Fotokamera

0

Fotoqrafiya hansı şəraitdə və necə formalaşdı?

Hər saniyə Facebooka 2000-ə yaxın şəkil əlavə edilir. Günümüzdə bir şəkil çəkib sosial şəbəkədə paylaşmaq asan və sürətlidir. Amma əvvəllər vəziyyət belə deyildi.

“Vizual bilgini çatdırmaq elmi inkişaf üçün şərtdir və yaxşı bir rəsm yüzlərlə sözə bərabər ola bilər. Şəkillər həmişə etibarlı deyil, amma fotokameranın ixtirası əvvəllər görünməz olan faktların belə obyektiv, doğru görüntülərini çəkib dünya ictimaiyyətinə yayma imkanını elm adamlarına təqdim etmişdir.”

Patricia Fara

İlk fotoaparat səkkiz saatlıq şəkilləndirmə müddətini gərəkdirmişdi. 1822-ci ildə Joseph Nicéphore Niépce tərəfindən çəkilən bu fotonun görüntüsü daha sonra Niépce fotonun kopyasını çıxarmağa çalışarkən itdi. Bir neçə il sonra fransız kolleqası Louis Daguerre ilə birlikdə çalışan Niépce “helyoqrafiya” deyilən bir texnika hazırladı. Gün işığına həssas, qətranla örtülü qurğuşun və qalay qarışığı bir lövhəni şəkilləndirib lavanda və neftlə yuduqdan sonra yoda tutunca ilk qalıcı fotonu əldə etdi.

Məşhur teatr qurucusu olan Daguerrenin dizaynlarını tez bir şəkildə foto halına gətirməyin bir yolunu tapması lazım idi. Belə ki, 1833-cü ildə O, bu məqsədinə çatdı: Yod örtüklü gümüş lövhəni civə buxarından keçirdikdən sonra duzlu suda bir çubuğa tutduraraq daha qısa zamanda görüntü yaratmağı bacardı. 1838-ci ildə maşın cilası almaq üçün duran bir piyadanın fotosunu çəkərək tarixdə ilk dəfə bir insanın fotosu çəkilmiş oldu. İxtirasından tərəddüd edən Daguerre əvvəlcə texnikasını gizli tutmağa qərar verdi, amma yaxşı qonorar təklif olunandan sonra bütün biliklərini paylaşmağa razı oldu. Ancaq yenə də foto çəkiliş uzun və vaxt aparan proses idi.

Görüntünü sabitləməyin daha bəsit və ucuz bir yolunu tapmaq lazım idi. Kimyaçı və astronom John Herschel (atası William Uran planetini tapmışdı, bibisi Caroline isə diqqətəlayiq bir astronom idi) Dəmir duzlarının sabit bir mavi görüntü istehsal etdiyini təyin etdi. Bu “mavi təzyiq” üsulu, modern ozalit (blueprint) üsulunun atasıdır, amma təşkilinin daha asan və ucuz olması ticari uğurunu bir xeyli artırmışdı. 1840-cı ildə William Fox Tablot kağız neqativdən foto əldə etmə üsulunu yaratdı. Beləliklə, neqativ/pozitiv iş prinsipi ilk dəfə istifadə olunmuş oldu. Belə ki, günümüzdə də istifadə olunmağa davam edir və görüntünün təkrar-təkrar istehsalına imkan yaratdığı üçün inqilabi bir iş hesab olunur.

Filmin ixtirası fotoqrafiya sahəsində bir sonrakı böyük inkişaf oldu. Elastik nitrat tərkibli plastik filmi George Eastman hazırlamışdır. Film nisbətən ucuz foto kameralara yüklənirdi. Yüz ədəd həcmində film çəkdikdən sonra foto kamera Kodakdakı yuyucuya aparılır və fotoşəkillər çap edilirdi. Rəngli film isə ilk dəfə 1935-ci ildə istehsal edildi.

Tez bir zamanda digital foto çəkməyin asanlaşması fotoqrafiyada inqilab yaratdı. Digital fotoqrafiya 1950-ci illərdə təkmilləşdirildi və Ayı xəritələndirmək kimi işlərdə istifa edildi. Nikon F3 1991-ci ildə bazara girən ilk digital fotokamera oldu.

Camera Obscura

Eradan əvvəl 5-ci əsrdə çinli filosof Mozi kiçik bir dəlikdən qaranlıq otağa keçən işıq şüalarının tərs dönmüş bir görüntü yaratdığını – “camera obscura”nın ilk növü- anlayan ilk şəxsdir. Aradan keçən əsrlər boyunca Aristotel və İbn Heysəm kimi başqa məşhur alimlər də bu mövzuda çalışmalar etdi və on beşinci əsrdə ingilis təbiət fəlsəfəçisi Roger Bacon “camera obscura”nın günəş tutulmasını seyr etmənin təhlükəsiz bir yolu olduğunu açıqladı.

“Camera obscur”alar qaranlıq otaqda və ya çadırda yaradıldı, amma Robert Boyle və Robert Hooke’un çalışmalarından sonra on səkkizinci əsrdə daşınabilən modellər yaradıldı və ilk fotokameralar ortaya çıxdı.

Dr. Patricia Fara, Clare College, Cambridge’də baş müəllim , Science: A Four Thousand Year History (elm: dörd minillik tarix) adlı kitabın yazarı.

Jheni Osman “Tarixi dəyişdirən 100 fikir”
Tərcümə etdi: Həsənli Fəridbəy

Redakte etdi: Nihad Şahverdizadə

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin