Bir qara dəlik nə qədər böyüyə bilər?

0

Son 10 ildə elm insanları, qalaktikanın ürəyində nəhəng qara dəliklərin olduğunu düşünür. Bizim öz Qalaktikamız olan Samanyolu qalaktikasının mərkəzində də 4 milyard günəş kütləli nəhəng bir qara dəlik var. Qara dəlikləri təyin etmək o qədər asan olmasa da qalaktikanın mərkəzinə yaxın ulduzların son dərəcə sürətli hərəkət etmələri qara dəliklərin varlığını təsdiqləyir. Məsələn bu ulduzlardan biri olan S2 adlı ulduz müşahidə edilməyən bir cisim ətrafında 11 ildə tamamladığı bir dönmə hərəkəti edir. Yaxınımızdakı super nəhəng eliptik qalaktika M87’nın 6 milyard günəş kütləli bir qara dəliyə sahib olduğu təxmin edilir. Başqa uzaq qalaktikaların bəlkə daha böyük qara dəlikləri ola bilər. Bu nöqtədə bir qara dəliyin nə qədər böyük ola biləcəyi sualı ağımıza gəlir.

 

Leicester Universitetindən Fizika və Astronomiya şöbəsindən Professor Andrew King “bir qara dəlik nə qədər böyüyə bilər?” sualının cavabını ehtiva edən məqaləsini Monthly Notices of the Royal Astronomical Society (MNRAS) jurnalında nəşr etdi.

Leicester Universiteti mütəxəsisləri tərəfindən edilən bir araşdırmaya görə; qalaktikanın mərkəzindəki qara dəliklər özlərini bəsləyərək saxlayan qaz disklərini itirmədən əvvəl, günəşin kütləsinin 50 milyard qatında kütləyə çatırlar. Professor King qalaktikaların mərkəzində olan super kütləli və ətrafında qaz diskləri ehtiva edən qara dəlikləri araşdırır və qara dəliklərin maksimum kütlələrinə çatdıqdan sonra isə bir qaz diski meydana gətirərək bu kütləni itirməyə başlayacağı nəticəsinə çatır. Qara dəliyi bəsləyən qaz diski enerji itirə bilər və daxilə doğru çökə bilər lakin bu disklər olduqca qeyri-sabit və ulduzlar içində yox olmağa meyllidir.

 

Araşdırma, disksiz bir qara dəlikdə böyümənin dayandığını göstərir. Bunun mənası da kobudca 50 milyard günəş kütləsinin qara dəlik kütləsində bir üst limit olduğudur. Sonra isə qara dəliyi böyütməyin 2 yolu var, ya daxilinə bir ulduz düşəcək ya da başqa bir qara dəliklə birləşəcək.

 

Professor Kingin görə kəşfin əhəmiyyəti budur ki, daha əvvəl astronomlar qara dəlikləri daxilinə düşən qaz disklərinin yaydığı bol miqdardakı radiasiyanı müşahidə edərək kəşf etmişdilər. Bu üsul bu nöqtədə işə yaramayacaq çünki kütləsinin limitinə çatmış bir qara dəlikdə müşahidə ediləcək qaz diskləri olmayacaq.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin