Radiodalğalar

0

Mövcud elektromaqnit dalğalar kabelsiz rabitəyə necə qapı açdı?

David E. Hughes məhsuldar ixtiraçı idi. Edisonun telefon ötürücüsünü təkmilləşdirdi və metal detektorunun çox mühüm hissəsini ixtira etdi. Lakin əsl məşhurluğunu radiodalğa ötürücüsünü və detektoru ixtira etməklə qazandı. Ümid edirik ki, səsini həqiqətən kiməsə çatdırmışdır.

“Bəsit bir daşıyıcı dalğa modulyasiyası ilə işə başlayan Marconinin radio ötürücüsünü ixtira etməsi bir anda dünyanın harasında olursa, olsun insanların bir-biriləri ilə əlaqə qurmasına imkan verdi.”

 – Lain Lobban

 

James Clerk Maxwellin elektromaqnit dalğaların varlığını kəşf etməsindən on beş il sonra, 1879-cu ildə Hughes bir ötürücünün dövrəsindən çıxan qığılcımların yüzlərlə metr uzaqlıqdakı əlaqəsiz telefon sisteminə təsir etdiyini təyin etdi. Mühüm olduğunu anlayaraq Royal Society’dəki dostlarından özünü dinləmələrini istədi. Amma onlar bunu maqnit sahəsindən keçən bir keçiricinin gərginlik (voltaj) istehsal edərkən yaratdığı bəsit bir elektromaqnit induksiya olduğunu  zənn edərək ciddiyə almadılar. Bundan sonra şansını Postane’də yoxladı, amma yenə kimsə maraqlanmadı. Beləliklə, Hughesin ixtirası unudulmağa başladı.

İrlandiyalı fizik George F. Fitzgeraldın radiodalğaların kəşfindəki rolu da çox halda unudulur. 1883-cü ildə bir keçiricidən irəli geriyə axan bir axımın necə aşağı tezlikdə uzun dalğa boyunda “radiodalğalar” dediyimiz elektromaqnit dalğalar yaratdığını anlamışdı. Fitzgeraldın hipotezası varıydı, amma sübutu yoxuydu, Hughesin isə sübutu varıydı, lakin nəzəriyyəsi yoxuydu. 1888-ci ildə bir alman alim həm nəzəriyyəyə, həm də sübuta sahib oldu.

Hertzin sübutu

Ərəb  və sanskrit dilləri  daxil olmaqla bir çox dil bilən biri olmaqdan əlavə, nəzəri fizika sahəsində də müthiş bir zəkaya sahib olan Heinrich Hertz Karlsruhe Universitetində dərs deyərkən ən mühüm kəşfini etdi.

1888-ci ildə Hertz əvvəl Maxwellin düşündüyü, sonra Fitzgeraldın proqnoz verdiyi radiodalğaları istehsal etməyi bacardı. Bu radiodalğaları yaratmaq üçün iki antenalı bir cihaz yaratdı. Kapasitorun təmin etdiyi ani enerji partlaması, uzun bir teldə titrəşən elektronlar yaradıb bir antenadan radiodalğaların çıxmasına yol açdı. Bu radiodalğaları ikinci antenaya çarpanda başqa bir axım yaratdılar.

Hertz başqalarının sadəcə təxmin etdiyi şeyi sübut etdi və bundan başqa radiodalğalardakı titrəşimləri ölçmək üçün istifadə olanan kəmiyyətə onun adı verildi. Digər tərəfdən, belə bir cihazın ticari istifadəsi serb əsilli bir mühəndisə qaldı.

Teslanın dühası

Nikola Tesla hazırda Xorvatiyada yerləşən bir serb kəndində rahib ata və təhsilsiz bir ananın uşağı olaraq dünyaya gəldi. Tesla fotoqrafik hafizəsi və qələm ehtiyac olmadan zehnində dizayn etdiyi detallı rəsmlərdən ixtiralar etmək bacarığına sahib bir dahiydi. Ağrılı bir gənclik yaşadı, ailəsiylə əlaqəsini kəsdi, xəstəliklər və infakt keçirdi, Budapeştdən Parisə köçdü və sonunda Nyu-Yorkda dayandı.

Tesla ABŞ-a çatanda sabiq rəhbərlərindən biri onun üçün Thomas Edisona tövsiyə məktubu göndərdi. Rəvayətə görə, məktubda belə yazırdı: ” İki böyük adam tanıyıram, biri sizsiniz, digəri də bu gənc oğlan.”

Tesla məktubu haqsız çıxartmadı, öz şirkətini qurmadan əvvəl Edisonun şirkəti üçün çox mühüm elektrik mühəndisliyi problemlərini həll etdi. 1890-cı illərdə yüksək tezlikli radiodalğaları uzun məsafələrə yayan antenanı hazırlayaraq radio əlaqəsinə çox mühüm töhvə verdi. Təəssüf ki, böyük bir ixtiraçı olmağına baxmayaraq yaxşı biznesmen deyildi və həyatını kasıb və tək olaraq başa vurdu.

Kabelsiz çalışmaq

Teslanın çalışmalarını oxuyan italyan ixtiraçı Guglielmo Marconi kabelsiz teleqraf sistemi üçün yeni hissələr təkmilləşdirdi; bunların arasında radio siqnallarını təyin etməyə kömək edən və dəyişkən elektrik müqaviməti yaradan bir cihaz da – “koherer” vardı.

Başqalarının kabelsiz sistemləri bir neçə yüz metrlə məhdud olduğu halda, Marconi zamanla antena aralığını böyüdüb sonunda təpələrin üzərindən siqnal köçürməyi bacardı. Daha yaxşı vasitələrlə siqnalları ötürmə məsafəsinin qeyri-məhdud ola biləcəyini anlayaraq pul tapmaq üçün Londona getdi. Postane daha əvvəl Hughes’un radiodalğa kəşfiylə maraqlanmamışdı, amma o vaxtlar təşkilatın baş elektrik mühəndisi Marconinin uzun aralıqlı kabelsiz teleqrafında böyük potensial gördü. Britaniya dəstəyilə 1897-ci ildə Marconinin sistemi ilk dəfə Salisbury ovasından, sonra Bristol kanalından Morze əlifbasıyla siqnal göndərməyi bacardı. Nəhayət 1901-ci ildə Cornwall’dakı Poldhudan Ternövə Atlantik okean üzərindən kabelsiz mesaj göndərildi.
1904-cü ildə britaniyalı fizik John A. Fleming ilk boru diodunu yaratdı. Bu cihaz bir antenanın qəbul etdiyi titrəşən siqnalları daha asan təyin edilə bilən düz axıma çevirirdi. Lakin kabelsiz yayında ən böyük tapıntı 1900-cü illərin əvvəlində gerçəkləşdi.

 

AM ve FM

Kabelsiz yayım vasitəsilə aşağı tezlikli səs dalğalarını yüksək tezliklərdə çatdırmaq çətin olduğuna görə illərlə daha da təkmilləşə bilmədi. Bu problemi həll etmək üçün kanadalı ixtiraçı Reginald Fessenden “heterodin sistem”i ixtira etdi. Bu sistem səs dalğasını yüksək tezlikli daşıyıcı dalğayla birləşdirib siqnalın gücünü daşıyıcınınkının səviyyəsinə çıxararaq çalışırdı. Bu amplitud modulyasiyası (AM) deyə tanınır. Amma parazit hələ problem təşkil edirdi. Bu səbəbdən 1930-cu illərdə ABŞ-lı ixtiraçı Edwin H.Armstrong başqa bir üsul tətbiq etdi: Tezlik modulyasiyası (Frequency modulation- FM)

AM və FM sistemləriylə modulyasiyanın ixtirası səs dalğalarının uzun məsafələr boyu təmiz şəkildə göndərilə bilməsi demək idi. Radyo dalğaları və səsi nizamlama imkanı informasiyanı qəbul etmək tərzimizi, amma daha vacibi əlaqə şəklimizi böyük ölçüdə dəyişdirdi.

İain Lobban, Dövlət Rabitə Mərkəzi rəhbəri

Jheni Osman “Tarixi dəyişdirən 100 fikir”
Tərcümə etdi: Həsənli Fəridbəy

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin