Bunları bilirsinizmi? Italyanca incəsənətə dair 9 termin

0

CHİAROSCURO

Chiaroscuro, Italyanca ifadə olub, sənətdə işiq- kölgə kontrastı üçün istifadə olunan bir termindir. Renessans dövrü rəssamlarının əsərlərində daha kəskin və real təsir yaratmaq üçün kölgə və işığı istifadə etmələri ilə ortaya çıxmışdır. Bunu, rəsmə həcm vermək olaraq da adlandıra bilərik.

Caravaggio-Davud Golyat’ın başı ilə( David with the Head of Goliath)

FRESCO

(Fresko/Fresk)
Fresko divar rəsmidir. Əhəng suyunda əridilmiş mineral boyalarla yeni malalanmış olan yaş və quru divar üzərinə şəkil çəkmə üsuludur. Italyanca ” təzə” anlamına gələn bu ifadə, Renessans dövründə maraq mərkəzində olmuşdur.

Michelangelo-Sistine Şapel Freskləri(The ceiling of the Sistine Chapel)

SFUMATO

Sfumato , rəsm sənətində formaların kənar cizgilərinin yumşaldaraq rəng və tonlar arasında keçidi təmin edən üsuldur. Ilk dəfə Da Vinçi tərəfindən istifadə olunmuşdur. Əşyaların kölgədə əriməsidir, kəskin ton fərqi yoxdur. Yarı bulanıq bir atmosfer əmələ gətirir. Terminin kökü  Italyancadan, Fumo (duman) sözündən gəlmişdir.

Leonardo Da Vinci-Mona Lisa

IMPASTO

Impasto, rəsmdə yağlı boyanı çox qalın qat halında  tətbiq etmə üsuluna və bu qata verilən addır. Rəsmdə firça izləri görünür. Van Qoq( Van Gogh) bu üsuldan çox istifadə etmişdir.

 

TONDO

Tondo Italyanca  “dairə” deməkdir. Dairəvi formalı rəsm və qabarıqlığı ifadə etmək üçün istifadə olunan termindir.

SPREZZATURA
Sprezzatura , bütün sənəti gizləmək, edilən və ya deyilən bir şeyi zəhmətsiz reallaşdırılmış kimi göstərmək olaraq təyin edilmişdir. Bu Italyanca termin 1528-ci ildə  Baldessare Castiglione’nin Il Cortegiano kitabı ilə həyatımıza daxil olmuşdur.  Əsərin, özlüyündən və təbii olaraq edilmiş təəssüfatı oyatması önəmlidir.

NON FİNİTO
Non Finito ‘bitməmiş’ mənasına gələn Italyanca termindir. Bitirilməyən, tamamlanmayan əsərləri xarakterizə etmək üçün istifadə edilir.

PENTİMENTO
Pentimento , yağlı boya ilə çəkilən rəsmlərdə xətanı gizləmək və ya fikir dəyişdirmək nəticəsində çəkilən boyadır. Istənilməyən hissə aradan qaldırılaraq çəkməyə davam etmək mümkün olur.

Jan Van Eyck-Arnolfini’nin portreti,1434 ( The Arnolfini Portrait)

CONTRAPPOSTO

Contrapposto/Kontraposto, rəsm və heykəllərdə, insan obrazlarını yaradarkən istifadə olunan klassik duruş(poza) formalarından biridir.

Michelangelo-David, 1501

Erekhtheion Məbədi, Yunanıstan

Hazırladı:       Lalə Yusifova

Redaktə etdi:  Lalə Yusifova

Mənbə: arkeopolis.com

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin