Bonobo fərqi: Cinsi qabarığın dəyişən mənası

0

Bir elmi araşdırmaya görə dişi bonoboların cinsi qabarıqlığı (şişkinliyi) , etibarlı bir balavermə işarəsi olmaqdan çıxmışdır. Bu, şimpanzelərlə aralarındakı kimi ictimai davranış fərqlərini izah edə bilər. Bir çox primat növündə dişi cinsi orqanlarının ətrafı, çoxlama dövrlərində qızarıb qabarır (şişir) (İng. “Sexual swelling”). Bu cinsi qabarığa dişilərin döllənməyə hazır vəziyyətdə olduqlarının işarəsini verdiyi düşünülür. Ümumiyyətlə çox erkəkli və çox dişili qruplar halında yaşayan və sərbəst cütləşən bu növlərdə, cinsi qabarıqlıq siqnalı dişilərin döllənmə ehtimallarını artırır.

 

Cütləşmə rəqabəti və şiddət təbidir?

Ancaq siqnalın yan təsirləri də vardır. Məsələn şimpanzelərin alfa erkək, yəni basqın kişi fərd, qabarıqlığı olan dişilərlə çütləşmək üçün xüsusi səy göstərər və dişilərə şiddət tətbiq edə bilirlər. Eyni zamanda başqa erkəklərin cütləşməsinin qarşısını almağa çalışarlar. Makak və babunlarda da dişi cinsi şişkinlikləri, rəqabət və cütləşmə məqsədli şiddətlə tanınır. Keçmişdə bu kimi primat araşdırmalarından yola çıxan bəzi tədqiqatcılar, insan təbiətinin də eyni şəkildə rəqabətli, şiddətə meylli və cinsiyyətçi olduğu nəticəsinə gəlmişdilər. Erkəklər arası rəqabətin görüldüyü və erkək-suveren primat növlərində olduğu kimi, insanda da erkəklərin dişilərə görə daha böyük cüssəli olması (seksual dimorfizm), insanın şiddət-sevər təbiətinə dəlil sayılmışdı.

 

Sülh sevər bonobolar

Şimpanzelərin qardaş növü olan bonobolar (Pan paniscus), fizioloji və genetik baxımdan şimpanzelərə çox yaxındılar. Amma ictimai davranışları baxımından şimpanzelərlə aralarında ziddiyyətlər var. Şimpanzelər də erkək suveren bir quruluş sərgilədiyi halda, bonobolar da dişilər daha güclüdür. Sosial iyerarxiyanın başında dişilər dayanır. Həmçinin şimpanzelərlə müqayisədə bonobolarda, paylaşımaq yüksək, qrup daxilində zorakılıq isə çox aşağıdır. Bunda da bonoboların çoxalmaq deyil ictimai məqsədlərdən istifadə etmələrinin rol oynadığı təxmin edilir. Bonobolarla şimpanzelər arasındakı bu davranış uyğunsuzluğunu hansı fizioloji fərqlərin təmin etdiyi isə bu günə qədər elə də bilinmirdi. Leipzigdə olan Max Planck Təkamül Antropoloji İnistutundan bir qrupun dərc etdiyi yeni bir araşdırma bu suala bir miqdar cavab vermişdir.

 

Cinsi qabarıqlıq məhsuldarlıq siqnalı vermir

Araşdırmacılar, Demokratik Konqo Respublikasında bir milli parkda dişi bonoboların cinsi qabarıqları ilə balavermə dövrləri arasındakı əlaqəni araşdırdı. Cəmi 13 bonobo 3 il boyunca təqib edildi, hormon səviyyələri ölçüldü və cinsi qabarıqlıqları qeydə alındı. Nəticələr, bonobolarda cinsi qabarıqla balavermə dövrü arasındakı əlaqəsinin güclü olmadığını göstərdi. Bonobolarda qabarıqlıq dövrləri şimpanzelərdən daha uzundu amma bu dövrlərin yalnızca yarısında bonobo məhsuldar olur. Yəni cinsi siqnalla cütləşmə arasındakı bağ, şimpanzelərlə müqayisədə çox zəifləmişdi. Bonobo ilə şimpanze arasındakı bu fərqin fizioloji mexanizmi daha təsdiq edilməyib. Amma araşdırmacılar, qabarıqları dişi hormonlarının yanında, ictimai mühitlə də təyin olunduğu faktorları tapmaq üçün daha çox iş lazım olduğunu ifadə edir.

 

Dəyişmənin bonobonun atalarında olduğunu fərz etsək, bu sual yaranır: Qabarıqlıq ilə məhsuldarlıq arasındakı əlaqə təkamül müddətində necə zəiflədi? Bunun bonobo sosiallığına necə bir təsiri olmuş ola bilər? Araşdırmacılara görə qabarıqlıq-məhsuldarlıq bağının zəifləməsi sayəsində, bonobo erkəkləri cütləşmə rəqabətinə daha az girmiş ola bilər. Bu da şimpanzelərdən fərqli olaraq, qrup daxili rəqabəti və şiddəti azaltmış olmalıdır. Qabarıqlıq müddətinin uzanması isə dişi bonoboların erkək seçmə şansını artırmış da ola bilər. Ümumi olaraq bonobo araşdırmaları, primat növlərində davranış müxtəlifliyini və davranışların nə qədər sürətli təkamül etdiyini göstərməsi baxımından diqqətə dəyərdi.

 

 

Əlaqəli məqalə: Douglas vd, 2016, BMC Evolutionary Biology, “Mixed messages: wild female bonobos show high variability in the timing of ovulation in relation to sexual swelling patterns”, dx.doi.org/10.1186/s12862-016-0691-3

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin