Cinsiyyət rolları insan mədəniyyətinin məhsuludur

1

“Gender” ifadəsini, ilk dəfə olaraq, feminizmi təbliğ edən amerikalı qadınlar istifadə etmişlər. Gender onu bildirirdi ki, xüsusi qrup olaraq qadınların öyrənilməsinə son qoyulur və əvəzinə cinslərin qarşılıqlı şəkildə bütün bioloji, psixoloji və sosial xüsusiyyətlərini nəzərə alaraq  tədqiqi başlanır. “Gender” sözünün yaranması əsasən, müasir cəmiyyətin fəlsəfi tənqidi ilə bağlı idi; tənqid olunan sahə isə qadınların hüquqlarının pozulması idi. İlk dəfə olaraq antropoloq Qeyl Rubin bu sözü öz “ Qadınlar mübadiləsi: cinsin “siyasi iqtisadiyyatı” üzrə qeydlər” əsərində istifadə edərək, ona belə tərif vermişdir: “Gender – bioloji cinsi ictimai fəaliyyət sahəsi kimi idarə edən razılaşmalar kompleksidir”.

İctimai cins, ictimailəşmə prosesi və fərdin yaşadığı cəmiyyət içərisində əldə etdiyi cinsiyyətdir . Bu anlayış ilk dəfə 1972-ci ildə istifadə edilmişdir.. Gender qadın və kişinin, cəmiyyətdə boynuna götürdükləri rolların çox vaxt mədəniyyət tərəfindən təyin olunduğunu izah edir və bu səbəblə də dəyişə bilən olduğunu söyləyir. İctimai cinsiyyət rolları, cəmiyyətlərin sosial, iqtisadi və mədəni quruluşundan təsirləndiyi üçün buna uyğun mexanizmlər də çıxarır. Bu mexanizmlər də cəmiyyətin şərtlərinə görə zamanla dəyişiklik göstərir.

Gender rolların mədəni ölçüsü çox geniş yelpik içində formalaşır. Bu genişlik içində müəyyən başlı əsas istiqamətlər formalaşsa da, mədəni vəzifə paylanma imkanlarının az qala bütünü bir yerdə və müəyyən bir zamanda tətbiq sahəsi tapmışdır.

Bu günə qədər hər mədəniyyətdə bir cinsiyyət rolu var olmuşdur. Bu rolların hər biri tarixi olaraq ortaya çıxmış və davamlı dəyişməyə məruz qalmışdır.

Gender anlayışı “gender tədqiqatları” , qərbdə qadın hərəkatının inkişafı, qadınların öz hüquqları uğrunda mübarizəsi olan feminizmin hesabına yarandı. Lakin gender və feminizm – heç də bərabərhüquqlu anlayışlar deyil.

Feminizm (ing. feminism) sözü latın sözü femina (qadın) əsasında yaradılıb və ilk dəfə olaraq XIX əsrin sonunda istifadə olunmağa başlanıb. Hal-hazırda onun müxtəlif tərifləri var. Bəzən qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi kimi başa düşülür.

Gender- mürəkkəb sosiomədəni konstruksiyadır. Kişi və qadının cəmiyyət tərəfindən yaradılmış rollarında, davranışında mental və emosional xüsusiyyətlərindəki fərqdir. Cins – insanların o anatomik-bioloji xüsusiyyətlərini bildirir ki, onun əsasında insan kişi və qadın kimi fərqlənir. Gender  –  sosial cins olaraq cinsi fərqlərin bioloji deyil, sosial xarakterini nəzərə çarpdırır. Sosial cins sosial praktikada yaradılır. Cəmiyyətdə müəyyən cinsi rolların yerinə yetirilməsi ilə – həmin cəmiyyətdə nəyin kişiyə , nəyin isə qadına aid edildiyi – əxlaq norması sistemi meydana gəlir. Gender qadını fizioloji xüsusiyyətlərinə görə müəyyən olunan bioloji varlıq və “təbii” xüusiyyətlərə malik olan bir şəxs kimi deyil, xüsusi statusu, sosial marağı və tələbatı olan bir insan kimi nəzərdən keçirir.

Cinsin bioloji və sosial anlayışının fərqləndirilmə zəruriyyəti haqqında idealar ilk dəfə olaraq Marqaret Midin “Üç primitiv cəmiyyətdə mövcud olan cins və temperament” adlı elmi işdə öz əksini tapmışdır. O qeyd edir ki, gender bioloji olaraq yox, sosial olaraq, mədəniyyətin vasitəsilə müəyyən edilir, mədəniyyətcə və tarixən nisbidir. Əvvəlcə bu anlayış feminist nəzəriyyəsi tərəfindən qəbul edilmiş sonralar isə elmi tədqiqatlarda belə cins və gender anlayışının bir –birindən ayrılması həyata keçirilmişdir.

Tarixən “cins “ və “gender” anlayışlarını fərqləndirmək cəhdi ilk dəfə olaraq 1968-ci ildə psixoloq Robert Stoller tərəfindən göstərilir. Kaliforniya universitetində o, transseksualları tədqiq edərək belə qənaətə gəlir ki, transseksuallıq üzərində cərrahiyyə əməliyyatını aparıb onun gender uyğunluğuna nisbətən onun cinsini dəyişmək daha asandır.

Gender anlayışının elmə daxil edilməsinin bir sıra səbəbləri mövcuddur. Bu səbəblər bunlardan  ibarətdir: Təhlili bioloji səviyyədən sosial səviyyəyə endirmək; cins anlayışının sinif və irq kimi əsas kateqoriyalara aid olmasını sübut etmək.

Gender anlayışı əksər hallarda sosial cins deməkdir. Bu anlayış kişi və qadın cinslərinin müxtəlifcəmiyyətdə davranış normalarının məcmusu deməkdir.

Bəzi alimlər “gender” terminini qəbul etmir. Əvəzinə “ qadın tədqiqatları” ifadəsini işlədirlər. İngilis sözü olan “gender” cinsi bildirir. Humanitar mənada istifadə edilən bu söz “ sosial cinsi” bioloji cinsdən fərqləndirmək vəzifəsini daşıyır. Bioloji cins bütün sənəd və anketlərdə “sex” kimi qeyd olunur. “ Sex” sözü istifadə olunarkən (azərbaycanca “cins” ) insanın bioloji tərəfi, yəni onun cinsi mənsubiyyəti nəzərdə tutulur.

Analitik termin mənasında “gender” sözünü elmi ədəbiyyatda ilk dəfə 1961-ci ildə amerikalı tarixçi Coan V.Skott öz  “Gender: tarixi təhlilin əhəmiyyətli vahidi” məqaləsində istifadə etdi. Burada deyilir: “Gender –  …cinslərin fərqlərinə əsaslanan sosial münasibətlərin elementi, hakimiyyət münasibətlərini birləşdirən əsas yoldur”

“Gender” terminin tədqiqatlarda istifadəsinin əsas məqsədi- “cins insan mədəniyyətinin məhsuludur” fikrini təsdiqləmək və ondan bəhrələnməkdir.

Tarixdə gender tədqiqatları qadınların tarixdə qoyduqları izin aşkarlanması, tarixi hadisələrə onların, həmin hadisələrin isə onların həyatına etdiyi təsirin müəyyən olmasını nəzərdə tutur. Hal-hazırda gender tədqiqatlarıın mərkəzində qadın və kişilər arasındakı fərqlər , onların xüsusiyyətləri, əsas keyfiyyətləri haqqındakı təsəvvürlər durur. Bu məlumatlar maskulinik (kişilik) və feminilik (qadınlıq) adları altında öyrənilir.

 

Qaynaq:

1.Gender elminə giriş. 1-ci cild Bakı 2005

Gender elminə giriş 2-ci cild Bakı 2005

Məmmədova F- Azərbaycan tarixində gender aspekti

 

Redaktə etdi: Şəfiqə Babayeva

1 ŞƏRH

  1. Gender kimi önəmli mövzuya toxunan bu məqalə üçün müəllifə təşəkkür edirəm. Gender və ya sosial cinsiyyət anlayışı gözəl izah olunub, amma başlıqda mövzunun məzmununa uyğunsuzluq olduğunu düşünürəm. Məqalədə də ifadə olunduğu kimi, sosial olaraq inşa edilən şey cəmiyyətdə cinsiyyət rollarıdır (gender), cins deyil. Cünki, cins bioloji bir kategoriyadır və insanın kişi və ya qadın olması (bioloji cəhətdən) cəmiyyət tərəfindən təyin olunmur. Amma məqalədə də ifadə olunduğu kimi, qadın və ya kişinin rolları, statusu, vəzifələri cəmiyyət və mədəniyyət tərəfindən müəyyənləşdirilir. Buna görə də, “Cins mədəniyyətin məhsuludur..” yerinə Gender və ya “Cinsiyyət rolları” ifadəsi işlənməlidir. Hörmətlə.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin