Dahi bir nevroloq: Ziqmund Freyd

0

 

Nevrologiyadan, psixologiyadan ya da psixiatriyadan bəhs etdiyimizdə ağlımıza ilk kim gəlir?

Psixoanaliz hipotezlərindən bəhs edildiyində, ruhi xəstəliklərin araşdırmalarına baxıldığında onun adını eşitmisiniz. Bəli Ziqmund  Freydi  nəzərdə tuturuq. Bu yazıda onun elm dünyasında rolundan, teoriyalarından, və qısaca həyatından bəhs olunur.

Ziqmund Freyd 6 may 1856-cı ildə Avstriya-Macarıstan İmperiyası (bu günkü  adı-Çex Respublikası). O Avstriyalı bir nevroloqist və psixoanalizin banisidir. Miliyyətcə yəhudidir. Latınca,fransızca,ingiliscə,ispanca,italyanca, ibranicə bilirdi. Kiçik yaşlardan bacarığını qiymətləndirən valideynləri onu hər zaman dəstəkləyirdilər. 4 otaqlı evlərində 8 nəfər yaşayarkən 1 otağı işləməsi üçün ona vermişdilər. Tibb təhsili almış və təhsil dövründə ətrafdan yəhudi düşmanlığına məruz qalmışdır. 1881-ci ildə tibb təhsilini bitirdikdən sonra, 1883-cü ildə nevropotoloq və beyin anatomiyası mütəxəssisi olan Dr. Thedor Maynertin yanında psixiatr kimi işləmişdir. Sonradan kokain üzərində işləmiş və həmçinin özü başda olmaqla bütün ailə üzvlərində kokaini yoxlatmışdır. Yetkin yaşlarına qədər də istifadə etdiyini öz məktublarında təstiq etmişdir.O zaman gənc alim kokaini astmanın, depressiyanın, nevrozun dərmanı kimi istifadəsini məsləhət görüb.Sonralar yaxın dostu Ernst fon Flyayşl kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün uzun zaman lazım olub.

Daha sonrakı illərdə universitet dostu olan Breyerlə birlikdə hipnoz ilə xəstələri müalicə etməyin üstündə işləmiş, lakin hipnozun daha effektiv bir üsul olmadığını anlamışlar. Sonrakı illərində bəlkə də işlərində ən vacib mərhələ olan azad assosiyasialar  texnikasını yaratmışdır. Bu metodda “xəstənin həddindən artıq davranışının  səbəbi şüuraltındakı qorxuducu, ürküdücü,rahatsız edici  ya da basdırılmış hadisələr və düşüncələrdir” fikri hakimdir və xəstə rahat olana qədər danışdırılır və şüuraltı təmizlənir. Bu basdırılmış düşüncələrin çoxunun cinsiliklə bağlı olduğunu düşünən Freyd  Breyerlə bu mövzuda fikir ayrılığında olmuş və ayrılmışlar. Bu mövzuda  verdiyi bir konferans səbəbindən dostları və şagirdləri tərəfindən yalnız buraxılmışdır. Freydin əxlaqsız və pornoqrafik yazdığı düşünülürdü. Yenə də Freyd işlərini dayandırmamış və psixoanalizin 5 qaydasını tərtib etmişdir.

  • İnsanın inkişafı ən yaxşı cinsi arzunun dəyişən obyektləri yolu ilə başa düşülə bilər.
  • Ruhi sistem öyrəşilmiş olaraq cinsi  və vəhşi hissləri təzyiqlə saxlayar və bu istəklər düşüncələrin şüurxarici sistemlərində gizlənər.
  • İstəklər üzərindəki  şüurxarici çatışmazlıqlar özlərini yuxularda,dil sürüşmələrində və digər əlamətlərdə ifadə edər
  • Şüurxarici çatışmazlıqlar nevrozun qaynağıdır.
  • Nevroz,psixoanaliz yolu ilə şüurxarici istəklərin və təzyiqlə saxlanılmış olanların şüura geri qaytarılması ilə müalicə oluna bilər.

Ölkəsində işlədikdən sonra Freyd işlərini ölkə xaricində də tanıtmaq istəmişdir. Vyanada qurduğu psixoanaliz dərnəyindən sonra Sürixdə də Freyd dərnəyini yaratmışdır. 1909-cu ildə Klark universitetində psixoanaliz mövzusunda verdiyi konferanslarla  Amerikada psixoanalizin yayılmasında rolu olmuşdur. Lakin Amerikanı xoşlamamış, amerikanların düşuncə tərzlərini düzgün bilməmişdir. Hətta bu haqda belə deyirdi:”Amerika bir xətadır,böyük bir xəta

1933-cü ildə Hitler başa keçdikdə Freydin kitabları yandırılmışdır. Həmçinin onun ən qorxduğu şey olan şüur altındakı qaranlıq güclərin ortaya çıxması da baş tutmuşdur.

1923-cü ildə damaq xərçəngi diaqnozu qoyulmuş və 1939-cu ildə vəfat etmişdir. İllər sonra qızı Anna da atasının yolunu davam etdirmiş,psixoanalizin yayılmasında böyük rolu olmuşdur.

Qısaca olaraq psixoanalizin nə demək olduğunu aydınlaşdıraq.

Psixoanaliz bir terapiya metodudur və xəstənin basdırılmış duyğularını ortaya çıxarıb xəstənin problemlərini həll etmək məqsədilə həll yollarını göstərən  elmdir. Yaradıcısı Freyddir.Psixoanalizin əsas metodu olan azad assosiasiyada xəstə rahat şəkildə uzadılır və spontan şəkildə ağlına gələnlərin deyilməsi istənilir. Bu müalicə klinik depressiya və şəxsiyyət pozğunluqları zamanı tətbiq edilir.Ağır depressiya,psixoz,şizofreniya zamanı tətbiqi heç bir nəticə vermir. Bu müalicənin müddəti isə 20-30 seansla bitə bilər,növünə görə isə 3-5 il davam edə bilər.

Mənbə:

https://www.fizikist.com/dahi-bir-norolog-sigmund-freud/

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin