. Gotham şəhəri, demək olar ki, şeytanlar, cinayətkarlar və pis hesablarla məşğul olan adamlarla doludur və cinayət hadisələri heç bitmir. Brus Vaynın məqsədi bu şəhəri pislərdən təmizləmək və yaşayan xalq üçün hüzur yaratmaqdır. Bu məqsədini həyata keçirmək yolunda davam edərkən ona çox şey öyrədən Ras Al Qul maneə törədir. Bu, Batman üçlüyünün ilk filmidir.

 

2. “The Dark Knight” – “Qara cəngavər”, 2008

IMDB: 9

Gotham şəhəri artıq bir çox cinayətkardan təmizlənmiş bir halda idi. Lakin bu, cinayətkarların yenidən var olmayacağını bildirmirdi. Tam da bu zaman cinayətkarlara qarşı hər zaman hazır olan biri vardı. Batman, leytenant Qordon (Gordon) və prokuror Harvi Dent (Harvey Dent) bir araya gələrək Gotham küçələrini pislərdən xilas etmiş olsalar da, birdən-birə ortaya çıxan Joker işləri böyük ölçüdə pozur. Onun zəkası ilə mübarizə aparmaq bir az çətin olur. Gotham təhlükənin astanasındadır və Batman ümidlə qəhrəmanlığa hazırlaşarkən iki variant arasında qalır. Görəsən, o, cinayətkarları azaldır, yoxsa artırır? “Qara cəngavər” Batman üçlüyünün 2-ci filmidir.

 

3. “The Dark Knight Rises” – “Qara cəngavər yüksəlir”, 2012

IMDB: 8.4

Brus Vayn (Bruce Wayne) və ya Betmenin (Batman) Beyn (Bane) adlı bir cinayətkarın etdiyi gizli və pis niyyətli planlara bu dəfə gücü çatmır. Pişik qadını yanına çəkən Beyn Gotham xalqını böyük bir təhditlə qarşı-qarşıya qoyur və nə Gotham polis təşkilatı, nə də ordu hadisələrin önünə keçə bilmir. Batman bu dəfə özündən belə güclü bir rəqiblə üzləşir. Batman üçlüyünün son filmi olması və filmin musiqilərinin Oskar mükafatlı musiqiçi Hanz Simma (Hans Zimmer) tərəfindən bəstələnməsi müəzzəm bir seyr zövqü yaratmışdır.

 

4. “The Prestige” – “Prestij”, 2006

IMDB: 8.5

19-cu əsrin sonlarına doğru Londonda Robert Anqer (Robert Angier), yoldaşı Culya Mekkala (Julia McCullough) və Alfred Borden həm dostdur, həm də usta bir sehrbazın köməkçiləridir. Tamaşa əsnasında Culya öldüyünə görə Robert Alfredi günahlandırır və bir-birlərinə düşmən olurlar. Bəlli bir zaman sonra ikisi də məşhur bir sehrbaz olur və rəqibə çevrilirlər. Artıq düşmən olan bu iki sehrbaz səhnə performanslarında belə təxribat etməyə başlayır. Alfred çox yaxşı bir hiylə işlətdikdə Robert də rəqibinin sirrini açmaq məsələsini özünə problem edərək yaşayır. Beləliklə, faciəvi hadisələr bir-birinin ardınca baş verir.

 

5. “Memento” – “Yaddaş dəftəri”, 2000

IMDB: 8.5

Leonard Şelbi (Leonard Shelby) hotel otaqlarında yaşayan və sadəcə nəğd puldan istifadə edən biridir. Dəbdəbəli paltarlar geyinən və lüks maşın sürən Leonard Şelbi kənardan iş adamı kimi görünür. Lakin onun həyatı yoldaşına təcavüz edən və onu öldürən adamı axtarmaqla keçmişdir. Bu axtarışda böyük bir problemi var. Bu problem isə nadir insanlarda görülən və müalicəsi olmayan bir növ yaddaş itməsi problemidir. Keçirdiyi qəzadan öncəsini hər nə qədər xatırlasa da, 15 dəqiqə öncəsini bəzən heç xatırlaya bilmir. Görəsən, filmin sonu necə bitəcək?

 

6. “Insomnia” – “Yuxusuzluq”, 2002

IMDB: 7.2

Gənc bir qızın əsrarəngiz bir şəkildə öldürülməsindən sonra kiçik Alyaska şəhəri müxtəlif xəbərlərlə qarışır. Bu qəribə cinayəti həll etmək üçün vəzifələndirilmiş Vil Dormer (Will Dormer) və Hap Ekart (Hap Eckhart) adlı iki xəfiyyə Los Ancelesdən Alyaskaya doğru səyahət edir. Etdikləri araşdırma nəticəsində bir şübhəli tapırlar və şübhəli yazıçı Valter Finçi (Walter Finch) izləməyə başlayırlar. İzlədikləri zaman bir münaqişə yaşayırlar və daha sonra Hap Ekart ölür, ardınca isə Finç də izini itirir. Olduqca əsəbiləşən Dormer iş yoldaşının ölməsi nəticəsində yanına yeni bir köməkçi alaraq intiqam və ədalət ardınca getməyə başlayır.

 

7. “The Following” – “İzləmə”, 1998

IMDB: 7.6

Yazacağı yeni romanı üçün axtardığı ilhamı tapa bilməyən gənc yazıçı küçələrdə gəzib insanların arxasınca gəzir və yeni ilham qaynağı axtarır. Bill ləqəbi ilə tanınan yazıçı bir gün qara kostyumlu bir adamın arxasına düşür. Sonra problem halına gətirdiyi Cobb adlı gənclə tanış olur. Cobbun professional bir oğru olduğunu öyrənir və yaşayış tərzindən çox təsirlənir. Bill sarışın, cazibədar bir qadınla da tanış olur və heç aid olmadığı bir cinayət dünyasının içinə düşür.

 

8. “Inception” – “Başlanğıc”, 2010

IMDB: 8.8

Leonardo Di Kaprionun aktyorluğu ilə yüksək səviyyədə çəkilmiş müdhiş bir elmi-fantastik filmdir. Di Kaprio bacarıqlı bir oğru olan Don Cobbla qarşımıza çıxır. Mütəxəssisliyi sayəsində zehnin yuxu görmə anında şüuraltının dərinliklərində yatan dəyərli sirləri ortaya çıxarır. Bu sirləri çıxarıb insanların alt şüurundan oğurlayır. Bu bacarıq nadir insanlarda görülür. Cobbun bu nadir bacarığı onu təşkilati casusluğun təhlükəli dünyasında axtarılan bir şəxs etmişdir. Bu bacarığına görə beynəlxalq olaraq axtarılan və sevdiyi hər şeydən uzaq qalan birinə çevrilmişdir. Cobba olduğu vəziyyətdən xilas olması üçün bir fürsət verilir. Ona köhnə həyatına və uzaq olduğu hər şeyə qovuşması üçün bir iş verilir. Bu iş normal olaraq etdiyi kimi fikir oğurlamaq deyil, bunun əvəzinə bir şəxsin şüuraltına fikir yerləşdirməkdir. Əgər bunu bacarsalar, mükəmməl bir cinayətə imza atacaqlar. Amma mütəxəssislikləri və təcrübələri bir tərəfə, onların hər etdiyini öncədən təxmin edən bir düşmən qarşısında nələr olacaq? Bu işə hazırdılar? Bu düşməni isə sadəcə Cobb görə bilir.

 

9. “Interstellar” – “Ulduzlar arasında”, 2014

IMDB: 8.6    

Bilgisi və təchizatı yüksək olan Koper (Cooper) əkinçilik edərək həyatını qazanır. Tək məqsədi uşaqlarına gözəl və etibarlı bir həyat yaratmaqdır. Bir yandan babaları Donald onlara baxır. Kiçik qızı Mörf (Murph) isə inanılmaz bir zəkaya sahibdir. Mörf öz otağında bir xəyalın onunla əlaqə saxladığını düşünür. Daha sonra isə Mörfün xəyalının göndərdiyi bilinməyən məlumatın  qravitasiya dalğasından istifadə edilərək kodlandığını kəşf edirlər. Köhnə həyatını buraxan Koper bir gün ailəsinin qarşısına gözlənilməz bir təkliflə çıxır. Gələcək nəsillər üçün bir qərar vermək məcburiyyətində qalır. Kristofer Nolanın Conatan Nolanla birlikdə çəkdiyi bir filmlə üz-üzəyik. Fizik Kip S. Tornun (Kip S. Thorne) “Soxulcan dəlikləri” nəzəriyyəsindən ilham alınmışdır.

 

10. “Dunkirk”, 2017

IMDB: 8.1

Kristofer Nolanın çəkdiyi bu film II Dünya müharibəsinin taleyini həll etmiş hadisələrdən biri olan “Dunkerque” təxliyəsi ilə bağlıdır.

Mənbə:

Christopher Nolan’ın Yönettiği Birbirinden Başarılı 10 Film

Redaktə etdi: Fatimə Əliyeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin