Böyük meymunlar da insanlar kimi zehin oxuya bilir

0

 

                                 Böyük meymunlar da insanlar kimi zehin oxuya bilir

Şimpanzelər, bonobolar və oranqutanlar üzərində aparılan müşahidələrdə bu heyvanların da insanlar kimi zehin oxuya bildiyini göstərir.

Başqalarına dair istək, məqsəd, məlumat və niyyət kimi zehni vəziyyətlər haqqında təxmin etməyi təmin edən zehin testinin kökü şokolada söykənir. Bu test əsasən uşaqlarda işlənir. Bu testdə bir şəxs şokoladı qutuya qoyub otaqdan çıxır. Sonra başqa biri həmin şokoladı qutudan çıxarır və başqa yerə qoyur. Bu zaman uşaqlara şokoladı qutuya qoyan ilk şəxsin qayıdan zaman şokoladı harada axtaracağı soruşulur. Şokoladın qutuda olmadığını bildikləri halda əgər uşaqlar qutunu göstərirlərsə testdən keçmiş sayılırlar.

Uzun illər yanlış inanc adı verilən bu bacarığın yalnız insanlara aid olduğu düşünülürdü. Ancaq bu yaxınlarda Science jurnalında dərc edilən bir yazıda  şimpanzelərin, bonoboların və oraqutanların da bu bacarığa sahib olduğunu qeyd ediblər

Yazıda iştirak etməyən təkamülçü antropoloq Brian Hare təəccübünü dilə gətirir: “İnsandan başqa heyvanların zehin oxuya bilmə bacarıqlarını test etmək fikri, insandan başqa heç bir növün bunu heç vaxt etmədiyini və edə bilməyəciyi fikrinə şübhə ilə baxmağa vadar edir. Deməli sıfırdan başlayırıq!”

Təxminən 40 ildir heyvan şüuru üzərində işləyən tədqiqatçılar, yaxın qohumlarımız olan insanabənzər meymunlar və digər meymunlar, qarğalar və quzğunlar kimi heyvanların öz növlərindən olan nümayəndələrin zehinlərini təhlil edə bildiklərinə dair qarışıq məlumatlar əldə edirdi. Ancaq yanlış inanc qanununu qavraya bildikləri birbaşa sübut olunmamışdı. Digərlərinin nə planlaşdırdığının bilinməsi yaşamaq uğrunda mübarizədə sağ qalmağı asanlaşdırdığı düşünülür. Testlər şimpanzelərin bəzi zehni qabiliyyətlərə sahib olduğunu göstərir: Hiylə edir, digərlərinin hərəkətlərini təhlil edə bilir və ən yaxşı kimlə əməkdaşlıq etdiklərini xatırlaya bilir.

Həmin lahiyə üzərində işləyən alimlər bu vəziyyəti aydınlaşdırmaq üçün melodramlardan və yüksək texnologiyalı göz izləmə texnikasından yararlandı. Layihədə işləyən təkamülçü antropoloq Christopher Krupenye, “Bir çoxumuz kimi böyük meymunlar da dramı sevir. İki nəfər bir-birinə meydan oxuyan zaman necə nəticələnəcəyini maraqla gözləyirlər” deyir.

Qeyddə meymun kimi geyinən King Kong adı verdikləri həmkarları, bir adamdan daş oğurlayıb 2 qutudan birində gizlədir və adamı qorxudub qaçırdır. Adam uzaqlaşdıqdan sonra King Kong fikir dəyişdirərək daşı qutudan çıxardıb uzaq bir nöqtəyə qoyur. Bu vəziyyətdə adam geri döndükdə daşı harda axtarması gözlənilir? Daşı ilk qutuda axtaracağını təxmin edə bilərsiniz.

Alimlər, insanabənzər meymunların da bu testi edib edə bilməyəcəyini öyrənmək üçün filmi 14 şimpanze, 9 bonobo və 7 oranqutana göstərdilər. İnfraqırmızı kamera istifadə olunan göz izləmə texnikası ilə meymunların filmdə nəyi izlədikləri müəyyən edildi. Adam geri döndükdə 30 meymundan 22-si birbaşa qutulara baxdı. Bunlardan 17-si isə King Kong-un daşı gizlətdiyi ilk qutuya baxırdı. Meymunlar daşın orada olmadığını bilirlər. Ancaq adamın ilk gördüyü yerə baxacağını təxmin edə bilirlər. Kiçik dəyişikliklər edilən bir başqa filmdə də buna bənzər nəticələr əldə edildi.

Böyük meymunlara tətbiq edilən əvvəlki yalnış inanc testlərindən fərqli olaraq bu təcrübədə iradələrinə təsir edəcək bir mükafat yəni yemək olmadığını deyən Krupenye, “Bu testdə sadəcə yaxın zamanda baş verən bir hadisəni xatırlamaları lazımdır, başqa bir zehni tələb gərəkdirmir” deyir.

Emory Universitetindən primatoloq Frans de Waal isə, göz izləmə texnikasının zehni testlərə dair bir çox nəzəriyyənin təməlini əmələ gətirən dilin işlədilməsinə maneə olduğunu deyir.

Layihədə iştirak etməyən psixoloq Victoria Southgate, “Olduqca təəccübləndirici və xüsusi bir tapıntıdır. Filmdəki təkrarlar bizim layihəmizdəkilər ilə demək olar eynidi və böyük meymunlar bu testi keçmiş kimi görünür. Başqalarının perspektivlərini və düşüncələrini müşahidə qabiliyyəti yalnızca insanlara aid deyil”.

Ancaq daha öncəki araşdırmalarında makakaların yanlış inanc bacarığına sahib olmadığını deyən psixoloq Laurie Santos, “Şimpanzelərin və digər primatların bu bacarığa sahib olmadığını göstərən araşdırmalar düşünüldüyündə, bu layihə tapdığı cavablardan çox sual buraxır” deyir.

Krupenye isə dəqiq bir mühakimə yürütmək üçün ediləcək çox şey olduğunu  deyir: “Başqalarının davranışlarını təxmin edəbiləcəklərini göstərdik, bu mürəkkəb bir bacarıqdır”.

 

Mənbə: sciencemag.org
Məqalə: Krupenye, C., Kano, F., Hirata, S., Call, J., & Tomasello, M. (2016). Great apes anticipate that other individuals will act according to false beliefs.
Science, 354(6308), 110-114.

Müəllif: İlkin Əhmədov

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin