Dişi bonobolar öz partnyotlarını seçir, bəs erkəklər necə, onlar da seçicidir mi?

0

Bonobolar hər bir yana, düzənsiz bir şəkildə cinsi əlaqədə olurlar. Həqiqətən, tamamilə, düzənsiz. Ancaq dişi bonoboların cızdıqları bir sərhəd var, ki bu sərhəd də “cəlbedici olmayan erkəklər”ə qarşıdır.

Bonobolar Şimpanzelərin daha sülhsevər qohumları olaraq tanınır. Əgər onları hələ də tanımırsızsa, o zaman bonoboların dünyasına xoş gəldiz – burda həddindən artıq seks var. Bu o demək deyil ki, onlar durmadan seks yaşayırlar, sadəcə onlar meymunların daha çox azad ruhlu qrupudur. İnsanlardan fərqli olaraq, onların cinsi aktlara qarşı utancaqlığı yoxdur, ona görə də onlar bunu istədikləri hər yolla edirlər. Və onlar bunu, həqiqətən, çox yolla istəyirlər.

Yaxın zamanlara qədər primat bioloqları düşünürdü ki, bu cür yaşam o deməkdir ki, dişi bonobolar müxtəlif erkək tipləri ilə cütləşirlər. Onların daha aqressiv qohumları olan şimpanzelərdə erkəklərin iyerarxiyası mövcuddur və yalnızca piramidanın ən başında duran qrupun dişiləri ilə cütləşir. Bonobolar isə sevgini paylaşırlar, beləcə onlarda çoxsaylı cütləşmələrin olması məntiqli olardı.

Ancaq belə deyil. Üç bioloq Demokratik Konqo Respublikasında bonoboların cütləşmələrini izləmək üçün illər sərf etdilər və aşkara çıxardılar ki, demək olar bütün dişi bonoboların eyni bir neçə erkəyin ardıyca qaçır. Onlar öz kəşflərini Current Biology jurnalında dərc etdirdilər.

Bonobolar çox sərt iyerarxiya quruluşu hökm sürən şimpanzelərdən daha çox seçici imişlər. Bu onların yaşam tərzinə zidd düşünülə bilər, ancaq əslində məntiqlidir. Şimpanze dünyasında dişini cütləşməyə “məcbur etmək” asanlıqla qəbul edilə bilər bir şeydir və “məcbur etmək” (“coerce”) hələ çox nəzakətli kəlimədi. Əgər razı salmanın bu metodu ilə razısansa, iyerarxiyada daha aşağıda olan erkək olaraq da cütləşmə imkanın olacaq, daha güclü və daha cəlbedici rəqiblərin qədər tez-tez olmasa da. Ancaq bonobolar çox daha sülhsevərdirlər, ona görə də aşağı-səviyyləi erkəklərin heç şansı belə olmur. Bu tamamilə dişilərin seçimidir və əgər onlar daha arzuolunan birisini seçirsə – sənin üçün çox pis.

Bu dişi bonobolar üçün mükəmməl işləyir. Insanlar kimi, onlar sadəcə gözlərinin tutduğu erkəklə cütləşir. Bu ki şimpanzelərin seçdiyi zorakı məcburetmə üsulundan daha yaxşıdır. Əlbəttə ki, əgər bir dişi bonobosansa, cinsi azadlığın çox tez-tez hamilə olmağın və bütün balalrını tınha ana olaraq böyütməyin anlamına gəlir.

Dişi cinsi seçimi heyvanlar dünyasında heç də həmişə işləmir – seks üçün belə olsa. Ördəklərə baxaq. Dişi ördəklərin spiralvari vajinaları var və bu ona görə deyil ki onlar fərqli seksi sevir. Bu ona görədir ki, erkək ördəklərin o qədər tez-tez özlərini onların üstünə atır ki, dişilərdə daxil olmağa çalışan penisin qarşısını almaq üçün fiziki müdafiə mexanizmaları təkamül edib. Baxın, erkək ördəklərin də spiralvari penisləri var – sadəcə penis vaginanın əksi yönə spiralvaridir. Qəribədir ki, bu zorakı cinsi münasibətlər elə dişi seçiminin təkamül müddətində saxlanılmasının nəticəsidir. Aqressiv erkəklərə qarşı müdafiə mexanizmasının olması o deməkdir ki, dişi ördəklər hələ də (əksərən) öz partnyorlarını özləri seçirlər. Sadəcə onlar bir çox dırnaqarası aşiqlərinin istənməyən təşəbbüslərinə dözmək məcburiyyətindədirlər.

Digər tərəfdən, erkək quşlar öz gözəl lələklərini dişi seçimindən alırlar. Dişi quşlar çox təmkinli və seçicidirlər, çünki seçimi onlar edirlər, buna görə də erkəklər dişinin diqqətini cəlb etmək üçün bir-biriləri ilə yarışmaq məcburiyyətindədirlər. Nə qədər parlaq və böyük lələklərə maliksənsə, seçilmə şansın o qədər çoxdur.

Lələklər quşlar üçün cəlbedici olduğu kimi, dominantlıq da bonobolar üçün cəlbedicidir. Ona görə də, dominant bonobolar cinsi aləmdə hakimlik edir. Onlar bir-birlərinin penislərinə vəya vaginalarına toxunmağı sevən sülhsevər canlılardır. Hər cür toxunuşu, əslində.

Mənbə: http://www.popsci.com/bonobo-ladies-get-to-choose-their-mate-and-they-do-not-choose-you

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin