İran musiqinə İnqilab! – Şahin Nəcəfi

0

İranda gənclərin üsyan səsi kimi tanınan Şahin Nəcəfi (Shahin Najafi – شاهین نجفی)

10 sentyabr 1980-cı ildə İranın Gilan şəhərində anadan olub. 6 yaşında olarkən atasını itirən Şahin daha sonra qardaşının narkotik aludəçisi olduğunu öyrənir. Şahin gənclik dövründə gözəl səsinə görə məclislərdə Quran oxuyardı. Daha sonra şeir yazmağa və 18 yaşındaykən gitara çalmağa başladı. Daha çox klassik və flamenko tərzlərinə müraciət edən Şahin daha sonra müxtəlif qruplarda rok və ispan musiqiləri səsləndirərək İranın “yeraltı” ifaçısı oldu. O, Gilan Universitetində sosiologiya ixtisasında oxuyarkən anarxist fikirlərini açıqca dilə gətirdiyi üçün universitetdən qovulur. Nəcəfi ateist olduğunu açıqladıqda İranda mühakimə edilməyə başlayır. İran höküməti İranın dini dəyərlərini təhqir etdiyi üçün İranda Şahin Nəcəfinin mahnılarına qadağa qoyur. Buna baxmayaraq, Nəcəfi İrandaki gənclər arasında ən çox dinlənilən ifaçılardandır. Getdikcə hökümət tərəfindən daha çox təzyiqə məruz qalan Nəcəfi üzünü Almaniyaya tutur və Almaniyada fəaliyyətinə davam edir. İlk növbədə İran musiqi qrupunun rəhbəri olan Nəcəfi daha sonra “Tapesh 2012” musiqi  qrupuna qoşulur. Bir çox şeir və mahnılarında İrana qarşı tənqidlər səsləndirir. İranın əsasən seksist, dini fikirlərinə qarşı olan Nəcəfi mahnılarında daha çox bu mövzularda tənqidlərə yer verir.

2008-ci ilin may ayının 1-i “Tapesh 2012” musiqi qrupu ilə birlikdə ilk albomunu ərsəyə gətirir. Ma mard nistim (Biz Insan Deyilik) adlı albom onun həyatında fars hip-hopuna ilk rəsmi və professional addımı idi. Albom fars hip-hopunda ən çox dinlənilən albomlar arasında idi.

2009-cu ilin başlanğıcında Şahin Nəcəfi “Tapesh 2012” ilə olan əlaqəsini sona yetirdi. Qrupdan ayrılması ilə bağlı müxtəlif xəbərlər gündəmə gəldi. Əsas səbəb “Amerikanın səsi” telekanalında qrupun  “Around Us” (Bizim ətrafımızda) mahnısını icazəsiz olaraq səsləndirməsidir. Daha sonra qrup rəhbəri Nəcəfidən üzr istədi və mahnının səhvən Amerikanın səsi kanalında yayımlandığını bildirdi. Şahin qrupun üzrxaqlığını qəbul etdi.

Şahin Nəcəfi 2010-cu ilin yanvar ayında “Antikarisma” adlı yeni musiqi qrupu qurdu. Almaniyada yaşayan qrup üzvləri: Shahin Najafi, Babak Khazaei, Armin Mostaed və Pejman Afshari (Şahin Nəcəfi, Babək Kezayi, Armin Mostayed və Peyman Əfşari) öz mahnılarında yeniliklər etməyə davam edirdilər.

Nəcəfinin mahnıları dini hökumətlərə, yoxsulluğa, cinsiyyətçiliyə, senzuraya qarşı etirazının səsi idi. Eyni zamanda mahnılarında uşaq əməyinə, zorakılığına, cəmiyyətə qarşı olan dövlətin yalanlarına da öz tənqidlərini bildirirdi. “The Power Of Students In Iran” (İranda olan tələbələrin gücü) mahnısı İrandaki açıqfikirli tələbələrə qarşı olan təzyiqdən bəhs edir. “We Are Not Men” (Biz insan deyilik) mahnısı isə İranda qadın haqqları üçün ayağa qalxan bir qrupun cəhdlərinin aradan qaldırılmasına Nəcəfinin reaksiyası olaraq ərsəyə gəlmişdir. Şahin Nəcəfi solo konsertlərində bir çox siyasi və sosial mahnılara yer verirdi. Şahin Nəcəfinin 2008-ci ilin oktyabrında Almaniyada keçirilən “Peace Conference”də (Sülh Konfransı) musiqi şousu, eyni zamanda Stokholm, İsveçdə də etiraz şouları baş tutdu. 2009-cu ilin dekabrında “İranda Tələbə Günü” (Student Day in İran) ilə əlaqədar olaraq Şahin Nəcəfi Ziba Şirazi ilə birlikdə “Georgetown” universitetində, Vaşinqtonda “Etiraz” musiqi şousu keçirdi. Eyni zamanda öz rəsmi bloqunda simvolik bir açıqlama yayımladı: “İranda azadlıq qurulana kimi saçımı kəsməyəcəyəm”. (I don’t cut my hair until the time of freedom establishment in İran)

Mənbə: https://iranians.kodoom.com/

https://yasamaugrasi.com/

Şahin Nəcəfi- Proletariat (Azərbaycanca altyazı)

Şahin Nəcəfi & Möhsən Nəmcu – Period (Azərbaycanca altyazı)

Şahin Nəcəfi – İstadeh Mordan (Azərbaycanca altyazı)

Hazırladı: Ismat Məmmədova

Redaktə: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin