Vegetativ vəziyyətdə olan xəstənin şüuru sinir implantları ilə yeniləndi

0

15 ildir PVS (Persistent Vegetative State – davamlı vegetativ vəziyyət) halında olan 35 yaşlı bir adam sinirlərin xəbərdarlığını ehtiva edən, təkmilləşdirilməkdə olan bir müalicə nəticəsində şüurunun açıq olduğuna dair əlamətlər göstərməyə başladı. Müalicənin tətbiq edilməsi ilə ümumi olaraq qəbul edilən bir görüşə qarşı örnək əldə edilmiş oldu. Normalda 12 aydan çoxdur vegetativ vəziyyətdə olan bir xəstənin şüuruna qovuşmasının imkansız olduğu qəbul edilir.

Bir maşın qəzası nəticəsində beyni ciddi şəkildə zədələnmiş xəstə ətraf mühiti qavraya bilmirdi. Beyin kökünə vagus sinirinə xəbərdarlıq etməsi üçün bir implantın yerləşdirilməsindən sonra isə şüurlu olduğunu göstərən siqnallar verməyə başladı. Cisimləri gözləri ilə izləməyə, yanında hekayə oxuduqları zaman oyanıq qalmağa başladı və müşahidəçi üzünü gözlənilməz bir anda xəstənin üzünə yaxınlaşdıranda gözlərini təəccübləndiyini göstərən bir şəkildə açdı. Hətta bir dəqiqəlik müddətə ehtiyac duysa da, başını çevirməsi və başqa sadə istəklərini də yerinə yetirə bilirdi. Lyondakı Mark Cennerod (Marc Jeannerod) Koqnitiv Elm İnstitutundan Angela Siriqunun (Angela Sirigu) dediyinə görə: “Hələ də iflicdir və danışa bilmir, amma cavab verə bilir. Artıq hər şeyin bir az daha fərqindədir.”

Tübingen Universitetində işləyən və sinir pozuqluqları olan xəstələrin əlaqə qurması üçün təkmilləşdirilən beyin-kompüter interfeysləri sahəsində qabaqcıl olan Nils Birbamer (Niels Birbaumer) Current Biology’də yayımlanan kəşflər haqqında cavabı axtarılan önəmli sualların yarandığını deyir: “Bu xəstələrin bir çoxu böyük ehtimalla göz ardı edildi, passiv ağrısız ölüm vegetativ vəziyyətdə tez-tez rast gəlinən bir durumdur. Bu məqalə vegetativ həyatdan qurtuluşun bir ildən sonra ümidsiz olduğuna inananlar üçün bir xəbərdarlıq xüsusiyyəti daşıyır.”
Müalicənin mərkəzindəki vagus siniri beyni, demək olar ki, bütün həyati orqanlara bağlayan, beyin kökündən aşağı boynun iki yanını da izləyərək enən, döşdən qarına (abdomen) qədər çatan bir sinirdir. Beyində birbaşa bağlı olduğu iki bölgə vardır. Bu bölgələr hər an hazır vəziyyətdə olmağı və şüuru idarə edir. Təxminən 20 dəqiqəlik əməliyyat kiçik bir implantın boyun bölgəsindəki vagus sinirinin ətrafına yerləşdirilməsini təmin edir. Haradasa bir aylıq vagal sinir xəbərdarlığı sonunda xəstənin diqqət, hərəkət və beyin aktivlik dəyərləri ciddi şəkildə irəlilədi və durumu vegetativ vəziyyətdən minimal şüur halı olaraq xarakterizə etdi.

Beynin aktivlik qeydlərindən böyük dəyişikliklərin yarandığı anlaşıldı. Beyin bölgələri arasında artan elektrik əlaqəsi ilə hərəkət, hiss və fərqindəliklə əlaqələndirilən bölgələrdə irəli dərəcədə aktivlik artımı yaranmışdı. Epilepsiya və depressiya xəstələrində buna bənzər xəbərdarlıqların yardımçı olduğu daha öncədən göstərilmişdi.

Siriqu və komandası indi eyni taktikanı daha aşağı həddə beyin zədələnmələri almış xəstələr üzərində tətbiq etmək istəyir və daha yaxşı irəliləmə almağı ümid edirlər. Siriqunun dediyinə görə, korteksləri (beynin idraki mərkəzi) zədə görməmiş, amma beyin kökü zədələnmələr səbəbilə məhdud fərqindəlik və şüur səviyyəsində olan xəstələrdə rast gəlinə bilər.

Tapıntılar vegetativ vəziyyətdəki xəstələrin ailələri üçün bir gün yaxınları ilə sadə şəkildə əlaqə qurmağın mümkün olduğuna dair ümid vəd edir. Bununla belə, “xəstələr içində olduqları durumu daha yaxşı fərq edəcəkləri üçün nə qədər ciddi bir şikəstlik keçirdiklərini qavramaq istəyirlərmi?” sualını verənlər də var. Siriqu bu suala “buna indi cavab verə bilmərəm, mənə qalsa, pis bir vəziyyətdə olunsa belə, fərqinə varmaq, durumun şüurunda olmaq daha yaxşıdır. Bu durumda davam etməyi istəyib-istəməmək şəxsin özünə qalır” – deyə cavab verir.

İdraki nevrologiya sahəsində Birmingam Universitetində işləyən Damian Kruz (Damian Cruse) tapıntıları “həqiqətən də həyəcanverici” olaraq təsvir etdi və gələcəkdə vagal nevroloji xəbərdarlıqla başqa reabilitasiya texnikalarının birləşdirilərək müalicələrin davam etdirilə biləcəyinin mümkün olduğunu əlavə etdi. Kruz: “Xəstəni eşikdən kənara keçirərkən xarici təsirlərə reaksiya verməsini istəyiriksə, danışıq terapiyalarını izləməkdə onlara kömək olaraq özlərini ifadə edə biləcəkləri bir səviyyəyə çıxara bilərik”, – deyir.

Keçən 10 il içində elm adamları beyin-kompüter interfeysləri texnikalarından istifadə edərək “kilidli” halda tapılan xəstlərin əlaqə qurmalarına kömək edərək böyük uğurlar əldə etmişdi. Bu nailiyyətlər aralarında vegetativ vəziyyətdə olduğu düşünülən insanların da olduğu iflic hallarında xəstələrin sualları “bəli/xeyr” kimi cavablayaraq ailələri və yaxınlarına istəklərini və durumlarını bildirmələri üçün bir şans vermiş oldu.

 

Mənbə:

https://bilimvegelecek.com.tr/bitkisel-hayattaki-hastanin-bilinci-sinir-implantlariyla-yenilendi/

Redaktə etdi: Fatimə Əliyeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin