Danışıq dili əcdadlarımıza əmək alətləri düzəltməkdə kömək etmək üçün inkişaf etmiş ola bilər

0

Əgər insanları digər canlılardan fərqləndirən bir xüsusiyyət varsa, bu, dilimizdən istifadə etmək qabiliyyətidir. Bəs bu, nə vaxt və hansı səbəbdən inkişaf edib? Yeni araşdırma belə nəticəyə gətirib ki, ünsiyyət bacarığı insan təkamülünün ilk vaxtlarında meydana gəlmiş ola bilər, çünki bu, əcdadlarımızın bir-birinə daş alətlər düzəltməyi – bizim nəslimizin möhtəşəm uğuru üçün həlledici olan bir bacarığı – öyrətməsini asanlaşdırırdı.

 
Tədqiqatçılar insanların nə vaxtdan bir-birilə danışmağa başlaması barədə uzun müzakirələr aparmışlar. Təxminlər kəskin fərqlənirlər- son 50.000 il bundan əvvəlki dövrdən 2 milyon il bundan əvvəl insan geninin yarandığı qədim dövrə qədər gedib çıxır. Lakin sözlər arxeoloji yazılarda heç bir iz qoymur. Ona görə də tədqiqatçılar ilkin incəsənət və mükəmməl alət düzəltmə bacarıqları kimi simvolik qabiliyyətlər üçün proksi (əvəzləyici) göstəricilərdən (indikatorlardan) istifadə ediblər. Lakin bu dolayı yanaşmalar dilin mənşəyi haqqında mübahisələri həll edə bilməmişdir.

 

Bu dəfə Berkleydə Kaliforniya Universitetinin psixoloqu Tomas Morqanın rəhbərlik etdiyi komanda problemə tamamilə başqa tərəfdən yanaşıblar. Alət düzəltməni danışıq bacarıqları üçün əvəzədici (proksi) hesab ətmək əvəzinə, o və onun həmkarları dili belə alətləri düzəltməyi öyrənməkdə müasir insanlara kömək etməsi yönündən araşdırıblar. Tədqiqatçılar Birləşmiş Krallıqda komandanın bir neçə üzvünün əsaslandığı St. Andrews Universitetindən 184 tələbəni təcrübəyə cəlb etmiş və onları beş qrupa bölmüşlər.

 

Arxeoloqlar hər bir qrupda birinci şəxsi ilk insanların təxminən 2.5 milyon il əvvəldən başlayaraq istehsal etdiyi çox sadə daş hissələrin (lopalar) aid olduğu Oldowan alətləri adlı artefaktları (qədim maddi mədəniyyət nümunələri) necə yaratmağı öyrətdilər. Bu texnologiya 1930 – cu illərdə arxeoloqlar Luis və Meri Likeyin Tanzaniyada alətlər aşkar etdiyi məşhur Olduvai Gorge adı ilə bağlıdır və daş “çəkic” ilə daş “mil”i vurub, heyvan öldürmək üçün daş hissəni (lopanı) kifayət qədər iti etməkdən ibarətdir. Faydalı lopa (flake sözü başqa cür tərcümə olunmur, sən də bax) istehsal etmək məhz mili düzgün yerə və düzgün bucaqdan vurmağı tələb edir.

 
Hər beş qrupun tələbələri müxtəlif üsullarla Oldowan lopalarını istehsal etməyi öyrəniblər. Birinci qrupun subyektlərinə mil, çəkic və hazır lopa nümunələri təqdim olunub və belə nümunələr hazırlamaq xahiş olunub. Növbəti qrupda ikinci tələbə alətləri düzəltməyi heç bir ünsiyyət qurmadan, sadəcə birinci subyektə baxmaqla və onun etdiyini təkrarlamaqla öyrənib; üçüncü qrupda subyektlər jestlərdən istifadə etmədən nə etdiklərini bir-birlərinə göstəriblər; dördüncü qrupda danışmağa deyil, lakin jestlərə və işarə etmələrə icazə verilib, beşinci qrupda isə “müəllim”ə izn verilib ki, tələbəylə danışsın və nə lazımdırsa, desin.

 
Hər bir qrupda növbəti mərhələdə tələbə müəllimə çevrilir. Bu qaydada araşdırma komandası ümumilikdə 6000 lopa hazırlayan Oldowan alətlərinin beş müxtəlif “ötürmə zənciri”ni yaradıblar. Nature Communictaions –da onlayn qaydada dərc olunan təcrübənin nəticələri heyrətamiz olub. Gözlənildiyi kimi, tək əyləşərək və sadəcə millərə, çəkiclərə və lopa nümunələrinə baxaraq Oldowan lopalarının “əks layihələndirməsi”ni həyata keçirən subyektlər çox məhdud müvəffəqiyyət qazanıblar. Lakin digərlərinin alətləri necə düzəltməsinə sadəcə baxan tələbələrin müvəffəqiyyəti bir qədər artıq olub.

 

Yalnız jestlə və sözlə öyrətməyə icazə verilmiş qruplar alət düzəltmə bacarıqlarının bir sıra göstəriciləri üzrə əks layihələndirmənin – məsələn, həyat qabiliyyətli olmaq üçün kifayət qədər uzun və iti istehsal olunan lopaların ümumi sayı və həyat qabiliyyətli lopaların istehsalı ilə nəticələnən zərbələrin payı baxımından – baza səviyyəsindən xeyli yüksək nəticələr göstəriblər. Məsələn, tədqiqat komandası aşkar etmişdir ki, jestlə öyrətmə tək zərbə ilə həyat qabiliyyətli lopa istehsal etmə ehtimalını ikiqat, sözlə öyrətmə isə – dörd qat artırıb.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, hətta 2 milyon il əvvəl məlum olan ilkin alət düzəltmə texnologiyasının müvəffəqiyyətlə yayılması öyrətmək bacarığını və yəqin ki, həmçinin danışıq dilinin başlanğıcını zəruri etmişdir – tədqiqatçılar bunu ilkin dil (proto dil) adlandırırlar. (Bir çox tədqiqatçılar hesab edir ki, jestlə ünsiyyət danışıq dili üçün başlanğıc olmuşdur, onun effektivliyi bu təcrübələrdə izah oluna bilər). “Oldowan alətlərini düzəltmək üçün bacarıqlarını paylaşılması ilk insanlar üçün faydalı üstünlüklərə səbəb olmuş ola bilər”, Morqan bildirib, “məsələn heyvanları öldürməkdə”; sonra isə Darvinin təbii seçməsi primitiv dil bacarıqlarını tədricən inkişaf etdirmiş, nəticədə isə ilkin dilin (proto dil) bu gün danışdığımız mükəmməl, semantik cəhətdən mürəkkəb çevrilməsinə gətirib çıxarmışdır.
“Bu, çox həyəcanlandırıcı məqalədir,” Avstraliya St. Lusiya Queensland Universitetinin psixoloqu deyib, “çünki o, insan təkamülündə həlledici olan bir kontekstdə simvollar və öyrətmə bacarığının ötürülməsini çox gözəl şəkildə nümayiş etdirir.” Dietrix Stout Atlanta EmoryUniversitetinin arxeoloqu belə şərh verir, “məqalənin əsas gücü ondadır ki, o, daha çox intuisiya və ümumi şəkildə yanaşılan məsələlərə təcrübi yanaşmanı qəbul edir.”
Suddendorf komandanın təfsirlərini “ağlabatan” və “inandırıcı” hesab etsə də, təcrübi nəticələrin onların arxasında dayanan nəzəriyyə üçün birbaşa sübut kimi qəbul edilməsinden ehtiyat edir. Bir şey nəzərə alınmalıdır ki, Suddendorfun qeyd etdiyi kimi, subyektlərin “dilləri artıq var və danışıq dili ilə böyüyüblər”, buna görə də onların bir-birilə danışaraq, ilk əcdadlarımızdan daha effektiv öyrənə bilməsi ehtimal olunur.
Birləşmiş Krallıqda Kembric Universitetinin arxeoloqu Ceri Shipton deyilənlərlə razılaşır. “Bu məqalə, ola bilsin ki,öz şərhlərindən çox uzağa gedir,” o bildirib, “çünki subyektler danışıq dili ilə böyüyüblər, ilk insanlar kimi daş alətlərlə böyüməyiblər”. Araşdırmanın digər zəif cəhəti, Stout əlavə edir, subyektlərə alət düzəltmə texnologiyalarını öyrənmək üçün yalnız beş dəqiqə, Oldowan hissələrini (lopaları) istehsal etmək üçün isə 25 dəqiqə vaxt verilib. Əgər onlara çox vaxt verilmiş olsaydı, Stout qeyd edir, əlavə təcrübə “ötürmə şəraitlərində aşkarlanan hər hansı fərqi aradan qaldıra bilərdi.”

 

Mənbə; sciencemag.org

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin