Rəqs Nədir? Rəqsin Tarixi

0

Rəqs nədir? 

Rəqs ən qədim sənət növlərindən biridir. Əslində, rəqsin insanlığın yer üzündə var olmasından belə qədim olduğu deyilə bilər; bəzi quşlar və heyvanlar rəqs edərək öz cütünü çağırırlar. Tovuzquşunun ispanca qarşılığından adı törəyən Pavane rəqsi 1500-1600-cı illərdə geniş yayılmış saray rəqsi idi. Ağır və zərif hərəkətləri olan bu rəqs bir tovuzquşunun hərəkətlərindən təsirlənərək yaradılmışdır. 1900-cü illərin əvvəllərində ABŞ-da “Hindu yerişi” adı verilən rəqs var idi. Rəqsin bədahətən olduğunu kiçik yaşlardakı uşaqlarda görə bilərik. Uşaqlar, hətta, körpələr eşitdikləri ya da öz içlərindən gələn ritmlərə uyğun təbii hərəkətlər edirlər…

27 may 1877 (San Francisco,ABŞ)-14 sentiyabr 1927(Nice,Fransa)
Isodora Duncan

 

ABŞ-ın ən bacarıqlı rəqqaslarından olan İzadora Dunkan (Isodora Duncan – 27 may 1887 -14 sentyabr 1927) 5 yaşındaki balaca uşaqlara qollarını rəqs ritimlərinə görə hərəkət etdirməyi öyrətmişdi.

 

 

 

     Rəqsin tarixi

İlk insanlar özbaşlarına, bədahətən gələn hərəkətlətə uyğun rəqs edirdilər. Yenilənən ritmli hərəkətlərin fövqəltəbii hisslər oyadan güclü təsirlər olduğunu anladılar. Buradan rəqsdə sehrli bir gücün var olduğu düşüncəsi ərsəyə gəldi. Hər rəqs etdiklərində bu sirli gücü yenidən yaratdıqlarına inanardılar. Bundan sonra insanlar çevrə, yarımçevrə, qarşılıqlı iki sıra ya da dalğalı sıra kimi dəyişkən sıralar yaratdı və toplu rəqslər inkişaf etməyə başladı. Avstraliya sakinləri doğum, yeniyetməlik, evlilik kimi hadisələrin qeyd olunmasında və yaxud cənazə mərasimlərində rəqs edərdilər. Bəzi ibtidai qəbilələr heyvanları təqlid edərək totem rəqsləri ya da yaxşı məhsul əldə etmək üçün o dövrdə sehrli (cadulu) qəbul edilən rəqslər edərlər. Şri Lankada maska taxaraq edilən cadulu rəqslərin xəstəlikləri müalicə edəcəyinə inanılırdı. Bütün bu rəqslər mühitin yaratdığı hisslərə görə formalaşırdı.

Sivilizasiyalar olduğu müddətdə ibtidai cadu rəqslərindən dini mərasimlər və ayinlər yarandı. Rəqsdə qaydalar meydana gəldi və rəqs çoxtanrılı dinlərdə sitayişin vacib formalarından biri oldu. Məbədlərdə rahiblər, varlı evlərində isə kölələr doğum, evlilik, cənazə ya da sarayla bağlı bütün mərasimlərdə rəqs edərdilər. Əyləncə üçün rəqs etmək ilk olaraq Misirdə başladı.

Sonrakı dövrlərdə Qədim Yunanıstanda rəqs daha da inkişaf etdi. Bütün dini mərasimlərin vacib bir elementi və ayrıca olaraq əyləncə mənbəyi olan rəqs, eyni zamanda, teatr oyunlarının əsas bünövrəsini təşkil etməyə başladı. Kəndlilərin xırman döyərkən etdikləri ritmik hərəkətlərdən yunan teatrı yarandı. Yunancadan “rəqs edərəm” mənasına gələn “koro” kəlməsi ilk olaraq səhnədə rəqs edən, söylədikləri mahnılarla oyunu açıqlayan və şərh edən bir qrup oyunçunu təsvir etmək üçün istifadə edildi. Rəqsləri hazırlamaq mənasına gələn “xoreoqrafiya” sözü yunan mənşəlidir.

Qədim yunanlar əsgərlərin təhsilində əsas vasitə olaraq rəqsdən istifadə edirdilər. Günümüzdə qeydləri tapılan bu rəqslərdən əsgərlərə tək və toplu halda hücumlarının ritmik şəkildə öyrədilməsi üçün istifadə olunduğu başa düşülür. Böyük yunan filosofu Platon: “Yaxşı musiqi söyləmək və yaxşı rəqs etmək yaxşı tərbiyələndirilmiş olmaqdır”,- demişdir. Qədim Yunanıstanda dövlət adamları, generallar, şair və oyun yazarları kimi vacib şəxslər şənliklərdə və uğurlarını qeyd edərkən rəqs edərdilər. Romalılar isə yunanları təqlid edərkən rəqslərin yalnız formalarını əldə edə bildilər. Yunan sənətinin və fəlsəfəsinin ruhunu rəqsə uyğunlaşdıra bilmədilər. Buna görə, Romalıların dini mərasimlərində rəqsə vaxt ayırmadıqlarına qarşılıq olaraq rəqs bu dövrlərdə unudulmağa başladı.

İlk xrtistianlar da rəqsi ibadət məqsədi ilə istifadə etdilər. Lakin VII əsrdə xristianlar Roma dövründə öz dəyərini itirən rəqs növlərinə görə rəqsi kilsə tədbirlərindən uzaq tutmağa çalışdılar. Bir çox ölkədə bu qadağa qərarları uğurlu oldu. İspaniyada isə bəzi kilsələrdə rəqs müqəddəs günlərdə ayinlərin bir parçası olmağı bacardı. Sevilla kilsələrində Paskalya əsnasında yığılan gənclər mehrabın qarşısında rəqs edərək Tanrıya olan bağlılıqlarını ifadə etməyə çalışırdılar. Bu, kastanyetlərlə dəyərli və qədim bir rəqsdir. XIX əsr ənənəsində Avropa və ABŞ-da rəqs, demək olar ki, bütün kilsə tədbirlərindən kənar saxlanılmışdı.
Şərqdə də qədim zamanlardan bəri rəqs məşhurlaşaraq dini məqsədlər üçün istifadə edildi. Şərqdə rəqsin ən qədim və ən müasir şəklinə Hindistanda rast gəlinir. Bəzi məbədlərdə hələ də “Tanrının xidmətçisi” mənasına gələn devadasilər tapılır. İllərlə tanrılara xidmət etmək üçün tərbiyələndirilən bu qadınlar yaşamlarını dini mərasimlərdə mahnı söyləyərək, rəqs edərək keçirdirlər. Hindistanın 1947-ci ildə müstəqilliyini qazanmasından sonra rəqsin bir sənət növü olaraq yenidən canlanması nəticəsində bir çox məşhur rəqqaslar yetişdi.

Mənbə:

http://dans35.blogspot.com/2013/04/dans-nedir-dans-kokenleri.html

Tərcüməçi: Fidan Səfərli

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin