Beyin “Subliminal Mesajları” Necə qəbul edir?

0

Diktatorlar, reklam şirkətləri, illüziyaçılar və elm adamlarının demək olar ki, hamısı, beynin, bəzi məlumatları biz fərqinə varmadan qəbul edib saxladığını bilirlər. İnsanlara hiss etdirmədən onlara təsir mümkündür.  “Yemləmə” olaraq bilinən bu metod; bir danışıq, görüntü ya da bir səs vasitəsilə həyata keçirilə bilir; insanlar sonradan bunu xatırlaya bilməsələr belə sonrakı davranışları üzərində bir təsiri olması qaçılmazdır.

Subliminal mesaj başqa bir obyektin içinə basdırılmış olan bir işarə və ya mesajdır və normal insan qəbulu limitlərinin altında qalmaq, o anda fərq edilməmək üzrə nəzərdə tutulmuşdur. Subliminal mesajlar insanın şüurlu diqqəti tərəfindən fərq edilə bilməzlər, ancaq bu mesajlarda insanın şüuraltına təsiri irəli sürülməkdədir. Subliminal texnikalar reklamçılıq və təbliğat sahələrində tez-tez istifadə edilir. Seriallarda və ya filmlərdə xarakterlərin içdiyi içki markaları, paltarları subliminal mesaj nümunələrindəndir. Bu texnikaların məqsədləri, təsiri, istifadə sıxlığı və rəqabət kimi mövzularda əxlaqa uyğunluğu mövzuları mübahisəlidir. Marka və məhsulların marketinqində cəmiyyətin maraq, ehtiyac və qəbulunu dəyişdirməyə qədər bir çox mövzuda istifadə edilməkdədir. Bir adamı, təşkilatı və ya məhsulu pis göstərmək üçün o şey ilə pis olan bir obyektin eyni mövqedə işlənməsi subliminal mesajın ən məşhur istifadə edilmə şəklidir.Bu ana qədər aparılan çoxsaylı çalışmalara baxmayaraq hələ də bu mesajlar intellektual səviyyəsi və düşüncə qabiliyyəti çox yüksək insanlar tərəfindən belə ilk baxışda 100% anlaşılmır. Bu da toplumlarımızı istiqamətləndirici reklamlara qarşı müdafiəsiz qoyur.

Edilən araşdırmalara gəlincə isə bir mağazada çalınan musiqinin alış-verişin miqdarına təsir edə biləcəyini və ya insanlara əvvəl ölkələrinin bayraqlarını göstərərək daha milliyyətçi birinə çevrilə biləcəklərini ortaya qoymuşdu. Yəni, bəzi məkanlarda hər yerin bayraqlarla örtülməsinin sadəcə bir arxa fon görüntüsü olduğunu söyləmirik.

Hər nə qədər əsaslı dəlillərin qıtlığı olsa da, bir çox alim və reklamçılar bu tərz bir “yemləmə”nin “şüursuz” ya da “subliminal” olduğunu irəli sürürlər. Şüur, diqqət anlayışı ilə az da olsa idarə edilə bilər və ya qarışdırıla bilər. İnsanlar  “yemləmə” üçün istifadə edilən söz və ya musiqi tiplərinə çox qısa bir müddət ərzində diqqət göstərə bilər ya da davranış və hərəkətlərinə hakim olmadan (hətta insanlar daha sonra bunu xatırlamadıqlarını iddia edirlər)  birbaşa bu görüntülərə baxa bilərlər.

East London Universitetindən olan alimlər başqa bir şeyə fokuslandığımızda  obyektlərin şəkillərinin belə bizi istiqamətləndirə biləcəyini ortaya qoydu.

Təcrübələr:

İlk araşdırmalarda insanlara tanıdıqları  iki obyektin (məsələn, bir avtomobil və ya bir it) şəkillərini təkrar göstərdilər. Şəkillərin biri ekranın sağ tərəfinə, digəri də sol tərəfinə yerləşdirildi. Müşahidəçilərin diqqəti ekranın iki bölgəsindən birinə təsadüfi olaraq istiqamətləndirilmişdir. Yəni, ekranın bir yanında çox qısa bir müddətə bir kvadrat göstərilərək iştirakçının diqqəti bu bölgəyə toplandı. Daha sonra obyektlər həm iştirakçının baxdığı, həm də görməzlikdən gəldiyi bölgələrdə saniyədən daha az bir müddət (diqqət göstərilməyən bölgədəki obyektin şüurlu olaraq qəbul edilməsini ortadan qaldıracaq qədər qısa bir müddətə) ərzində göstərildi.

Bu sırada da, EEG (electro-encephalography) avadanlığı istifadə edərək, tədqiqatçılar diqqət göstərilməyən obyektin təkrar-təkrar göstərilməsinin beyin fəaliyyətinə təsir etdiyini müşahidə etdilər. Şəkilin görülməsindən təxminən 150-250 millisaniyə sonra iştirakçıların beyinlərində bu edilən əməliyyatlardan dolayı bir fəallıq qeydə alındı. (Qulaqların dərhal arxasında olan və temporo-paryetal bölgə olaraq adlandırılan bölgə bir obyektin yerini təyin etməkdən məsuldur.)

beyin-bolgeleri-bilimfilicom.jpg

Təcrübə nəticəsində insanların yalnız beyin fəaliyyətlərinin deyil, eyni zamanda davranışları da vizual olaraq fokuslanmadıqları obyektdən təsirləndi. İştirakçılardan, daha əvvəl gördükləri obyektlərin fotoşəkilləri ekrana gəldiyində bu obyekti gördüklərini ifadə edən bir reaksiya olaraq əllərindəki düyməyə sürətlicə basıb keçmələri istənildi. Maraqlı bir şəkildə, diqqət yetirilməyən bölgədə göstərilən obyektlərin fotoşəkilləri ekrana verilir, iştirakçılar daha əvvəl görmədikləri bir fotoşəkilə müqayisədə bu fotoşəkilləri  düyməyə sürətlicə basaraq keçdilər. Yəni,  əslində fikir vermədikləri şəkilləri daha əvvəl görmüş kimi hiss etdilər.

Frontiers’da yayımlanan bənzər bir araşdırmada da bu nəticələri dəstəkləyən nəticələr əldə edildi. Bu araşdırmada həm diqqət göstərilməyən, həm də diqqət göstərilən obyektlərin təsirləri araşdırıldı. Daha əvvəl olduğu kimi, təcrübə vəzifəsi sadəcə xatırlamağa bir obyekt ekranda göstərildiyində onu təyinini ehtiva edirdi. Bu təcrübədə də bənzər nəticələr alındı.

İki fərqli laboratoriyadan gələn nəticələr, diqqət göstərilməyən obyektlərin avtomatik olaraq, yəni diqqət göstərmədən və şüurlu bir fərqindəlik yaratmadan qəbul edildiyini ortaya qoyur. Ancaq maraqlı bir şəkildə bu vəziyyət yalnız bənzər obyektlər göstərildiyində ortaya çıxır.

Əgər obyektlər nisbətən yeni bir şəkildə, məsələn, “Ayrılmış” olaraq (iki parçaya bölünərək) göstərildiyində avtomatik aşkarlanması reallaşmır. Əgər adam belə bir obyektə diqqət göstərməzsə, bu obyekt təkrar göstərildiyində obyekti daha əvvəl görməmiş kimi hiss edər. Bu vəziyyət olduqca məntiqlidir çünki, yarımçıq obyektlərin fərqinə varmaq ümumiyyətlə çətindir.

Əldə edilən nəticələr, insan beyninin ətraf mühitə dair düşünüləndən  daha çox məlumat yığdığını ortaya qoyur. Görmə hissinə dair mülahizələr ümumiyyətlə, diqqət göstərilməyən məlumatın yararlı olmadığını irəli sürər. Gerçəkdə isə diqqət göstərilməyən vizual məlumat beyin tərəfindən müəyyən oluna bilir, hətta iştirakçılar obyektə diqqət göstərməsə belə ondan təsirlənə bilirlər. Bu da o mənanı verir ki, beynimiz gün ərzində diqqət göstərməsək də saysız vizual məlumatlardan asanlıqla təsirlənir. Digər tərəfdən bu nəticələr, obyekt tanımadan məsul beyin bölgələrində zədə olan insanların diaqnozu və müalicəsi üçün də əhəmiyyətli ola bilər.

Mənbə:

Journal of Applied Psychology.

http://psycnet.apa.org/journals/apl/84/2/271/

Journal of Applied Psychology.

http://psycnet.apa.org/journals/apl/84/2/271/

Psychological Science.

http://pss.sagepub.com/content/22/8/1011.abstract

Neuropsychologia.

http://www.sciencedirect.com/science/article/pii/S0028393216302688

Frontiers in Human Neuroscience.

http://dx.doi.org/10.3389/fnhum.2016.00478

Thoma, V. “How the human brain can register information without conscious attention.” TheConversation.

https://theconversation.com/how-the-human-brain-can-register-information-without-conscious-attention-65905

https://bilimfili.com/beyin-subliminal-mesajlari-nasil-aliyor/

Müəllif: Şıxı Əyyubov

Redaktə: Aytac Şirinova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin