Bu linzalar göyqurşağının bütün rənglərini bir nöqtədə cəmləyir!

0

“Metalens” (Metalinza) adlı yeni linza növü önündə duran bir əngəli aşdı. Metalinza nanostrukturlardan istifadə edərək işığı fokuslayan düz bir səthdir. Bu linza bildiyimiz ənənəvi, böyük və qövslü linzaların yerini alaraq optik elmi tamamilə dəyişdirə bilər.

Bu günə qədər bu ultra yoğun linzaların böyük potensialı vardı, ancaq geniş miqdarda bir işıq spektrini fokuslamağı bacara bilməmişdilər. Bu vəziyyət artıq dəyişdi. Araşdırmaçılar ilk dəfə göyqurşağının bütün rənglərini (bəyaz işığı yaradan, görülə bilən işıq spektrinin bütünü) yüksək bir görüntü imkanı ilə bir nöqtəyə fokuslaya bilən tək bir metalinza təkmilləşdirdilər. Bunu etmək üçün daha öncə birdən çox linza lazım olurdu. Massaçusetsdə yer alan Harvard Con A. Paulson Mühəndislik və Tətbiqi Elmlər məktəbindəki komandaya görə, metalinzanın potensialı çox böyükdür. Ağıllı telefon kameralarınızda daha yaxşı linzalardan, tamamilə yeni tipdə, incə, virtual gerçəklik və artırılmış gerçəklik başlıqlarına qədər hər şey mümkün ola bilər.

Baş araşdırmaçı Federiko Kapasso (Federico Capasso) belə deyir: Metalinzalar ənənəvi linzalara nisbətdə bəzi üstünlüklərə sahibdir. Metalinzalar incə və ucuzdur. Eyni zamanda, istehsalı da asandır. Sözügedən kəşf linzanın üstünlüklərini görülən bilən işığın bütün sahələrinə yayır. Növbəti böyük addım budur.

Belə bir metalinza düzəltmək çox çətindir, çünki işığın fərqli dalğa boyları maddələrdən keçərkən fərqli sürətlərdə keçirlər. Bu durum xromatik manevrlər olaraq bilinən fokuslanma səhvlərinə yol açır. Ənənəvi linzalar sahib olduqları əyimli səthlərdə bu durumun öhdəsindən gəlirlər.

Ən sürətli hərəkət edən rəng qırmızı ikən, göyqurşağının son rəng zənciri olan bənövşəyi isə ən yavaş hərəkət edən rəngdir.

Metalinzaların ənənəvi linzalar kimi işləyəcək sahələri yoxdur, buna görə də, eyni formaya salınmırlar. SEAS komandası xromatik manevrlərin öhdəsindən gəlmək üçün nano ölçülü kiçik titanium dioksid palet seriyalarından istifadə etdi.
Araşdırmaçılar bu nanopaletlərin uyğunlaşdırılmış vahidləri ilə təcrübələr apararaq linzadan keçən fərqli dalğa boylarındakı işığın sürətini yoxladılar və nəhayət, hər bir rəngin tək nöqtədə cəmlənməsinə nail oldular.

Bunu etmək, sanki, linzadan keçən fərqli rəngləri yönləndirmək üçün kiçik bir labirint yaratmaq idi. Komanda standart çox qatlı linza ilə müqayisə edildikdə yeni texnologiyanın qalınlığı və dizayn qarışıqlığını önəmli ölçüdə azaltdığını deyir.

Araşdırmaçılardan biri olan Aleksandr Zu (Alexander Zhu) “rəngsiz linzalarımızdan istifadə edərək yüksək keyfiyyətli bəyaz işıq görüntüləməsi reallaşdırdıq” deyir – “Bu durum bu linzaları kameralar kimi məşhur optik cihazlarla birləşdirmə hədəfinə bir addım daha yaxınlaşmağımıza yol açır.”

Ancaq hədəf bir az uzaqda durur. Növbəti addım metalinzanın ölçüsünü 1 sm-ə çıxarmaqdır. Bu ölçüyə çatanda VR, AR, standart kameralar, mikroskoplar və hər cür optik texnologiyadakı fürsətlər ortaya çıxmağa başlayır.
Keçən ilin əvvəlində eyni komanda nanopaletlərdən istifadə edərək bir metalinzanın işığın fərqli dalğa boylarının öhdəsindən gəlməsinə şərait yaratdı, ancaq cəmlənmə nöqtələri vahid bir uzaqlıqda deyildi. Lakin indi rəng spektrinin bütünü insan saçından daha incə olan bir linza üzərindən tək nöqtəyə gətirilir.
Buna əlavə olaraq, metalinzalar kompüter komponentlərinin istehsal olunduğu təsislərdə ucuz və asan şəkildə inkişaf etdirilə bilir.
Kapasso 2016-cı ildə metalinzanın təkmilləşdirildiyi ilk mərhələdə BBC-dən Roland Pisə (Roland Pease) müsahibə verərkən “mənim düşüncəmə görə, bu texnologiya oyunu dəyişdirəcək” demişdi.

Araşdırma Nature Nanotechnology jurnalında yayımlandı.

Mənbə:

Devrimsel Türdeki Lens, Gökkuşağının Tüm Renklerini Tek Noktaya Odaklıyor

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin