Qurbağanın aşağı ətraflarının hərəkəti batareyanın ixtirasına necə səbəb oldu?

0

Bəzən böyük kəşflərin arxasında böyük təsadüflər yatır. 1771-ci ildə bir gün italiyan həkim Luigi Galvani testislərinin ayaqlarında olduğunu sübut etmək üçün ölü bir qurbağa kəsirdi. Metal alətləriylə qurbağanın ayaqlarına toxunarkən onların yüngülcə tərpəndiyinə şahid oldu. Galvani bunun qurbağanın içindəki “heyvani elektrik”dən qaynaqlandığını müdafiə etdi.
Başqa bir italiyan fizik Alessandro Voltanın fərqli bir düşüncəsi vardı. İçindən elektrik cərəyanının keçəcəyi bir dövrə qurmaq üçün qurbağanın ayağına iki müxtəlif metal bağlayaraq ayaqlarını hərəkətə gətirdi. Eyni prosesi dişlərinizlə metal plomb arasına bir parça folqa sıxışdıraraq da edə bilərsiniz. İki fərqli metal kiçik elektrik cərəyanı yaradır və buna görə də ağzınızda narahatlıq hiss edəcəksiniz.

Volta 1800-cü ildə ilk batareyanı ixtira etməklə tanınır. “Volta batareyası” duzlu suya batırılmış bir toxunma parçasıyla bir-birindən ayrılmış gümüş və sink disklərdən təşkil olunurdu. Batareyadakı kimyəvi reaksiyalar bir AA batareyasındakına bərabər gücdə sabit cərəyanı yaratmışdı.

Bağdad Batareyası

1938-ci ildə bir alman arxeoloqu İraqın Bağdad şəhəri yaxınlarında torpaqdan gil küp çıxardı. B.e. 200-cü illərinə aid küpdə mis silindirin çevrələdiyi sink çubuq vardı və sirkə kimi bir cür turşulu mayeylə dolu olduğuna dair əlamətlər görülürdü. Bu küpün dekorativ elektro-örtdükdən tibbi elektro-terapiyaya qədər çeşidli işlərdə istifadə olunduğu irəli sürüldü. Əgər bu küp elektrik cərəyanı yaratmaq üçün istifadə olunmuşsa, Volta batareyasından 1600 il əvvələ təsadüf edən bir “batareya” xüsusiyyətini daşıyır deməkdir. Galvaninin təsadüfən etdiyi kəşfi göz önünə alsaq, bir başqası da mis və sink iynələri sözgəlişi limona batıraraq eyni şeyi kəşf etmiş ola bilərdi. Bu mövzuda dəqiq nəticəyə gəlinməyib.

Kütləvi istehsal, geniş təsir

Volta 1800-cü ildə ilk batareyasını hazırladıqdan sonra batareyaların 1896-cı ildə kütləvi istehsalla satışa buraxılması üçün aradan təxminən bir əsrin keçməsi lazım idi. Ondan sonra batareyaların toplum üzərində təsiri böyük idi, televizor pultundan maşınlara qədər batareyalar hər yerdə istifadə olundu. Daniel Dennettin də dediyi kimi batareyalar gələcəkdə də həyati əhəmiyyətini sürdürəcək: “Batareyalar hələ də insan bədəninin enerji sistemi olan mitoxondridəki ATP sisteminin yerini tutmur, amma kosmosda koloniya qurmağımızı təmin edəcək elmi və texnoloji sıçrayış enerjini asanlıqla saxlama və istifadə etmə bacarığımıza bağlı olacaq, bunu da batareyalarla edəcəyik.”

Prof. Dr. Daniel Dennett, Tuffs Universiteti Elmi Çalışmalar, Təhsil mərkəzi işçisi ve mərkəzin idarəçilərindən

Jheni Osman “Tarixi dəyişdirən 100 fikir”

Tərcümə etdi: Həsənli Fəridbəy

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin