Bu nitq 1913-cü il 13 noyabr Hartford, Konnekutda sufrajist (qadınların səsvermə hüququnu müdafiə edən) hərəkatının yaradıcısı və lideri Emmelin Pankhörst (ing. Emmeline Pankhurst) tərəfindən səsləndirilib.

Mən burada bir vəkil kimi çıxış etmirəm, çünki Amerika Birləşmiş Ştatlarında seçki hərəkatının hər hansı bir mövqeyi İngiltərədə təbliğat sferasına daxil olur və praktiki hüquq çərçivəsindən çıxır. Bu inqilab vətəndaş müharibəsinin predmetinə çevrilib, buna görə də, mən burada sufrajist qadın hüquqşünas kimi çıxış etmirəm. Amerikalı sufrajistlər bunu özləri üçün çox da yaxşı edə bilərlər.

Mən burada cəbhəni vətəndaş müharibəsinin qadınlara qarşı başlanıldığını başa salmaq üçün – qəribədir ki, başa salmaq üçün – bir müddətlik tərk etmiş əsgər kimi çıxış edirəm. Mən burada yalnız müvəqqəti cəbhədə olmayan bir əsgər kimi deyil, mən burada – və düşünürəm ki, bu, mənim çıxışımın ən qəribə hissəsidir – mənim ölkəmin qanunlarına əsasən, cəmiyyət üçün heç bir dəyəri olmadığına qərara verilən biri kimi çıxış edirəm. Məni təhlükəli insan olmaqda ittiham edirlər və katorqa həbsxanasında cəzaya məhkum edilmişəm.

Sizə Rusiyadan, Çindən, ümumiyyətlə, dünyanın başqa bir ucundan inqilabçılar gəliblərsə və əgər onlar kişidirlərsə, bu, o qədər də çətin olmayacaq. Amma mən qadın olduğuma görə vətəndaşlıq hüququ qazanmaq üçün niyə qadınların inqilabi metodlar qəbul etdikləri izah etməliyəm. Biz qadınlar öz vəziyyətimizi aydınlaşdırmaq üçün öz auditoriyamıza bir faktı çatdırmağa çalışırıq – qadınlar insan deyil.

Fərz edək ki, Hardford xalqının bir şikayəti var və onlar bu şikayəti öz qanunvericiliklərinə bildiriblər, qanunvericilik isə onların bu şikayətini qəbul etmir və onların şikayətlərini həll etməkdən imtina edir. Bu halda onların şikayətlərini aradan qaldırmaq üçün ən kontutitsional və praktiki hərəkət nə olardı? Əlbəttə ki, bir sonrakı ümumxalq seçkilərində Hardford xalqı bu hakimiyyət orqanını seçməyib, digərini seçəcək.

Lakin gəlin Hardford xalqı fərz etsin ki, onların, ümumiyyətlə, seçici olmaq hüquqları yoxdur, onlar onların razılığı olmadan idarə edilirlər, hakimiyyət orqanı, ümumiyyətlə, onların tələblərinə əhəmiyyət vermir, onda Hardford xalqı nə edərdi? Onlar həmin hakimiyyət orqanını aradan çıxara bilmirlər. Bu zaman onlara iki yol qalırdı: ya sonsuza qədər haqsızlığa tabe olacaqdılar, ya da keçmişdə insanların öz şikayətlərinə baxılmasına nail olmağa kömək edən köhnəlmiş üsullara əl atacaqdılar.

Sizin ulu babalarınız uzun illər əvvəl vergi sistemində fərqi anlayışlara sahib olmalı olduqlarını qəbul etmişdilər. Onlar hiss edəndə ki, artıq gözləyə bilmirlər, onda ulu babalarınız onların düşünə biləcəyi bütün arqumentləri tərs İngiltərə hakimiyyətinin qarşısına qoyurlar və onların arqumentlərinə tamamilə laqeyd yanaşıldıqda isə Boston çay dəstgahına başladılar və nəticədə, Amerika Birləşmiş Ştatlarının azadlığını qazanana qədər davam etdilər.

Bizim də etdiyimiz kimi, ifadə etmək üçün “militant” sözünün istifadə edilməsindən 8 il keçir. Burada düşmənçiliklə əlaqədar heç bir şey yox idi, bizə qarşı olanların düşmənçiliyindən başqa. Qadınlar siyasi yığıncaqlarda suallar verəndə və cavablar almayanda burada düşmənçilik yox idi. İngiltərədə bu adətdir, parlament namizədlərinə və hakimiyyətin üzvlərinə suallar vermək lazımdır. Heç kim sual vermək üçün cəmiyyətə açıq olan yığıncaqdan çıxarılmamışdı. İlk dəfə siyasi yığıncaqdan çıxarılan insanlar qadınlar olmuşdur, onlardan amansızca istifadə etmiş və 24 saatlıq həbsxanaya salmışdılar.

Biz “militant” adlandırıldıq və biz bu adı qəbul etməyə hazır idik. Biz qadınlara hüquqlarının olmamasını çatdırmaqda o qədər qərarlı idik ki, siyasətçilər artıq bizi gözardı edə bilməyəcəkdilər.

Sizin doyuzdurmalı olduğunuz iki ac körpəniz var. Biri səbrli körpədir və anası onu yedirməyə hazır olana qədər sonsuzadək gözləyir. Digəri isə səbrsiz körpədir və ağlayır, yerində qurcalanır, qışqırır və hər kəs o yedirilənə qədər narahat olur. Biz hamımız bilirik ki, yedirməyə hansı körpədən birinci başlanılacaq. Bu, siyasətin bütün tarixçəsidir. Siz gərək digərlərindən daha çox səs çıxarasınız, digərlərindən daha obsessiv olasınız, digərlərindən daha çox vərəqləri doldurasınız, bu bir faktdır ki, siz gərək həmişə onların yanlarında olasınız ki, sizi aldatmasınlar. 

Müharibə vəziyyətində olanda hər şey baş verə bilər, döyüşənməyənlər də döyüşənlər qədər əziyyət çəkir. Siz Boston limanına çay atanda, bir çox yaxşı qadın çaysız qalmağa məcbur oldu. Mənə həmişə maraqlı gəlib ki, kişilər də niyə onların ardınca viskiləri göyərtədən aşağı atmayıblar. Siz qadınları qurban verdiniz və bir çox müharibə var ki, qadınların daha çox qurban verməyinə baxmayaraq, kişilər şan-şöhrət qazanıblar. Bu həmişə belə olub. Güc sahibi olanların şikayətləri, başqalarına daha çox təsiri olanların tələbləri daha çox diqqət tələb edir, amma güc sahibi olmayan insanların səhvləri və narazılıqlarına tamamilə laqeyd yanaşıla bilər. Bu, başlanğıcdan bəri bəşəriyyətin tarixidir.

Bəli, bizim vətəndaş müharibəmizdə insanlara ziyan dəydi, lakin siz yumurtanı sındırmadan omlet bişirə bilməzsiniz, siz nəyə isə ziyan vermədən vətəndaş müharibəsi edə bilməzsiniz. Ən möhtəşəm olan isə artıq heç bir ziyan verilmədiyini görməkdir, siz o qədər çalışırsınız ki, sülh yaransın, döyüşənlər üçün layiqli dünya yaransın. Biz isə bunu edirik.

Biz Londondakı birja maklerlərinin Qlazqodakı maklerlərə qədər olan teleqraf xətlərinə mane olduq, buna görə, bir günlük teleqraf əlaqəsi tamamilə dayandırıldı. Mən sizə bunu necə etdiyimizi deməyəcəyəm. Mən sizə qadınların necə şəbəkəyə daxil olub xətləri kəsdiyini danışmayacağam, lakin bu edilmişdir. Bu edilmişdir və hakimiyyətə sübut edildi ki, zəif qadınların, sufrajist qadınların belə bir situasiyanı yaradacaq qədər yaradıcılıq qüvvəsi vardır. İndi mən sizdən soruşuram, əgər qadınlar bunu edə bilirlərsə, bizim edə biləcəklərimiz üçün bizim özümüzün öz üzərimizə qoyduğumuz sərhədlərdən başqa hər hansı bir sərhəd varmıdır?

Əgər sizin inqilabi fikirləriniz vardırsa, əgər siz bir sinfin qadınlarını və kişilərini digər bir sinfin qadınları və kişilərinə cəlb edirsinizsə, sizin çətinlikləriniz ola bilər, əgər düşünülmüş böyük zərbə vardırsa, siz dəqiq bilirsiniz ki, zorakılıq haradadır və müharibəni necə davam etdirmək lazımdır, lakin bizim hakimiyyətə qarşı müharibəmizdə siz onu tapa bilməzsiniz. Biz heç bir işarə gəzdirmirik, biz heç bir sinfə aid deyilik, biz hər bir sinfin içində varıq, ən aşağısından başlamış ən yüksəyinə qədər, buna görə də, siz qadınları vətəndaş müharibəsində ölkəmin əziz kişilərinin tamamilə həll edə bilinməyəcək kimi qarşıladığını görürsünüz, siz onları tapa bilməzsiniz, siz onların qarşısını ala biləzsiniz.

“Onları həbs edin. Bu, onları dayandırar” -, demişdilər. Lakin onları, ümumiyyətlə, dayandırmadı, qadınlar bundan əl çəkməkdənsə, daha çox qadın bunu etməyə başladı və daha çox qadın və daha çox qadın. Bu, bir dəfəyə bunu edən 300 qadına qədər gəlib çıxdı, onlar heç bir qanuna qarşı çıxmamışdılar, sadəcə siyasətçilərin dediyi kimi, “özləri üçün narahatlıq yaratdılar.”

Sonra onlar qanunlar çıxarmağa başladılar. İngiltərə hakimiyyəti bu təşviqatla başa çıxmaq üçün mənim ölkəmin tarixi boyu bu cür təşviqatlara qarşı edilmiş qaydalardan daha sərt qaydalar qəbul etdi. Onlar çarsistlərin dövründə inqilabçılarla başa çıxa bildilər, onlar ticarət ittifaqının təşəbbüsü ilə başa çıxa bildilər, onlar islahatlar qəbul edilən vaxt inqilabçılarla başa çıxa bildilər, amma adi qanunlar adi inqilabçı qadınlarla başa çıxmaq üçün yetərli deyildi. Onlar ayağa qalxan qadınları yerlərinə oturtmaq üçün orta əsrlərə qayıtmağa məcbur oldular.

Onlar bizə dedilər ki, hakimiyyət gücə əsaslanır, qadınların isə gücü yoxdur, ona görə də, tabe olmalıdırlar. Bəli, biz onlara göstəririk ki, hakimiyyət, ümumiyyətlə, gücə əsaslanmır, o, razılığa əsaslanır.  Hələ ki, qadınlar hakimiyyətin haqsız qurulmasına razıdırlarsa, onlar belə olacaqlar və deyəcəklər: “Biz bizim razılığımızla razı deyilik, nə qədər ki, bu dövlət haqsız idarə ediləcək, biz idarə edilməyəcəyik.” Vətəndaş müharibəsinin gücü ilə siz ən zəif qadını belə idarə edə bilməyəcəksiniz. Siz bu qadını öldürə bilərsiniz, amma o, sizin əlinizdən qaçır, siz onu idarə edə bilmirsiniz. Heç bir güc insanı idarə edə bilməz, nə qədər böyük olursa olsun, əgər həmin insan razı olmaqdan imtina edirsə.

Bizi ilk dəfə sadəcə nümunə olsun deyə həbs edəndə onlara bizi həbsxana geyimi ilə geyindirməyə icazə verdik, biz onlara bizi bir nəfərlik kameralara qoymalarına icazə verdik, bizi ən ağır cinayətkarların arasına qoymalarına icazə verdik. Bizim, belə desək, sivilizasiyamızın başqa formada görə bilməyəcəyimiz dəhşətli qəzəbini gördük. Bu, dəyərli bir təcrübə idi, biz onu qazandığımız üçün şad idik.

Mən kişilərin “aclıq” sözünü eşidəndə necə gülümsədiklərini gördüm və hələ də inanmıram ki, indi çox az kişi var ki, hər hansı bir ideya üçün “aclıq” çəkməyə razı olsun. Sadəcə qarşısıalınmaz zülm çəkən insanlar belə bir çıxış yoluna üz qoyurlar. Bu, o deməkdir ki, siz ölümün astanasında olana qədər yeməkdən imtina edirsiniz və o zaman hakimiyyət seçməlidir, ya sizin ölməyinizə icazə verməlidir, ya da sizin getməyinizə icazə verməlidir, onda onlar qadınları buraxırdılar.

Bu, o qədər davam etdi ki, hakimiyyət artıq bununla başa çıxa bilməyəcəyini hiss etməyə başladı. Bir vaxtlar var idi ki, İngiltərə hakimiyyəti bütün dünyada insanlara güc ilə qarşı gələn digər hakimiyyətlərə dərs verirdi. Bu yığıncaqda həkimlər ola bilər, əgər belədirsə, onlar düzgün düşünə bilməyən insanı güc ilə yedirtməyin ayrı bir şey, düzgün düşünə bilən, müqavimət göstərən, hər bir siniri ilə müqavimət göstərən, bədəninin hər bir təbəqəsi ilə alçaldılmanı ifadə edən insanı güc ilə yedirtməyin ayrı bir şey olduğunu bilirlər. İndi bu, İngiltərədə edilmişdi və hakimiyyət elə düşünürdü ki, artıq bizi əzə bildi. Onlar müəyyən etdilər ki, bu, təşviqatı basdırmadı, daha və daha çox qadın bu qorxulu təcrübəni yaşamağa gəlirdi, hətta, yenidən çəkirdi və onlar qadınları buraxmağa məcbur oldular.

Sonra “Siçan-pişik haqqında qanun” meydana çıxdı. Katib demişdi: “Mənə bu qadınları ölümün astanasında olanda buraxmağa icazə verin və onlar sağlamlıqlarını geri qaytarıb bura qayıdana qədər onları lisenziya ilə azad buraxaq.” Bu, təşviqatı basdırmaq üçün, qadınları yola getməyə məcbur etmək üçün qəbul edilmişdi, çünki onlar bu həddə çatmışdılar, xanımlar və cənablar. Bu, hakimiyyət ilə qadınlar arasında müharibəyə çevrildi və burada kimin birinci geri çəkiləcəyi əsas məsələdir: onlar geri çəkilib bizə səs vermə haqqımı vercəklər, yoxsa biz öz təşviqatımızdan imtinamı edəcəyik?

Onlar bilmirlər ki, qadınlar kimdirlər. Qadınlar çox yavaş oyanırlar, lakin oyanan kimi, istiqamətlənən kimi, göydə və yerdə heç bir şey qadınları öz yollarından qırağa çıxmağa vadar edə bilməz, bu imkansızdır. Buna görə də, indi qadınlara qarşı istifadə edilən bu “Siçan-pişik haqqında qanun” məğlubiyyətə uğradı. Ölümün astanasında dayanan qadınlar var, əməliyyatlar üçün lazım olan qüvvəni yığan, geri çəkilməyən və geri çəkilməyəcək və yataqlarından qalxan kimi yenidən əvvəlki kimi davam edən qadınlar var. Elə qadınlar var ki, görüş zamanı onları xəstəxana yatağından gətirirlər. Onlar danışmaq üçün həddən artıq zəifdirlər, lakin onlar ruhlarının yaşadığını, əhvallarının düşmədiyini, həyatları boyunca davam etmək istədiklərini göstərmək üçün öz yoldaşları ilə birlikdə irəliləyirlər.

İndi mən qadınların çatdıra bilməyəcəyini düşünən insanlara demək istəyirəm ki, biz İngiltərə hakimiyyətini bu mövqeyə çatdırdıq ki, artıq onlara bu alternativlə qarşılaşmaq qalıb: ya qadınlar ölməlidir, ya da onlar səs verməlidir. Mən amerikalı kişilərdən bu görüşdə soruşmaq istəyirəm ki, əgər sizin ştatınız belə bir alternativlə qarşı-qarşıya olsaydı, siz nə deyərdiniz, onları öldürməli olduqlarınımı, yoxsa vətəndaşlıq hüququ verilməsinimi? Bu alternativin yalnız bir cavabı var, yalnız bir çıxış yolu var – siz qadınlara səsvermə hüququ verməlisiniz.

Sizdə inqilab olanda siz Amerikada qan axıdaraq, insan həyatını qurban verərək azadlıq qazandınız. Siz qaradərililəri azad etmək istəyəndə vətəndaş müharibəsini insan həyatı müqabilində qazandınız. Siz onu öz torpaqlarınızın qadınlarına buraxdınız, bütün sivil dövlətlərin insanları qadınları öz xilasları üçün çalışmağa buraxdı. Biz də belə edirik, İngiltərə qadınları. İnsan həyatı bizim üçün müqəddəsdir, lakin biz deyirik ki, əgər kiminsə həyatı qurban veriləcəksə, o, bizim həyatımız olacaq. Biz bunu özümüz etməyəcəyik, biz düşməni elə bir vəziyyətə qoyacağıq ki, o seçməli olacaq: bizə azadlığımızın verilməsi ya da bizi öldürmək.

Beləliklə, bu da mən. Mən həbslər arasındakı boşluqlar sayəsində buradayam. Mən “Siçan-pişik haqqında qanun” əsasında 4 dəfə həbs ediləndən sonra buradayam, yəqin ki, mən ayağımı İngiltərə torpaqlarına qoyan kimi yenə həbs ediləcəyəm. Mən bura müharibəni qazanmaq üçün kömək istəməyə gəlmişəm. Əgər biz onu qazana bilsək – bu, bütün döyüşlərdən ən çətinidir – əlbəttə ki, gələcəkdə bütün dünya qadınlarına qazanmaq daha asan nəsib olacaq.

***

Sonda öz sözlərimi sizə çatdırmaq istəyirəm. Ümid edirəm ki, siz bu məqaləni sona qədər oxumusunuz və mənim bu yazdıqlarıma gəlib çatmısınız. Feminizm hərəkatının kütləvi hal alması sufrajistlərlə başlamışdır, sufrajistlər isə Emmelin Pankhörst ilə başlamışdır. Elə feministlərə qarşı kütləvi nifrət də sufrajistlərin səylərindən sonra yarandı. Sufrajistlər nə etməli idilərsə, onu da etdilər, hamımız azad olmağa can atırıq. İnanın, hələ də dünyanın hər yerində hüquqları tapdalanan qadınlar var və elə məkanlar və elə anlar vardır ki, dünya bir əsr əvvəlki halından heç də fərqlənmir. Təəssüf ki, feministlərə hələ də ehtiyac var və haqlarını qorumaq üçün hər qadın feminist olmalıdır. Feminizm üstünlük yox, bərabərlikdir. 

Azad və bərabər həyat arzusu ilə, Səmra.

“Kölə olmaqdansa, qiyamçı olmağı üstün görürəm!”

Emmelin Pankhörst

Mənbə: https://www.theguardian.com/theguardian/2007/apr/27/greatspeeches

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin