Ay niyə Yerdən aralanır?

0

Yer və Ay təxminən artıq 4,5 milyard ildir ki, səma rəqsində birlikdədirlər. Yer qravitasiyasının dustağı olan Ay sinxron orbit üzərindədir (yəni, onun öz oxu ətrafında fırlanma müddəti ilə Yer ətrafında fırlanma müddəti eynidir), buna görə də biz onun yalnız bir üzünü görə bilirik.

Hazırki situasiyada – bu qabarmanın təsirinin nəticəsidir. Ayın qravitasiya qüvvələri Yer okeanlarına və Yer qabığına təsir göstərərək gündə iki dəfə olmaqla qabarma və çəkilmə yaradır. Eynilə də Yer qravitasiyası Ayı cəzb edərək ona praktiki yumurta forması verir. Bu qabarma effekti Ayın səthi üzərində qabarıqlıq yaradır və Yer onları çəkisinin konsentrasiyasına görə ətraf ərazilərə nisbətən daha çox cəzb edir. Yerin mütəmadi cəzbetməsi Ayın dövretməsini indiki səviyyəsinə qədər yavaşlatmışdır – 27,3 gün.

Yaxşı, bəs Ayı Yerdən uzaq salmağa məcbur edən nədir? Ay tərəfindən təhrik olunmuş qabarmalar onun düz altında yerləşmir, qarşısında hərəkət edir, hansı ki nəticə etibarı ilə Yerin daha sürətlə fırlanmasına gətirib çıxarır. Qravitasiya qüvvəsi həmin o ərazilərə təsir göstərərək Ayı onun orbital sürətini artıraraq özünə çəkir. 17-ci əsrdə Kepler sübut etmişdir ki, obyektin orbital sürəti artarsa onun orbital radiusu da artır və buna görə də Ay Yerdən aralanır.

Ayın kiçik yerdəyişməyə görə Yerdən uzaqlaşma effektini insan zorla seçə bilir. Lakin milyon illər sonra bu effekt artıq hissolunacaq dərəcədə fərq yaradacaq. Qabarmalar daha zəif olacaq, çünki qravitasiya qüvvəsi də zəifləyəcək. Planetimizin dövretməsi yavaşıyacaq, gün uzanmağa başlayacaq (50000 ildə 1 saniyə). Bizim uzaq gələcəkdə olan nəvələrimiz artıq Günəş tutulmaları həzzini yaşaya bilməyəcəklər, çünki Ayın görünən diametri Günəşdən kiçik olacaq, yalnız üzükvari tutulmalar* mövcud olacaq.

Buna görə də biz çox xoşbəxt bir dövrdə yaşayırıq!

Cim Bell, Kornell universiteti.

  • Üzükvari tutulma – Bu Ayın Günəş diskini tam örtmədikdə baş verir. Bu zaman Ay öz kölgəsi ətrafında nazik işıq üzüyü saxlayır.

Mənbə: http://www.astronomy.com/news-observing/ask%20astro/1999/03/ive%20heard%20that%20the%20moon%20is%20moving%20away%20from%20earth%20by%20about%20an%20inch%2025%20cm%20each%20year%20why%20is%20this%20happening

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin