Piter Paul Rubens

Avtoportret, 1623-cü il

Piter Paul Rubensin (ing. Pieter Paul Rubens) bioqrafiyası Borokko dövründəki digər müasirlərinə nisbətən daha  tam və düzgündür. Onun rəssamlıqdan əvvəlki peşəsinin hüquqşünas olduğu yalnız intriqadır. Piterin doğulduğu yer (24 aprel 1577-ci il) atasının, Yan Rubensin, oğlunun doğumundan əvvəl  sürgün edildiyi alman şəhəri olan Ziqen olduğu qəbul olunur. Lakin rəssamın böyük sevgisinə Belgiyada flamand regionundan Antverpen layiq olmuşdur. Burada onun ailəsinin kökləri və gücü vardı, bu isə rəssamı tez-tez vətəninə geri qayıtmağa vadar edirdi.

Rubensin ailəsi Antverpendən bir qədər uzaqda ailənin sevimli başçısı hüquqşünas, antverpenli vəkil, protestantların təqibçisi və hamısından əsas Oranlı I Vilheymin həyat yoldaşının məşuqu Yan Rubers “sayəsində” yaşayırdı. Elə bu münasibətə görə ailə sürgün edilmişdi. Piterdən əlavə Rubenslərin ailəsində böyük oğul Filip yaşayırdı. Anası Mariya Peypelinks ərinin ölümündən sonra oğullarına mükəmməl hüquqşünas təhsili vermişdi. Anasının təkrar katolikliyi qəbul etməsi və Antverpenə geri qayıtması ilə 11 yaşlı Piter və onun qardaşı hüquqşünas təhsili almalı olduqları latın məktəbinə göndərilir. Kiçik qardaşdakı incəsənətə olan istək onu buraxmırdı, o da məktəbin ağır dərslərindən dincəlmək üçün onun uzaq qohumları olan pedaqoq Tobias Verxaxtdan, Adam van Noortdan və Otto van Veendan aldığı rəsm dərsləri ilə məşğul olmağa başladı. Mentorlardan sonuncusu Piteri rəsmə, antik ədəbiyyat oxumağa və fəlsəfəyə istiqamətləndirməklə onun həyatında böyük rol oynamışdır. 4 illik təhsildən sonra Rubens Antverpen gildiyası Müqəddəs Likiyə qəbul olunmuş potretist ixtisasında müstəqil rəssam oldu.

23 yaşlı gənc rəssam əldə edilmiş bilikləri möhkəmləndirmək və öz stilini inkişaf etdirmək üçün İtaliyaya getdi. Bu dövrdə rəssamın əsas işlədiyi janr portret idi. Bu onun yaradıcı naturasını narahat etməyə bilməzdi və Piter hersoq mesenat və elm-incəsənət hamisi olan Vinçenso Qonzaqinin malikanəsində işə düzəlir. Onun tapşırıqları sayəsində Rubens məşhur rəssamların əsərlərinin, peyzajların, mifolojik süjetlərin nüsxəsini çıxartmaq, antik heykəltəraşlıq ilə tanış olmaq, İtaliyanın bir çox muzeyini ziyarət etmək şansı qazandı. Yaradıcılıq ekskursiyaları Rubensdə monumental və bir neçə digər janrda rəsm çəkmək istəyi yaratdı. Məhz burda onun  şah əsərləri olan “Hersoq Lerma” (1603) və “Paris məhkəməsi” (1605) yaranır.

“Hersoq Lerma”, 1603-cü il

 

“Paris məhkəməsi”, 1605-ci il

Roma, Genuya, Venesiya, Florensiya rəssamlar tərəfindən çox ziyarət edilən şəhərlərdir. Burada Piter Rubens ilhamını sovuraraq, portret rəsmlərini unikal bir janrla birləşdirərək öz ustalığını irəlilətməyə davam edirdi. Məhz bu vaxt onun hərəkətləri boyaların qalınlığı, geniş ştrix və hadisələrin naturallığı ilə tanınmağa başladı. Onun personajlarının qəribə fantaziyalı üzləri, artıq detalları və dəbdəbə atributları ilə dolu olmurdu. Portretlərin qəhrəmanları “olduqları kimi” rəsm edilirdi.

Rubens qabarıq formalara, süd bəyazı qadın bədəninə üstünlük verirdi, çılpaq bədənə qarşı ağlasığmaz dərəcədə meyl edirdi.

“Müharibədən qayıdış”, 1610-1612-ci illər
“Viktoriyanın triumfu”, 1614-cü il
“Venus frigida” (“Soyuq Venera”), 1613-cü il

1000-ə yaxın rəsm arasında dini və məişət mövzululara da rast gəlmək olar. Əgər ilk əsərləri solo idisə, daha sonrakılar şagirdlərinin köməyi ilə etdiyi altar rəsmləri idi. Tələbələri arasında ən istedadlısı olan Antonio van Deyk ona “Çarmıxa çəkilmə” (Müqəddəs Balburqi kilsəsi) və “Çarmıxdan çıxarılma” (Antverpen şəhər divarı) altar rəsmlərini çəkməkdə kömək etmişdir.

Otuz illiyi ərəfəsində o humanist Brantın qızı İzabella Brant ilə ailə həyatı qurur. Gənc olmağına baxmayaraq, Rubens yalnız Tisianın (ing. Tiziano Vecellio) məşhurluğu ilə müqayisə edilə biləcək məşhurluq qazana bilmişdi. Rəssam xeyli sifariş alırdı, bunların içində IV Henrixin həyatı haqda seriya da var idi. Bu sifariş həyata keçirilməmiş qaldı. Populyarlıq sayəsində Rubens səyahət edir və yeni stillər, rəsmləri üçün yeni mövzular öyrənə bilirdi. Onun kolleksiyasında ov səhnələri, çox insanlı yığıncaq səhnələri yaranırdı. Rəsmlərdə rənglər canlanırdı, ekpressiya, qəhrəmanların hərəkətlərində dinamika yaranırdı.

Səyahətlərindən birində onun həyat yoldaşı vəfat edir. Lakin 1630-cu ildə vətənə qayıdan rəssam yenidən öz dostunun qızı – 16 yaşlı Helena Furman ilə ailə qurur. Beləliklə, Helena onun heyranlıq mənbəyinə və onun rəsmlərinin baş qəhrəmanına çevrilir.

“Xəz”,1638-ci il
“Helena Furman uşaqlar ilə”, 1635-1636

O, portretdən peyzaja keçərək dayanmadan işləyirdi, lakin Rubensin köhnə xəstəliyi olan podaqra rəssamın işləməyinə imkan vermirdi, 63 yaşından həyatdan gedəndə, o, ardından bir hissəsinin muzeydə – onun Antverpendə 1947-ci ildə açılmış ev muzeyində saxlanılan bir neçə min rəsm qoyub getdi.

Piter Paul Rubensin yaradıcılığına aid bir neçə nümünə:

“Adəm və Həvva”, 1600-cü il
“Markiza Brigida Spinola Dorianın portreti”, 1606-ci il
“Muqəddəs Georq əjdahanı məğlub edir”, 1606-1610-cu illər
“Rubens həyat yoldaşı İzabella brant ilə”, 1609-cu il

Mətn və rəsmlər üçün mənbə: https://baroquepainting.jimdo.com/%D0%BF%D0%B8%D1%82%D0%B5%D1%80-%D0%BF%D0%B0%D1%83%D0%BB%D1%8C-%D1%80%D1%83%D0%B1%D0%B5%D0%BD%D1%81-5/#name

 

Müəllif: Səmra Əlizadə

Redaktə: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin