Böyük Partlayışdan dərhal sonra Kainat işıq sürətindən sürətli genişlədi?

0

Gənişlənməyi izah etməmişdən əvvəl, bu günki kainatımızda gördüyümüz  bir təsiri, kosmik genişlənməyi izah edək. Uzaq qalaktikalara baxdığımız zaman, daha uzaqda olan qalaktikalardan gələn işıqların, yaxındakı qalaktikalardan gələn işıqlara nisbətən daha çox qırmızıya sürüşmüş olaraq (gələn işıqda qırmızı rəngin daha sıx olması kimi düşünə bilərsiniz) bizə çatdığını görürük. İndiki vaxtda, cisimlər bizdən uzaqlaşırlarsa, onlardan gələn işığın da Doppler təsirinə görə qırmızıya sürüşə biləcəyini bilirik. Buna görə də, qalaktikalardan gələn işığın qırmızıya sürüşməsinə baxaraq, bu qalaktikaların bizdən uzaqlaşdığı fikirlərini deyirik. Ancaq qırmızıya sürüşmə, kosmosun öz gənişlənməsindən də qaynaqlana bilər! Yəni əslində kosmos genişlənir, qalaktikalar kosmos içərisində hərəkət edərək bizdən uzaqlaşm;rlar. Birinci növ qırmızıya sürüşmə xüsusi nisbiliyin bir xüsusiyyətidir və kosmosdakı cisimlərin hərəkətindən qaynaqlanır. İkinci növ isə ümumi nisbiliyin  bir xüsusiyyətidir, kosmosun gənişlənməsindən qaynaqlanar.

 

İki təsir də uzaq qalaktikalardan gələn işığın qırmızıya sürüşməsinə səbəb olduğuna görə, bir qırmızıya sürüşmə hadisəsinin relatif hərəkətdən yoxsa kosmik genişlənmədən qaynaqlandığını haradan biləcəyik? Əgər ki qırmızıya sürüşmə, cisimlərin bir-birinə görə hərəkətindən qaynaqlanırsa, uzaq qalaktikalardan gələn işıq, qalaktikanı tərk edərkən qırmızıya sürüşəcəyi səbəbinə görə işıq bizə çatdığı zaman eyni zamanda solğun da olacaq. Əgər ki qırmızıya sürüşmə kosmik genişlənmədən qaynaqlanırsa, işıq o uzaq qalaktikanı qırmızıya sürüşmə reallaşmadan tərk edər və bu səbəbə görə də solğunlaşmaz. Ancaq sonradan, kosmosun gənişlənməsinə görə qırmızıya sürüşərək bizə çatar. Bu zaman  uzaqdakı supernovalardan gələn işıqların parlaqlığını bir-biriylə müqayisə edərək şiddət-qırmızıya sürüşmə əlaqəsi olaraq bilinən dəyəri hesablaya bilərik. Araşdırdığımız zaman gəldiyimiz nəticə, bu əlaqənin kosmik genişlənməyə möcüzəvi bir şəkildə uyğun olmasıdır. Bu dəyər, nisbi hərəkət modeliylə tamamilə uyğunsuzdur.

Buna görə də  bilirik ki kosmos mütamadi olaraq genişləyi; ancaq bu nə mənaya gəlir?

 

Kosmik genişlənmə, Habl sabit olaraq bilinən bir dəyər ilə ifadə edilir. Bu günə qədər bu sabitlə əlaqədar edilən ən məqsədə uyğun ölçü, 1 milyon işıq ili başına saniyədə 20 kilometrdir. Bu o deməkdir ki, kosmosda bir-birindən 1 milyon işıq ili uzaqdakı iki nöqtə, kosmosun gənişləməsindən ötəri bir-birindən saniyədə 20 kilometr sürətlə uzaqlaşır. Bütün kosmos genişlədiyinə görə, nöqtələr arasındakı məsafə artdıqca, bir-birindən uzaqlaşma sürəti da davamlı artır. Yəni bir-birindən 10 milyon işıq ili uzaqdakı iki nöqtə, bir-birindən saniyədə 200 kilometr uzaqlaşır və bu belə davam edər. Buna görə də, əgər ki, bir-birindən kifayət qədər uzaq iki nöqtəni ələ alsanız, nəhayət bir-birlərindən işıq sürətində uzaqlaşdıqlarını görərsiniz. İşıq sürəti saniyədə yalnızca 300.000 kilometr olduğuna görə əlimizdəki Habl Sabitinə əsasən, bir-birindən 15 milyard işıq ili uzaqdakı iki nöqtə, bir-birindən işıq sürətində uzaqlaşır (bu anda müşahidə edilən kainatın diametrinin 93 milyard işıq ili olduğu hesablanır).

 

Bu vəziyyətdə bunu düşünə bilərsiniz: məsələn 16 milyard işıq ili uzaqdakı cisimlər, bir-birlərindən işıq sürətindən daha sürətli uzaqlaşır. Yəni bir qalaktikanın işıqdan daha sürətli hərəkət etdiyini iddia edə bilərsiniz. Ancaq həqiqət olan, qalaktikanın deyil, qalaktikanın içərisində olduğu kosmosun bu sürətdə genişlənməsidir. Əslində qalaktika hərəkət etməz! Yəni ortada olan hadisə, qalaktikanın nisbilik qaydalarını yıxması deyil. Nəticədə düşünsəniz, o qalaktikalara görə də biz işıq sürətindən sürətli uzaqlaşarıq ancaq vəziyyətin bu olmadığını hər kəs fərq edir. Burda qeyd olunacaq əsas nöqtə, genişlənmənin kosmik bir genişlənmə olmasıdır, qalaktik bir hərəkət deyil. Və kosmik genişlənmənin özü işıqdan sürətli deyil, hər nə qədər uzaq qalaktikaları ələ aldığımız zaman və mövqeyinin işıqdan sürətli olduğunu düşünə bilsəkdə..

 

Bax bu bizi  İnflyasiyaya (erkən genişlənməyə) gətirir. Bir çox məşhur məqalə, çox təəssüf ki bu erkən genişlənmə əsnasında Kainatın işıq sürətindən sürətli genişləndiyini izah edir. Bu doğru deyil. Doğru olan budur: erkən genişlənmə əsnasında kosmik genişlənmənin nisbəti bu günkündən daha çoxdur. Yəni bir-birindən işıq sürətindən daha sürətli uzaqlaşırlar kimi görünən cisimlər arasındakı məsafə bu günkündən daha azdır. Ancaq bu, Kainatın işıq sürətindən daha sürətli genişlənməsi mənasını verməz.

 

Bu erkən genişlənməyi tətikləyən mexanizmi hələ də kəşf etməmişik. Ancaq bildiyimiz, erkən genişlənmənin işıq sürətini aşa bilməyəcəyimiz gerçəyini dəyişdirmir. Erkən genişlənmə əsnasında genişlənmə nisbəti ağla sığmaz səviyyədədir və kosmos bu gün də genişlənməyi davam etdirir. Yalnızca daha kiçik bir nisbətlə…

 

Müəllif; Brian Koberlein (Rochester Texnologiya İnstitutu)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin