Bəbirlə İnsanın Genom Oxşarlığı

0

İnsan genomu ilə bəbirlərin genomu 85-92% arasında bənzərlik daşıyır. Bu, bəbirləri bizə olduqca yaxın, ancaq yenə də çox uzaq bir qohum edir. Çünki hər nə qədər 85% və ya 92% kimi ədədlər qulağa həddindən artıq böyük gəlmiş olsa da, 8-15%’lik bir genom fərqi çox böyük bir fərqlilikdir! Bunu anlamaq üçün, bir Afrikalı ilə bir Finlandiyalının genomları arasındakı fərqliliyin 0.08%dən kiçik olduğu gerçəyini düşünə bilərsiniz.

 

Buna görə də, şimpanzelərlə olan 1.23%’lik genom fərqinin (yəni 98.77%lik genom bənzərliyinin) bir-birindən bu qədər fərqli görünüşə və xüsusiyyətlərə sahib iki canlını yaratmaq üçün kafi olduğunu düşünəcək olsanız, 15% kimi bir genom fərqinin nə qədər böyük olduğunu anlaya bilərsiniz.

 

Yenə də, 85-90% kimi böyük bənzərliklər, təkamül qohumluq əlaqəsini müzakirəsiz bir şəkildə ortaya qoyur. Bizə daha az bənzəyən canlılara getdikcə, genetik bənzərliklərimiz azalır,daha bənzər olduğumuz canlılara doğru gəldiyimiz zaman isə aramızdakı genom üst-üstə düşməsi isə diqqətə dəyər miqdarda artmağa davam edir.

 

Buna görə də, ən yaxın əmimiz uşaqları digər meymun növləri deyərək ağlayıb sızlamağın mənası yoxdur. Nəticədə aslanla, pələnglə də qohumuq, at, ayı, salmonella bakteriyası ilə də. Bu, Təkamül Ağacı deyilən nəhəng həyat ağacının və təkamül biologiyasının bizlərə öyrətdiyi, ən nəfəs kəsici gerçəklərdən biridir.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin