Bərbər köməkçisi ilə söhbət – Wilhelm Reich (1935)

0

“Seksual inqilab” əsərinin müəllifi kimi, bəlkə də, daha çox məşhur olan Wilhelm Reich 1930-cu illərdə Marksist iqtisadiyyatın əsas konsepsiyalarını mürəkkəb iqtisadi terminlər və arqumentlər işlətmədən izah edilməsinin mümkünlüyü haqqında nəzəriyyə təkmilləşdirdi. Bu mövzuda cəhdlərindən bir nümunə kimi Danimarkada sürgündə olarkən “Zeitschrift für politische Psychologie und Sexualökonomie” (“Siyasi psixologiya və seksual iqtisadiyyat jurnalı”) üçün 1935-ci ildə Ernst Parell təxəllüsü ilə qələmə aldığı aşağıdakı məqaləni paylaşırıq.

Bərbər köməkçisi: Formalı, yoxsa, sadə kəsim?

Müştəri: Kvadrat formalı kəsin, zəhmət olmazsa, girdə yox.

(Fasilə)

Köməkçi: Günümüz dövrü haqqında nə fikirləşirsiniz?

Müştəri: Dəhşətdir. Hara gedirik belə?!

Köməkçi: Belə getsə, fanatiklər bir-birlərinin boğazlarını kəsəcəklər, Kommunistlər və ya Nasistlərdən də hər kim qazansa fərq etməz, hər şey daha da pis olacaq. Hər iki tərəf ən az digəri qədər xarabdır.

Müştəri: Bəlkə də, siz haqlısınız. Mənim siyasətdən başım çıxmır.

Köməkçi: Yaxşı ki işləyirəm və günüm elə belə də keçir. Tək istədiyim də, həyatımın geri qalanını sakitcə yaşamaqdır.

Müştəri: Öyrənə bilərəmmi ki, nə qədər qazanırsınız?

Köməkçi: Aylıq, 100 mark.

Müştəri: Bu maaşla keçinə bilirsiniz?

Köməkçi: Demək olar ki. Çox istərdim ki, evlənim, lakin, bunun üçün nişanlım və mənim mənzil kirayələmək üçün bir xeyli vaxt pul yığmağımız lazım gələcək. Artıq burada on ildir ki, işləyirəm və hələ də lazimi pulu yığa bilməmişəm.

Müştəri: Bəs müdiriniz necə adamdır?

Köməkçi: O çox yaxşı insandır. Düzdür, bir az dəyişkəndir, ancaq, onunla münasibətim həmişə qaydasında olub.

Müştəri: Gündə neçə müştəriniz olur?

Köməkçi: 10-15 arası. Şənbə günlərində daha çox.

Müştəri: Bu o deməkdir ki, 15 müştəridən 15 mark qazanılır.Yaxşı, bəs siz ki, günlük ancaq 3.50 mark alırsınız. Qazancın geri qalanı necə olur?

Köməkçi: Axı siz bu işin xərclərini heç hesaba almadınız. İşıqlandırma, telefon, sığorta, alətlər, kirayə – bunar bütünlüklə gəlirdən qarşılanır axı.

Müştəri: Mənə maraqlıdır ki, nə qədəri?

Köməkçi: (bir az fikirləşir…) Təxmin edirəm ki, ən az 8 mark.

Müştəri: Yaxşı,yerdə əlavə olaraq təxmini 8-9 mark qalır ki.

Köməkçi: Bəli, ancaq müdir belə böyük risk götürürsə əlbəttə ona bu biznesdə əlavə nəsə qalmalıdır. Məsələn, elə günlər olur ki, daha az müştəri olur və yaxud götürək elə böhran vaxtlarını.

Müştəri: Bəs, işlər yaxşı olanda necə, onda daha çox pul alırsınız?

Köməkçi: Yox, niyə də almalıyam ki? Mənim sabit gəlirim var.

Müştəri: Başa düşə bilmirəm. Çox işləyəndə daha çox maaş almırsınız? Və müdir orta hesabla qazancının bir hissəsini həmişə böhran vaxtları üçün saxlayır?

Köməkçi: Siz tamamilə haqlısınız.

Müştəri: Əgər mən düzgün başa düşdümsə, günlük təxminən 10-12 marklıq xərcləri çıxartdıqdan sonra onun üçün işləməyə başlayırsınız və bundan sizə ancaq 3-3.5 mark çatır? Və əgər daimi olaraq işlər pis getsə qovulacaqsınız, bəs onda sizin əməyinizlə yığılmış pullar yerinə çatmayacaq axı. Bəs onda faktiki olaraq sahibkar pulları nə üçün istifadə edəcək?

Köməkçi: Əla, məsələn müdir həm də müasir maşınlar da almalıdır. Bu günlərdə biz əl qayçılarını elektrikli olanlarla əvəzləyirik.

Müştəri: Bu nə deməkdir ki?!

Köməkçi (təəccüblənərək): Necə, başa düşmədiniz? Bu ki çox sadədir. Mən indi gündə 10 müştəri ilə işləyə bilirəmsə, daha sonra 20-si ilə işləyə biləcəm, çünki onda saç kəsmək daha sürətli olacaq.

Müştəri: Və 20 müştərinin hər biri əvvəlki kimi 1 mark ödəmiş olacaqlar. Bəs onda siz nə qədər qazanacaqsınız?

Köməkçi (daha çox təəccüblənərək): Təbii olaraq, mən yenə 100 mark alacağam.

Müştəri: Hər şeylə maraqlanıramsa üzrlü sayın, ancaq məsələdən uzaqlaşdım və bu da məni təəccübləndirdi. Yeni təkmilləşmiş maşınlarla siz müdiriniz üçün 20 mark qazanmış olacaqsınız, özünüzsə yenə 3.5 marka almağa davam edəcəksiz. Bu o mənaya gəlir ki, əlavə qazanc 8 markdan təxminən 13 markayadək artır. Bəs bu pul hara gedir?

Köməkçi: (başını qaşıyaraq) Əslində, siz haqlısınız. Bu yaxşı sualdır, lakin bildiyiniz kimi belə işlədiyimə görə fikirləşmək üçün heyim qalmayıb. Mən bir az istirahət edə və işimi əldə saxlaya bilsəm xoşbəxt olacağam. Bilirsinizmi, mənim 5 iş yoldaşımdan 2-si növbəti həftə işdən çıxarılacaqlar və mən də elə etməliyəm ki, gərək qovulmayam.

Müştəri: Hər gün 10 saat burda qalmaq həqiqətən çox pisdir, bəs heç olmasa məzuniyyətiniz varmı?

Köməkçi: Hə, hə. Mənim hər il iki həftəlik məzuniyyətim olur, lakin digərləri də tətilə gedirlər və onda mən daha çox işləməli oluram. Və hal-hazırda müdir 2 aylıq uzaqlara gedir.

Müştəri: Bu qədər uzun müddətli istirahət üçün o pulu hardan tapır?

Köməkçi: Onun Dahlendə villası var.

Müştəri: Hə, necə əldə edib?

Köməkçi: Belə ki, o bu biznesə 30 ildir ki sahibdir.

Müştəri: Hə, aydındır. Bəs, o heç işləyirmi?

Köməkçi: Yox, hərdən sadəcə kömək edir. Lakin, bu ki uğurlu biznesdir.

Müştəri: Qulaq asın. Mən belə şeylər haqqında heç nə başa düşmürəm, ancaq bu belə görünür ki, onun villası və yaz tətilləri sizin qazandığınız “işgüzar mənfəət”lə (“business surplus”=izafi dəyər) qarşılanır.

Köməkçi: Yox, mən elə fikirləşmirəm. Çox güman, siz haqlısınız, bu qəribədir. Mən bu haqda sizinlə danışmaq istərdim. Siz ağlabatan danışırsınız.

Bu söhbətdə heç bir siyasi termin vurğulanmayıb, ancaq bərbər köməkçisi izafi dəyər nəzəriyyəsini, öz həyat təcrübəsindən gələn işsizlik və məntiqilik nəticəsində inkişaf etdirmiş oldu. Üstəlik, bu “müştəri”də də inam yaratdı. Sizin burda ona məntiqiliyin və istismarın nə olduğu haqda dərs keçməyə ehtiyac belə olmur, o özlüyündə bunları təsvir etmiş olur. Onun çatışmazlığı işi və izafi əməyi haqqındakı bilikləri ilə sahibkarın villası arasındakı əlaqənin anlaşılmasıdır. Həm də o, bu faktı müdiri ilə əlaqələndirə biləcəyini qavramır. Eyni zamanda, o müxalif olduğu və qorxduğu siyasətlə özünün gündəlik həyatı haqqında əlaqəni görməkdən tamamilə məhrumdur. Bu məqamda onun məsələnin fərqinə varması asanlaşacaq, çünki, bu onun özünün dediklərində və təcrübəsində ehtiva olunur – bütün olması gərəkən onu inkişaf etdirməsidir.

 

Bərbər köməkçisi ilə söhbət – Wilhelm Reich (1935)

Tərcümə etdi: Kənan Salamzadə

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin