John Lennonun öz kitabı üçün çəkdiyi rəsmlər

0

“Şiddətdən istifadə etmə ehtiyacı hiss etdiyinizdə, sistemin oyununu oynayırsınız deməkdir. Yaradılmış nizam sizi təşviq edəcək, sizi silkələyib, dava etməyə məcbur edəcək. Çünki sizi şiddətə yönəltsələr öhdənizdən gələ biləcəklər. Pasifist mübarizə və mizah, sistemin başa çıxa bilmədiyi tək şeydir.”

“The Beatles” qrupu ilə zirvəni fəth etdiyi illərdə Con Lenon (John Lennon), “In His Own Write” (1964) və “A Spaniard in the Works” (1965) adlı iki kitabını yazdı və kitabda olan bəzi hekayə, şeirlər üçün surrealizm cərayanına oxşar tərzdə rəsmlər çəkdi.

İngilis olmağına baxmayaraq, Nyu-Yorkda yaşayan Lennon, ABŞ prezidenti Niksonun rəhbərliyi dövründə, beynəlxalq təhlükə olaraq hədəf göstərilir və deportasiya edilməsi istənilir. Çünki o, insanları yazdığı və bəstələdiyi mahnılarıyla, qatıldığı TV programlarındakı açıqlamaları ilə, arxasınca gəzən jurnalistlərə verdiyi açıqlamalarında, insanları sülhə dəvət edirdi. Kariyerasında yüksəldiyi bu dövrlərdə, Mark Çepmen (Mark David Chapman) tərəfindən, 1980-ci ilin 8 dekabrında Nyu-Yorkda qaldığı otelin qabağında öldürülür.

Musiqi dünyasında məhşur olmasından 3 il əvvəl, (1957-1960) “Liverpool Art İnstitute”da işlərinə davam edən və rəsm sahəsində heç də həvəskar sayılmayacaq qədər yaxşı çəkə bilən Lennonun orijinal rəsmləri ölümündən sonra hərraca çıxarılaraq satıldı.

Müəllif: İsmət Məmmədova

Redaktə: Turqut Ağayev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin