Astronomiya nədir? (Birinci hissə)

0

Astronomiya (yunan. ἀστρο «ulduz» və νόμος «qanun») – göy cisimlərinin və sistemlərin yerləşməsini, hərəkətini, quruluşunu, yaranmasını və inkişafını öyrənən kainat haqda olan elmdir.

Astronomiya, əsasən, Günəş və digər ulduzları, Günəş sisteminin planetlərini və onların peyklərini, ekzoplanetləri, asteroidləri, kometləri, meteoritləri, planetlərarası və ulduzlararası maddələri, pulsarları (kosmik mənşəli radio, optik,rentgen və qamma şüalarının Yerə periodik impulslar şəklində düşən forması), qara dəlikləri, dumanlıqları, qalaktikaları və onların toplularını, kvazarları (ingilis. quasar. Özlərində supermassiv qara dəliklər birləşdirən güclü qalaktika nüvələri) və başqa predmetləri öyrənir.

Astronomiya ən qədim elmlərdən biridir. Antik dövrün mədəniyyəti və qədim sivilizasiyalar özlərindən sonra göy cisimlərinin hərəkəti ilə bağlı qanunauyğunluqları mənimsəmək haqqında çoxsaylı astronomik artefaktlar saxlamışlar. Misal olaraq, qədim Misir monumentlərini, Stounhenci (Stonehenge) göstərmək olar. İlk dəfə babillərin, yunanların, çinlilərin, hindlilərin, mayyalıların, inklərin (the Incas) metodik olaraq səmanı müşahidə etməsini də bilirik. Lakin, yalnız teleskopun ixtirası astronomiyanın müasir elmə çevirilməsinə şərait yaratmışdır. Qədim astronomiya özündə astrometriyanı, ulduzlara görə naviqasiyanı, müşahidəçi astronomiyanı, təqvimlərin hazırlanmasını və hətta astrologiyanı birləşdirirdi. Bizim günlərimizdə isə professional astronomiya astrofizika sözünün sinonimi kimi göstərilir.

20-ci əsrdə astronomiya 2 yerə ayrıldı: müşahidəçi və nəzəri. Müşahidəçi astronomiya – sonradan analiz olunacaq göy cisimlərinin müşahidə zamanı alınan məlumatlarıdır. Nəzəri astronomiya isə astronomik obyektləri və hadisələri izah edəcək kompüterlərin, riyazi və ya analitik modellərin inkişafına əsaslanmışdır. Bu iki bölgü bir-birini tamamlayır: nəzəri astronomiya müşahidələrin nəticələrinin izahını axtarır, müşahidəçi astronomiya isə nəzəri nəticələr və hipotezlər və onların yoxlanılması üçün material verir. Astronomiya nadir elmlərdən biridir ki, qeyri-peşəkarlar belə burada aktiv rol ala bilirlər. Həvəskar astronomiya bir sıra astronomik kəşflərə öz qatqısını əlavə edə bilmişdir.

 

Etimologiya.

“Astronomiya” termini (qədim yunan.ἀστρονομία) qədim yunan sözləri olan ἀστήρ, ἄστρον (aster, astron), “ulduz” və νόμος (nomos), “qanun” sözlərinin birləşməsindən yaranmışdır.

Astronomiyanın elmi intizam kimi strukturu.

Müasir astronomiya bir-biri ilə çox sıx əlaqədə olan bölgülərə bölünmüşdür. Buna görə də bu bölgü bir çox hallarda şərti hesab olunur. Astronomiyanın əsas tərkib hissələri bunlardır:

*Astrometriya – ulduzların görünən hərəkətlərini öyrənir. Əvvəllər astrometriya ulduzların hərəkəti ilə geoqrafik koordinatların və zamanın ölçülməsində böyük rol oynayırdı (hal-hazırda başqa üsullar tədbiq olunur). Müasir astrometriya özü də bunlardan ibarətdir:

Fundamental astrometriya göy cisimlərinin müşahidələrlə koordinatlarının hesablanması, ulduzların yerləşmə kataloqlarının tərtib olunması və astronomik parametrlərinin (ulduzların koordinatlarında müntəzəm dəyişikliklərin nəzərə alınmasına imkan verən parametrlər) ədədi qiymətinin tapılmasına xidmət edir;

Sferik astronomiya (mövqe astronomiyası) dedikdə isə göy cisimlərinin görünən mövqelərinin və hərəkətinin müxtəlif sistem koordinatlarının, habelə, ulduzların koordinatlarında mütəmadi dəyişikliklər nəzəriyyəsinin köməyi ilə riyazi metodlarının hazırlanması nəzərdə tutulur.

*Nəzəri astronomiya göy cisimlərinin orbitlərinin görünən mövqeləri və onların efemeridlərinin (görünən mövqe) həmin göy cisimlərinin orbitlərinin məlum olan elementləri (tərs tapşırıq) ilə tapılması metodları ilə hesablanması üçün üsullar verir.

*Səma mexanikası göy cisimlərinin qravitasiya təsiri ilə  hərəkəti qanunlarını, onların çəki və formalarını, sistemlərinin davamlılığını öyrənir.

Bu 3 bölgü astronomiyanın ilk məsələsini (göy cisimlərinin hərəkətini tədqiq etmək) həll edir və adətən, klassik astronomiya adlanır.

*Astrofizika səma obyektlərinin kimyəvi tərkibini, fiziki xassələrini və quruluşunu öyrənir. O, özü də a) cihazların, ləvazimatların və praktiki üsulların tədbiq olunduğu astrofiziki tədqiqatlarının aparıldığı  praktik (müşahidəçi) astrofizikaya; b) fiziki hadisələrin izahında istifadə olunan fizika qanunlarından ibarət olan nəzəri astrofizikaya bölünür.

Astrofizikanın bölgüləri spesifik tədqiqat üsullarına əsaslanmışdır.

*Ulduz astonomiyası ulduzların fiziki özəlliklərini nəzərə alaraq hərəkətini və məkanda yerləşmə qanunauyğunluqlarını, ulduz sistemlərini və ulduzlararası materiyanı öyrənir.

*Kosmokimya göy cisimlərin kimyəvi tərkiblərini, kainatda kimyəvi elementlərin ayrılmasını və yayılmasını, kosmik maddənin yaranması zamanı atomların birləşməsini və miqrasiyasını öyrənir. Bəzən göy cisimlərinin izotop tərkibini və radioaktiv parçalanması proseslərini öyrənən nüvə kosmokimyası xüsusilə qeyd olunur.

Bu 2 bölgüdə isə astronomiyanın 2-ci məsələsi (göy cisimlərin strukturu) öz həllini tapır.

*Kosmoqoniya göy cisimlərinin, o cümlədən, Yerin mənşəyini və təkamülünü öyrənir.

*Kosmologiya kainatın yaranmasının və inkişafının ümumi qanunauyğunluqlarını öyrənir.

Son 2 bölgüdə olan göy cisimləri haqda bütün məlumatların əsasında astronomiyanın 3-cü vəzifəsi (göy cisimlərinin mənşəyi və təkamülü) həll olunur.

Ümumi astronomiya kursu astronomiyanın müxtəlif bölgülərindən olan əsas nəticələrin və əsas metodların sistematik ekspozisiyasını özündə birləşdirir.

Yalnız, 20-ci əsrin ikinci yarısında yaranan arxeoastronomiya qədim insanların astronomik bilgilərini öyrənir və onların qədim tikililər vasitəsilə Yerin pretsessiyasının (Pretsessiya – cismin impuls anında məkanda istiqamətini dəyişməsi hadisəsidir.) təməlini öyrənməsini araşdırır.

Ulduz astronomiyası.

Kainat haqda fundamental anlayış olan ulduz və onların təkamülünü öyrənir. Astronomlar ulduzları müşahidə və nəzəri modellər vasitəsilə öyrənirlər. İndi isə artıq ədədi kompüter modelləşdirməsindən də istifadə olunur.

Ulduzların formalaşması tozlu qaz dumanlarından başlayır. Dumanlığın kifayət qədər qatı olan hissəsi potensial enerjinin hesabına qızaraq qravitasiyanın təsiri ilə sıxılmağa başlayır. Temperatur kifayət qədər qalxdıqda isə protoulduzların (formalaşmanın sonuncu etapında olan ulduzlar) nüvələrində nüvə reaksiyaları gedir və o, ulduza çevirilir.

Demək olar, hidrogen və heliumdan daha ağır olan bütün elementlər ulduzlarda formalaşır.

Astronomiyanın əsas mövzuları:

  • •Astrometriya

Bürclər

Səma sferası

Səma koordinatlarının sistemi

Zaman

  • •Səma mexanikası
  • •Astrofizika

Ulduzların təkamülü

Neytron ulduzlar və qara dəliklər

Astrofiziki hidrodinamika

  • •Qalaktikalar

Samanyolu

Qalaktikaların quruluşu

Qalaktikaların təkamülü

Qalaktikaların aktiv nüvələri

  • •Kosmologiya

Qırmızı yerdəyişmə

Relik şüalanma

Böyük partlayış nəzəriyyəsi

Qaranlıq maddə

Qaranlıq enerji

  • •Astronomiya tarixi
  • •Həvəskar astronomiya
  • •Astronomik ləvazimatlar
  • •Astronomik rəsədxanalar
  • •Astronomik simvollar
  • •Kosmosun öyrənilməsi
  • •Planetologiya
  • •Kosmonavtika

Astronomiyanın vəzifələri.

  1. Səma cisimlərinin həqiqi və vizual mövqelərinin, hərəkətinin və onların ölçülərini, formalarını tədqiq etmək.
  2. Səma cisimlərinin strukturunu, özündə birləşdirdiyi maddələrin kimyəvi tərkibini və fiziki xassələrini (sıxlıq, temperatur və s.) tədqiq etmək.
  3. Fərdi göy cisimlərinin və onların meydana gətirdiyi sistemlərin mənşəyi və inkişaf problemlərini həll etmək.
  4. Kainatın ən ümumi xüsusiyyətlərini öyrənmək, kainatın müşahidə oluna bilən hissəsinin nəzəriyyəsi – Metaqalaktikalar

 

Bu problemlərin həlli həm nəzəri, həm də praktiki effektiv tədqiqat metodlarının yaradılmasını tələb edir. İlk problem qədim zamanlarda başlayan və təxminən 300 ildir tanınan mexanika qanunlarına əsasən uzun müşahidələrlə həll olunur. Buna görə astronomiyanın bu sahəsindəki məlumatlarımız xeyli çoxdur, xüsusilə Yerə nisbətən yaxın olan göy cisimləri üçün: Ay, Günəş, planetlər, asteroidlər və s. İkinci problemin həlli spektral analiz və fotoqrafiya görünüşü ilə əlaqədar mümkün oldu. Səma cisimlərinin fiziki xüsusiyyətlərinin öyrənilməsi XIX əsrin ikinci yarısında başladı və əsas problemlər yalnız son illərdə həll olundu.Üçüncü vəzifə müşahidə olunan materialların yığılmasını tələb edir. Hal-hazırda bu məlumatlar göy cisimlərinin və onların sistemlərinin mənşə və inkişaf prosesinin dəqiq təsviri üçün hələ də kifayət deyil. Buna görə də, bu sahədə bilik yalnız ümumi mülahizələrlə və az-çox inandırıcı hipotezlərlə məhdudlaşır. Dördüncü vəzifə ən iddialı və ən mürəkkəbdir.Təcrübə onu göstərir ki, bu problemi həll etmək üçün kifayət qədər mövcud fiziki nəzəriyyələr yoxdur. Sıxlıq, temperatur və təzyiqin məhdud qiymətlərində maddənin və fiziki proseslərin vəziyyətini təsvir edən daha ümumi fiziki nəzəriyyə yaratmaq lazımdır. Bu problemi həll etmək üçün bir neçə milyard işıq ili olan məsafədə yerləşən kainatın bölgələrində müşahidə məlumatları tələb olunur. Müasir texniki imkanlar bu sahələrin ətraflı araşdırılmasına imkan vermir. Buna baxmayaraq, bu məsələ indi də aktual hesab olunur və bir sıra ölkələrin astronomları tərəfindən uğurla həll olunmaqdadır.

 

Davamı 2-ci hissədə…

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin