Ətir istehsalı(bitkilər və istehsal üsulları)

0

 

Bir bitki, kökündən başlayaraq çiçəklərinə qədər bütün hissələri ilə qoxunun əsas mənbəyidir. Lakin dünya bazarında meydana gələn yüksək qiymətlər səbəbilə müasir günümüzdə artıq heç bir ətir tamamilə təbii maddədən ibarət deyildir. Bilinən bütün yaradılmış ətirlər təbiət və kimyanın hibridləridir. Məhdudlaşdırıcı digər səbəbdən biri isə,təbii xam maddənin qaynaqlarının məhdud olması ilə bağlıdır.

Peşəkarlar qeyd edir ki, günümüzdə təbii maddələr dünya miqyasındakı ətir istehlakının yalnız üçdə-bir hissəsini qarşılaya biləcək səviyyədədir.

İstifadə olunan bitki maddələri

Yarpaqlar və saplar : Kəklikotu, evkalipt, ətirşah, lavanda, rozmarin, nanə, dəfnə

Çiçəklər :Gül, yasəmən, qərənfil, nərgiz

Meyvə yaxud toxumlar : Bibər, quru qərənfil, vanilla, razyana, balaca hindistan badamı

Ağaclar : Səndəl, şam, sidr

Qabıqlar : Armud qabığı,darçın

Yosunlar: Meşə yosunu

Bitkilər və otlar : adaçayı, Kəklikotu

İynə yarpaqlar və budaqlar: şam, çinar

Köklər : Zəncəfil, süsən

Meyvə qabıqları : Bergamot, limon, portağal

Bəzi bitkilərin bir çox hissələri qoxu mənbəyi kimi istifadə oluna bilər. Məsələn, portağal ağacının çiçəkləri, yarpaqları, budaqları və meyvəsinin qabıqları qoxu əldə etmək üçün münasibdir.

Qoxulu yağlar bitkidən necə alına bilər?

Təbii ətir maddələrinin əldə edilməsi üçün əsas olaraq 5 üsul vardır.

Ən keçmiş üsul “Enfleurage” adlanır. Bu üsulda, ətriyyatçılar bəzi yağların, qoxuları çəkə bilmək, yəni qoxunu udmaq xüsusiyyətindən istifadə edir. Enfleurage üsulu Grasse bölgəsində mükəmməlləşdirilmişdir.Lakin indiki günümüzdə çox istifadə olunmur. Bu proses artıq istifadə oluna bilməyəcək qədər baha başa gəlir.

Enfleurage üsulu əsas olaraq gül, portağal çiçəkləri, ya da yasəmən çiçəyi kimi qoxu baxımından zəngin maddələrdə istifadə olunur. Bu üsulda taxta çərçivələrini içərisinə yerləşdirilmiş şüşələrin üzərinə soyuq yağ çəkilir. Dəqiqliklə ifadə etsək, 70% donuz yağı, 30 % iri buynuzlu mal – qara yağı çəkilir. Yeni toplanan çiçəklər, bu yağ təbəqəsinin üzərinə əllə yayılır. 24 saat keçdikdən sonra solmuş çiçəklər qoxularını yağ təbəqəsinin üzərinə buraxmış olurlar. Taxta çərçivə döndərilir və solan çiçəklər şüşəsinin üzərindən tökülür. Sonra yeni çiçək təbəqəsi yaradılır və proses təkrarlanır. Yağlar yavaş – yavaş doymağa başlayır. Bunun üçün ortalama 14-17 gün lazım olur. Nəticədə ortaya “Pomad” deyilən maddə yaranır. Sonra bu xam maddə böyük ətir evlərinə satılır.

“Mazeration” üsulu “Enfleurage” üsuluna yaxın bir üsul kimi görülür. Ancaq bu üsulda bitki parçaları çox kiçik doğranaraq qaynar yağın içinə tökülür. Ətirli yağ pomadı daha sonra spirtlə yuyulur. Bundan sonra isə “absolus de pomades” əldə edilir.

Ən sadə xam maddə əldə etmək üsulu “Expression”dur. Bu üsulda bitki tərkibli yağlar, mexaniki olaraq, sıxma yolu ilə əldə edilir.

“Destillation”  (red. Distillə üsulu- buxarlanma temperaturlarının fərqinə əsaslanır) üsulunda isə çiçəklər, yarpaqlar və ağaclar su dolu qazanın içinə atılır. İsidilən su buxarlaşır və bitki efir yağlarını da çəkir. Sonra isə, soyutma üsulu ilə bu buxar, mayeləşdirilir. Son olaraq da, bu mayedən qoxulu yağlar filtrlə çəkilir.

1 kiloqram efir yağı almaq üçün 100-1000 kq arasında çiçəyə ehtiyac vardır. 1 ton portağal çiçəyindən, 600 kq gül çiçəyindən və ya 180 kq lavandadan 1 kq efir yağı əldə olunur.

Mənbə :Andrea Hurton – Ətirin Erotizmi, Gözəl qoxularını tarixi

Tərcümə : Bənövşə Su

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin