Big Bang haqqında

0

İnsan düşüncəsinə sığmayacaq qədər böyük bir kainatda yaşayırıq. Lakin çox insan sakini olduğu bu kainatdan xəbərsiz bir şəkildə normal həyatlarına davam edir, normal həyat qayğıları ilə ömrünü başa vurur. Onlar kainatın durğun olduğunu, həmişə var olduğunu və var olacağını fikirləşirlər. Amma bu heç də belə deyil. Biz bu gün BİG BANG haqqında danışaraq insan ağlının sərhədlərini aşmağa çalışacağıq. Əvvəlcə isə Big bang nəzəriyyəsinin nə üçün əhəmiyyətli olduğunu açmaq istərdik.

 

Biz hər bir elmin yaranmasında bir məqsəd güdmüşük. Məsələn, kimya elminin yaranma səbəbi insanların dəmiri qızıla çevirmək xəyalları olub. Fizika elminin yaranmasının kökündə də insanın kainatı, təbiəti, onun qanunlarını başa düşmək arzusu durur.

 

Bəs kainat necə yaranıb? Bu prosesi necə izah edə bilərik?

 

Kainatın yaranması ilə bağlı verilən bütün suallara cavab vermək üçün bir sıra nəzəriyyələr irəli sürülmüşdür. Kainatın yaranma nəzəriyyəsi olan Big Bang  məhz bu suallara cavab verməyə çalışır.

13.8 milyard il əvvəl böyük bir partlayışla kainatın genişlənməsi başladı. Bu partlayış Big Bang kimi tanınır. Bu zaman kosmosun bütün maddə və enerjisi bir nöqtədə toplanmışdı.  Başlanğıcın on üstü mənfi qırx üç saniyə sonrasında kainat soyumağa və sahə zərrəcikləri yaranmağa başladı. Bu zərrəciklər sürətlə sahədə hərəkət edərək kütlə qazandılar və ilkin maddə zərrəciklərini yaratdılar. Bu maddə zərəcikləri  birləşərək proton, elektron, neytron yaratdılar. Protonun yaranması ilk kimyəvi element olan hidrogenin yaranması demək idi. Digər bütün elementlər də məhz bundan sonra yaranmağa başlamışdı.

Kainat yarandığı andan bəri genişlənir. Bunun sübutunu verən şəxs məhz Edvvin Hubble olmuşdur. 1929-cu ildə o, ulduzlardan gələn şüalarda baş verən rəng dəyişikliklərinə əsaslanaraq digər qalaktikaların bizim “Süd Yolu” qalaktikamızdan get-gedə uzaqlaşdıqlarını söylədi.  Məlum fizika qanunlarına görə, əgər müşahidə edilən işığın mənbəyi müşahidəçiyə yaxınlaşırsa, onda bu işıq şüası bənövşəyi rəngə doğru, yox əgər uzaqlaşırsa qırmızı rəngə doğru meyl edir. (Bu qanun avstriyalı fizikaçı Doppler tərəfindən verilmişdir. Müşahidəçidən uzaqlaşan qatarın fit səsinin getdikcə zəifləməsi  hadisəsi də bu qanunauyğunluğa əsasən baş verir).  Həmin qanuna uyğun olaraq Hablın müşahidəsi göy cisimlərinin bizdən uzaqlaşdığını göstərirdi. Müşahidələrin davamında qalaktikaların təkcə bizim qalaktikadan deyil, fəzanın hansı istiqamətinə baxılmasından asılı olmayaraq bütün qalaktikaların bir-birindən uzaqlaşdığını öyrənildi.

Əslində genişlənmə hadisəsini Habldan 8 il əvvəl iki alim nəzəri olaraq hesablamışdılar.”Statik Kainat”modelində yanlışlıq hiss edən Aleksandr Freydman və Corc Lematr bir-birindən xəbəri olmadan eyni ildə həqiqətən kainatın başlanğıcının olduğunu, həmçinin başlayandan bəri  genişləndiyini nəzəri olaraq hesabladılar. Qeyd edək ki, hər iki alimin  apardığı hesablamalar Eynşteynin nəzəriyyələrinə əsaslanırdı. Nyutonu özünə üstad kimi qəbul edən Eynşteyn “Statik Kainat” modelini mənimsəmişdi.Buna görə də hesablamaların doğru olduğuna inanmadı,nəzəriyyələrindəki genişlənməni nəticə verəcək sabitləri dəyişdirdi və bunu “həyatının səhvi” adlandırdı. Lakin 8 il sonra 1929-cu ildə Edvin Hablın apardığı müşahidə Eynşteynin yanıldığını(ilkin nəzəriyyələrinin doğru olduğunu), kainatın həqiqətən də genişləndiyini sübut etdi.

“Big Bang”-in tək sübutu genişlənən kainat deyildi.  Elm adamlari “Big Bang” nəzəriyyəsini təsdiqləyən yeni kəsflər edirdilər.  Corc Qamov bu elm adamlarindan biri idi.  1948-ci ildə Qamov, Corc Lamatrın (Georges Lemaitre) hesablamalarini təkmilləşdirdi və “Big Bang”-ə aid olan yeni fərziyyə irəli sürdü.  Buna görə kainatin böyük partlayış ilə meydana gəlməsi nəticəsində, kainatda bu partlayışdan sonra radiasiya olaraq adlandırılan bəzi qalıqların olması labüd idi.

1965-ci ildə Arno Penzias və Robert Vilson adlı iki  fizika alimi bu qalıqları ehtiva edən dalğaları kəşf etdilər.  “Relikt Şüalanma” adlandırılan bu radiasiyanın “Big Bang”-in ilk dövrlərindən qaldığı məlum olmuşdu. Penzias və Vilson, “Big Bang”-i təcrübi olaraq ilk göstərən alimlər olduqları üçün Nobel Mükafatina layiq görülmüşdülər.

1989-cu ildə isə Corc Smut (George Smoot) və birlikdə işlədiyi NASA qrupu, COBE adlı süni peyki kosmosa göndərdilər.  Bu peykə yerləşdirilən həssas radarların Penzias və Vilsonun hesablamalarini təsdiqləməsi isə yalniz səkkiz dəqiqə çəkdi.  Radarlar qətiliklə kainatin başlanğıcındakı böyük partlayışın isti, sıx vəziyyətinin qalıqlarını sübut edirdi. Bir çox elm adamı COBE-nin müvəffəqiyyətini “Big Bang”-in möhtəşəm zəfəri olaraq şərh etmişdi.

Big Bang-in digər dəlili isə elementlərin miqdarı ilə bağlıdır. Fəzadakı elementlərin hansı nisbətdə olduğunu Fraunhofer difraksiyası metodu ilə öyrənilmişdir. Fraunhofer difraksiyası sayəsində, kainatın 73%-nin hidrogendən, 25%-nin isə heliumdan ibarət olduğu hesablanmışdır. Elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, fundamental zərrəciklərdən hidrogen atomu əmələ gəlməsi üçün çox yüksək temperatulu mühit lazımdır. Hal hazırda ulduzların malik olduğu temperaturda hidrogenin yaranması mümkün deyildir. Yəni, hidrogen atomunun necə əmələ gəldiyini və hansı miqdarda mövcud olduğunu ancaq Big Bang nəzəriyyəsi ilə izah etmək mümkündür.

 

Big Bang-dan sonra kainatın genişləməsi zamanı onun tərkibindəki maddələr də genişləyən həcmə yayılmışdır. Buna görə də hidrogen və heliumun nisbəti kainatın hansı hissəsinə baxılırsa baxılsın təxminən eyni olmalıdır. Teleskoplarla aparılan müşahidələrə əsaslanan bir sıra astronom həqiqətən də bu nisbətin kainatın hansı hissəsinə baxılmasından asılı olmayaraq eyni olduğunu hesablamışlar. Son dövrlədə çox uzaq qalaktika və qaz buludlarının müşahidə olunması nəticəsində həmin yerlərdə hidrogen,helium,deyterium və litium kimi elementlərin olduğu anlaşıldı ki bu da eyni “Big Bang” kimi kainatın ilkin anlarından etibarən bu elementlərin mövcud olduğunu ispatlayır.

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin