Bir digər incəsənət: Pink Floyd rəsmləri

0

Proqressiv rok musiqinin öndə gələn qruplarından biri, hətta birincisi Pink Floyddur. Beritin vokalı, Gilmurun möhtəşəm gitarı, Vaterin sözləri, Raytın kompozisiyaları və Meysonun dəstəyi ilə  (Qrup üzvləri: Roger ‘Syd’ Barrett, Roger Waters, David Gilmour, Nick Mason, Rick Wright) dünya incəsənətinə, musiqisinə öz izini qoymuşdur. Qlobal olaraq 230 milyon albom satan Pink FLoyd fəlsəfi mahnı sözləri, klipləri və olduqca fərqlənən albom üzləri ilə fəaliyyyətini dayandırmağına baxmayaraq hər dönəm aktualdır. Bu məqalədə isə biz Pink Floydun rəsm tərəfinə fokuslanacağıq.

 

1.”The Dark Side Of The Moon”  (1973).

Albomun üz qabığı Pink Floydun bir çox işlərində yer alan surrealist rəssam Storm Torgerson (Strom Thorgenson) tərəfindən hazırlanıb. Rəsmdəki üçbucaq Pink Floydun əzmini  göstərərkən həmçinin  minimalist və sadə bir rəsmlə insanları düşünməyə vadar edirlər. Bu düşüncədə Pink Floydun dəyişdirən bir güc olduğunu bilmək mütləqdir. Rəsmin digər rəsmlər kimi xüsusi mənası açıqlanmadığı kimi Pink Floydun rəsmi dizayn edərkən səhnə işıqlandırılmasının da nəzərə alındığı bildirilir.

2. “Wish You Were Here” (1975). 

Rəsmin yaradıcısı Storm Torgenson deyir:”Bu albomun mövzusu yox idi. Bitlz (Beatles) qrupu bunu artıq “The White Albom” ( Bax: AĞ ALBOM) ilə birlikdə etmişdi buna görə də biz LP-də kasetləri (yəni albom kasetlərini) şəffaf olmayan və qara lentlərdə yazmışdıq. Bəzi fanatlar bu lentləri bıçaqla kəsəcək və yanan adamın ötrükdə olan şəklini görməyəcəkdilər

 

 

3. “Wish You Were Here” (1975). (Disk üzü) 

 

Storm Torgenson rəsm haqqıda öz kitabında bunları qeyd edir:” O dönəmdə qrup bir arada deyildi”

 

4. “Ummagumma” (1969). 

Storm Torgenson rəsmdə Pink Floyd musiqisindəki çoxölçülü gerçəkliyi göstərməkdən ötrü bu rəsmi dizayn etdiyini deyir. Görüşünə görə bunu çox əla bacarıb.

5.”Atom Heart Mother” (1970). 

 

Storm Torgenson:” Albomun adını bir qəzet başlığından götürmüşdülər və albomla əlaqəsiz idi. Qrup hələ özünütəsdiqləmə mərhələsində idi. Mən də adi və diqqətçəkməyən bir albom üzü hazırladım”

 

6. “Echoes – The Best of Pink Floyd” (2001).

Bu albom ən yaxşılardan toplama olduğuna görə bütün albom üzlərinin birləşdirilməsi kimi düşünülür.

7. “A Momentary Lapse Of Reason” (1987)

Rocer Vaters qrupdan çıxdıqdan sonra edilmiş ilk albomdur. Həmçinin  bu albomla Rayt da yenidən qrupa döndü. Ona görə albomun üz qabığında gedənlər və gələnlərlə bağlı belə bir mesaj var.

 

8. “Sound of Thunder” (1988). 

Rəsm Meret Openhaymın (Méret Oppenheim)  Object (Le Déjeuner en fourrure) adlı əsərindən ilham alınaraq edildi.

Mr. Səs Mr İşıqla görüşür. Storm bu rəsmlə bağlı qeyd edir:”Konsert olmadan Pink Floydu  başqa necə izah edə bilərdim ki?

 

 

9. “Wish You Were Here” (Mahnı)

 

 

Yuma çölündə çəkilən bu şəkil ilk dəfə “Wish You Were Here” adlı Pink Floyd mahnısında göründü. Şəkilin tək bir mənası varsa, o da məqsədsiz şəkildə hara üzdüyünü bilməyən bir üzgüçünün mənasızlığıdır.

10. “Interstellar Poster” (1967)

Stom Torgenson yenə bir çoxölçülü gerçəklik rəsmi ilə qarşımızdadır. Rəssamın öz dili ilə desək, Pink Floydun sirri bundadır.

 

11. “Back Catalogue” (1996)

İlk baxışdan rəqəmsal olduğu düşünülsə də, bu rəsmlərin hamısı qadınların arxa tərəfinə əllə çəkilmişdir və çox ciddi diqqətlə hazırlanmışdır.

12.”Wish You Were Here (Live)” (1995)

Bu rəsmin adı “akvariumda yox olmuş iki ruh”dur.

 

13.”Animals” (1977)

 

 

“Animals” adlı Pink Floyd albomu Corc Oruelin ( George Orwell) “Heyvanıstan” adlı əsərindən ilhamlanaraq yazılıb. Mahnının söz yazarı Rocer Vaters Storm Torgensona bu məsələ ilə bağlı şəkildə montajlama olmamasını və real donuz balonu çəkmələrini istədi və ortaya belə bir rəsm çıxdı.

 

14.”The Division Bell” (1994).

Storm Torgenson bu rəsm üçün belə deyir:” Rəsm elə dizayn edilib ki, qarşı-qarşıya olan iki adamın birinin gözünə baxanda digərinin gözünə baxmaq olmur. Onlar bir-biriylə danışsa da, gözlər bizə baxır”

 

 

 

Əlavə oxu:

60-cı illərin röyası: Pink Floyd

Mənbələr:

Pink Floyd’s album sleeves explained

http://www.pinkfloyd.com/design/index.php

Tərcümə:

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin