Bitməyən ziddiyyət: Cinsi Konflikt

0

Erkəyini yeyən dəvədəlləyi dişilərini eşitməmiş olmazsız. Cinsi yam-yamlıq olaraq bilinən bu davranış dişilərə üstünlük verən bir xüsusiyyətdir. Bu növdə erkək cütləşə bilmək üçün özünü dişiyə və gələcəktəki balalarına qida olaraq verər və canını fəda edər. Ancaq bir çox növlərdə, xüsusən, hörümçəklərdə aqressiv və cütləşməyə asanlıqla yanaşmayan dişilərə qarşı erkəklər adaptiv xüsusiyyətlər və müdafiə mexanizmaları formalaşdırmışdır. Məsələn, bəziləri dişilər tərəfindən yeyilməmək üçün iflicedici toksin ifraz edər və hərəkət edə bilməyən dişi ilə ölüm təhlükəsi olmadan cütləşər.

Cütləşmə dönəmindəki çulha quşlarının (lat. remiz penduline) erkəkləri cütləşdikləri dişinin neçə yumurta qoyduğunu bilmək üçün yuvaya hücum edir. Dişilər bu yoxlamanın erkəklər üçün daha çətin bir hala gəlməsi və gələcək balaları qorumaq məqsədilə yumurtaları basdırırlar və erkəklərə qarşı aqressiv davranır, onları yaralayır, hətta öldürürlər.

Məsum və məzlum tərəf heç də hər zaman erkəklər olmur. Məsələn, lobya qurdu (lat. Callosobruchus maculatus) erkəklərinin penisləri tikanlı quruluşa malikdir və eyni dişi ilə bir neçə dəfə cütləşmdən sonra tikanlar dişinin çoxalma orqanlarında sağalması çətin olan yaralara səbəb olur. Bu yaralar dişinin yenidən cütləşə bilməsinin müvəqqəti vəya daimi olaraq qarşısını alır.

Hermafrodit ilbizlər cütləşmək üçün dişi vəya erkək rolunu oynamağı seçərlər. Erkək rolu oynayan ilbizlər kalsiumdan əmələ gələn və içində zülallar ehtiva edən “eşq oxu” deyilən bərk oxabənzər bir maddəni dişiyə vurarlar. Oxu dişiyə vurmağı bacaran erkək oxdaki zülallar vasitəsilə digər erkəklərin spermalarını məhv edər və məhz öz spermalarının yumurta hüceyrəsini mayalandırmasını təmin edər. Ancaq bu “eşq oxları” dişidə açıq yaralara və, bəzən də, dişinin ölümünə səbəb olur.

Təbiətdə buna bənzər bir çox öldürücü davranışlar vəya yaralayıcı vasitələr təkamül etmişdir. Orqanizmlər yaşadıqları mühitin şərtləri altında həyatda qalma şanslarını artırmaq, öncəki nəsillərdən daha adaptiv və daha sağlam olmaq, daha çox nəsil artıra bilmək üçün ətraf mühitə uyğunlaşma yönündə təkamül edirlər. Başqa sözlə, ətraf mühitin hər cür faktorunun təsiri ilə ortaya çıxan təbii seçim basqısı altında uyğunlaşma dərəcəsini ən yuxarı səviyyəyə çıxarmağa yönəlik adaptasiyalar formalaşır. Lakin təbiətdə içində olduqları mühit dişi və erkəklərə eyni dərəcədə və eyni yöndə təsir etməz. Bəzən bir cinsin adaptasiya qabiliyyətini artıran xüsusiyyət digər cinsin bu qabiliyyətini aşağı sala vəya basqılaya bilir. Cinsi konflikt (ing. Sexual conflict) belə durumlarda dişi və erkəklərin maraqlarının təkamül baxımından fərqliləşməsidir. Çünki bu müddətdə dişi və erkəklərin maraqları heç vaxt tam olaraq üst-üstə düşmür.

Ən başlıcası, erkək və dişi fərqli ölçülərdə və fərqli sayda sperma və yumurtahüceyrə istehsal edir (ing. unisogamy), yəni qametlərinə etdikləri yatırım eyni deyil. Beləcə, çoxalma qabiliyyətlərini fərqli yollarla ən üst səviyyəyə çıxarmağa çalışarlar. Erkəklərdə cütləşmə sayı ilə sahib olunan bala sayı düz mütənasibkən, dişilərdə bala sayı istehsal etdikləri yumurtahüceyrənin sayı ilə məhdudlaşır (Bateman prinsipi). Bu səbəbdən də, erkəkdə təbii seçmə daha çox cütləşə bilmə qabiliyyətinin inkişafı yönündə gedərkən, dişidə bu yöndə seçmə aparılmaz. Yəni, fərqli genetik maraqlar səbəbəbindən, müəyyən bir xüsusiyyət üçün (məsələn, cütləşmə sayı) iki cins fərqli kriteriyalara (optimum) sahib ola bilir. Nəticədə, cinslər arasında ontoqonist ziddiyyət, digər adı ilə cinsi konflikt meydana gəlir. Bu təməl fərqlərdən dolayı cinsiyyətli çoxalan bütün növlərdə cinsi konflikt qaçınılmazdır. Ziddiyyətin formasına və təkamül müddətində necə həll olunduğuna bağlı olaraq, erkəklər və dişilər arasında rastlana bilən, yuxarıda misal çəkdiyimiz kimi davranış ziddiyyətlərinə səbəb ola vəya olmaya bilər.

Burada cinsi seçmədən danışdığımız üçün, ontoqonist seçmə, yəni cinsi konflikt genlər səviyyəsində ortaya çıxır. Seçmə obyektinə görə ziddiyyət lokusiçi vəya lokuslararası baş verə bilər. Genetikada lokus bir genin vəya genin fərqli variantlarını təmsil edən alellərin birinin xromosomdaki fiziki yerləşməsinə deyilir. Çoxalmaq üçün birləşən partnyorlar qohum olmadığı müddətcə genetik olaraq fərqlidirlər, yəni genomlarının böyük hissəsi bənzər olsa da, müəyyən bir gen üçün genin fərqli variantlarını, yəni alellərini daşıyırlar. Qohum olmayan iki fərdin tamamilə eyni alellərə sahib olma ehtimalı çox aşağdır. Cinsi konflikt lokus daxilində meydana çıxdığında, bir alel bir cins üçün cinsi seçmə baxımından yararlı xüsusiyyəti ortaya çıxararkən, həmin xüsusiyyət digər cins üçün yararsız ola bilir. Burada yararlılıq vəya yararsızlıq genin bu alelinin fərdin adaptasiya və çoxalma qabiliyyətinə nə kimi təsir göstərməsi ilə ölçülür.

Məsələn, tovuzquşlarının erkəklərində gördüyümüz uzun və ehtişamlı quyruğun seçilməsinin səbəbi dişilərin uzun və rəngarəng quyruğu olan erkəklərlə cütləşməyi üstün tutmasıdır. Lakin uzun quyruq uçma qabiliyyətini əngəllədiyi və ovçulara ov olma ehtimalını artırdığı üçün daşınması çətin bir xüsusiyyət olsa da, erkəklərin çoxalma qabiliyyətini artırdığı üçün cinsi seçmə bu yöndə davam edir. Digər tərəfdən, erkəklər tərəfindən quyruğun ölçüsünə görə seçilməyən dişi tovuzquşlarında uçmanın asanlaşması baxımından orta ölçülü quyruq təkamül edir. Yəni iki cinsin quyruq ölçüsü baxımından optimumları fərqlidir. Belə vəziyyətdə, quyruq ölçüsünə təsir edən bir gen daxilindəki fərqli alellər dişi və erkəklər üçün fərqli seçim şərtləri altında formalaşır. Bir lokusdaki iki aleldən birini atasından, birini anasından alan bir bala üçün sahib olduğu bu kombinasiya erkək və dişiyə adaptasiya və çoxalma qabiliyyəti baxımından yararlı vəya zərərli olacaqdır. Məsələn, əgər A aleli fərdin uzun quyruğa malik olmasını təmin edirsə, bu aleli daşımaq dişi üçün təkamül baxımından zərərli olacaqdır. Bu durum təkamül müddətində cinsə məxsus genin formalaşması ilə nəticələnir, yəni sözü gedən gen yalnız bir cinsdə özünü göstərir (cins məhdudiyyətli ifadə olunan genlər). Ancaq bu çox uzun bir müddətdir. Məsələn, erkək tovuzquşunda uzun və rəngarəng görünüşlü quyruğu təmin edən gen artıq dişidə özünü göstərmir və təbiətdə çox tez-tez rastlaşdığımız cinslərarası morfoloji fərqliliklər meydana gəlir (dişi və erkəyin xarici görünüşlərinin fərqli olması).

Cinsi konflikt cinslərdə müstəqil olaraq təkamül etmiş fərqli genlər arasında da olur. Məsələn, cütləşmə sayının lokus A və lokus B ilə təmin edildiyini düşünək. Lokus A erkəklərdə daha çox cütləşə bilməni yaradarkən, lokus B dişilərdə limitli cütləşmə qabiliyyəti formalaşdırsın. Lokus A-daki alellər erkəyin çoxalma qabiliyyətini artıracağı üçün onun üçün yararlı olacaq, ancaq eyni zamanda dişilər üçün zərərli bir xüsusiyyət populyasiyada artmış olur. Eynilə, lokus B-dəki genlərin populyasiyada artımı da erkəklər üçün zərərlidir. Bax, bu durum cinslərarası konflikt deməkdir. Təkamül müdddətində bu konfliktin həlli birlikdə təkamül (co-evolution) adlandırılan mexanizmadır. Birgə təkamül müddətində erkəklərdəki bir hissə xüsusiyyətlər (israrlı adaptasiyalar) dişilərdə qarşı xüsusiyyətlərlə (müqavimət adaptasiyaları) ilə qarşılaşar. Yəni, öz spermaları ilə mayalanmış yumurtaların varlığından əmin olmaq istəyən çulha quşu erkəyinin zoraki davranışları qarşısında dişi çulha quşları yumurtaları basdırma və aqressiv davranışlar kimi xüsusiyyətlər formalaşdırır. Yaşılbaş ördək erkəklərinin dişiləri “cütləşməyə məcbur etməsi” nəticəsində dişi yaşılbaş ördəklərdə özü üzərinə spiralvari qıvrılan əngəlləyici uşaqlıq yolunun təkamül etməsi də buna bir misaldır.

Konfliktin qalibi kim olur?

Teoriyalar bir neçə fərqli, ancaq bir-biri ilə ziddiyyət təşkil etməyən ideyalar önə sürür: erkək qazanır, dişi qazanır, uzlaşırlar və ya təkamül müddətində sonsuza qədər bir nəticəyə varmaq üçün çalışırlar. Hər bir teoriyanın təbiətdə gerçək nümunələri vardır. Bəzi durumlarda, erkəklər qazanır, çünki bu dişilər üçün öz oğullarının da qazanacağı anlamına gəlir, yəni uduzaraq qazanmağı seçirlər. Məsələn, meyvə milçəklərində cütləşmə zamanı sperma ilə birlikdə dişinin bədəninə axıdılan bəzi seminal maye zülallar dişilərin daha tez ölməsinə səbəb olur. Ancaq dişilərdə bu mayelərə qarşı formalaşmış hər hansı bir xüsusiyyətə hələ ki rast gəlinməyib. Bu durumda, əgər bu zülallar dişinin erkək balalarının həyatda qalma və uğurla çoxalma qabiliyyətini artıracaqsa, dişilər uduzaraq qazanmağı seçmiş ola bilərlər.

Konfliktin nəticələləri qarışıq və təxmin edilməsi çətin ola bilər. Belə durumlarda, ən yaxşı hallarda qazanan xeyir-zərər hesablanmasına uyğun olaraq müəyyənləşir. Ancaq bu nisbi yarar və zərəri müəyyənləşdirən mühit şərtləri çox dinamik və dəyişkəndirsə, nəticələr də tez-tez dəyişə bilər.

Əvvəl də dediyimiz kimi, cinsiyyətli çoxalan növlərdə cinsi konflikt qaçınılmazdırsa, o zaman insanda da fərqli olmasını gözləməməliyik. Bizdə erkəyi yeyən dişilər, tikanlı penislər vəya “eşq oxları” yoxdur, ancaq bizdə də cinsi konflikt nəticəsində meydana çıxan davranışlardan danışa bilərik. Davranışlara keçməzdən əvvəl, lokusiçi cinsi konfliktin ən məşhur nümunəsindən danışmamaq olmaz. Primatlardan bəri, erkəklər yuvarlaq cizgili dişiləri seçir, xüsusilə, insanlarda dolğun döşlər, yuvarlaq və iri ombalar diqqət çəkir. Çünki bu dişinin bədənində uşaq doğacaq qədər yağın olduğuna, balanı bolca bəsləmə qabiliyyətinə malik olduğuna işarə rolunu oynayır. Əksinə dişilər isə erkəklərdə sərt və güclü cizgilərə fikir verərlər, çünki erkək yuvanı və balaları qoruyacaq gücə malik olmalıdır.

İnsanlarda cinsi konflikt araşdırmaları, əsasən, təkamül psixologiyası sahəsində aparılır və olduqca məhduddur. Necə ki, həyatda qalmamızı və çoxalmamızı təmin edən hər bir orqanımız təbii seçmə ilə şəkil alıb, davranışlarımız da bənzər bir dönəmdən keçir və orqanizmin mühitə adaptasiya və çoxalma qabiliyyətinin artırılması yönündə qurulur. Təkamül psixologiyasında davranışların təkamülü baxımından əsas diqqət mərkəzi beyindir. Yəni təkamül psixologiyası təkamül mexanizmalarının insan zehninin tədqiqinə tətbiq edilməsi üzərində qurulur. Təbiətdəki bir çox növdən fərqli olaraq, insanda cütləşmə ortaq məqsədlə iki ayrı cinsin nümayəndəsi arasında bir akt olaraq görülsə də, insan erkək və dişilərinin təkamül müddətində mənfəətləri heç də ortaq deyildir. Kişi və qadınlarda aldatma dərəcəsini tədqiq edən elmi ədəbiyyatların gözdən keçirilməsi göstərir ki, insan heç də monoqam bir növ deyil. Beləliklə, bənzər adaptasiyaların insanda davranışlarda təkamül etmiş olmasını düşünə bilərik. Məsələn, qadın və kişilərin cütləşmə instinkti nəticəsində bir-birini düşüncələr, duyğular və kəlimələr vasitəsilə manipulyasiya etməsini cinsi konfliktin insandaki ifadəsi olaraq görə bilərik. Başqa sözlə, üz ifadələri, sözlü və sözsüz ünsiyyət, təqlid və digər yollarla potensial partnyorların emosional durumunu, yəni neyrotransmitter və hormon sistemini dəyişdirərək olunan manipulyasiya cinsi konflikt və mümkün adaptasiyaların nəticəsi ola bilər.

Bu sahədə aparılan araşdırmalar təkamül baxış bucağının insan davranışlarını anlamada necə önəmli olduğunu isbatladı. Ümidvarıq ki, bu sahədəki tapıntılar araşdırmalarını psixologiya, antropologiya və sosiologiya yönündə davam etdirən elm adamlarına da yeni bir yön göstərər.

Mənbə: http://delta.evrimagaci.org/photo/tr/bitmeyen-kavga-eseysel-catisma

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin