Disleksiya. Söz Korluğu

0

Millesin (1974) “Bacarıqsızlar çoxluğu” olaraq xarakterizə etdiyi Disleksiya adıyla tanınan bir oxuma pozğunluğu vardır.

Bu gün disleksiya olaraq adlandırdığımız bu oxuma pozğunluğunu  ilk ələ alanlar arasında Hinşelvudu (Hinschelwood) (1917) görə bilərik. Hinşelvud “söz korluğu” (Word blindness – Cecité verbale) kimi danışdığı bu spesifik oxuma çətinliyinin beyin qabığındakı bir problemdən, sinir sistemindəki bir pozğunluqdan yarandığını bildirdi.

Orton (1937) adlı alim isə “Strehosymbolia” (simvolların təhrifi) olaraq adlandırdığı disleksiyanın beyin quruluşundakı bir problemdən qaynaqlanmadığını, beynin işləməsindəki anomaliyadan irəli gəldiyini və bu anomaliyanın da anadangəlmə olduğunu deyir. Disleksiyalı uşaqların oxuyarkən “inversion” (qar raq kimi tərs çevirmə) səhvləri etdiklərini, bəzi hərfləri güzgüdən görürlərmiş kimi tərs yazdıqlarını, bənzər hərfləri də bir-birlərilə qarışdırdıqlarını qeyd edər.

A.Rey disleksiyanı hissi və zehni fəaliyyətlərin əsasındakı görmə, eşitmə və şifahi ifadə əlaqələndirilməsini idarə edən beyin quruluşundakı anomaliyaların və hissi pozğunluğun nəticəsi olaraq ələ alır.

Fransız cərəyanı üçün disleksiya danışıq və yazı dilinin əsasındakı simvolik fəaliyyətin düzgün formalaşmamasından, qavrama və hərəkət pozğunluqlarından, məkanı və zamanı uyğunlaşdırma kifayətsizliyindən yaranan bir pozğunluqdur.

Disleksiya haqqında bu elmi izahları bir kənara qoysaq mütəxəssislərin araşdırmalarına söykənərək disleksiyalı uşaqların bu xüsusiyyətlərə sahib olduqlarını söyləyə bilərik:

  • Normal ya da normal yaxın bir zəka səviyyəsi, lakin analiz və birləşdirmə edə bilməmə, oxşarlıq qura bilməmə
  • Özünü rahat ifadə edə bilməmə
  • Hərəkətlərdə qeyri-sabitlik, qərarsızlıq
  • Laterallaşma problemi (Əl və ayaqlarda fərqli tərəflərin üstünlüyü (sağ ayaq və sol əl, sol ayaq və sağ əl)
  • İstiqamət dəqiqləşdirilməsində çətinlik (müvazinət pozğunluğu)
  • Vizual qavramada pozğunluq
  • Eşitmədə pozğunluq
  • Zaman və məkanı uyğunlaşdırma problem
  • Hissi pozğunluq

Disleksiyalı uşaqda bu xüsusiyyətlərin hamısının və yaxud da bir neçəsinin olması, oxuma, yazma ilə bağlı bəzi səhvlərin olmağına səbəb olur. Disleksiyalı uşaq oxuyarkən tələffüz səhvləri edir; səhv oxuyar; söz, hərf ötürür (oxumaz) və ya əlavə edir; durğu işarələrini səhv qoyur, doğru oxuya bilmədiyini də anlaya bilmir. Yazarkən hərfləri deformasiyaya uğradır; yazıları doğru köçürə bilmir; yazdıqlarını sətirə və səhifəyə doğru olaraq yerləşdirə bilmir. Sözləri səhv yazır.

Disleksiya məktəb vaxtı, bağça və uşaq oxumağa başladığı vaxt yaranan bir pozğunluq deyil, uşaq oxumağı öyrənməyə başlayanadək gizli qala bilən bir pozğunluqdur (xüsusən zəkalı uşaqlarda). Əsasən, disleksiyalı uşağın məktəbəqədər müddətdə də dil inkişafı, hərəkət qabiliyyəti və məkanda yönəlmə baxımından problemləri olur, ancaq bunlar diqqət çəkməyə bilir.

Edilən tədqiqatlar disleksiyanın kişilərdə qadınlardan üç dəfə daha çox görüldüyünü, disleksiyalı uşaqların 70 %-nin də ailə üzvlərindən bir və ya bir neçəsində danışıq və ya oxuma problemləri olduğu üzə çıxmışdır.

Delakato (Delacato) kimi mütəxəssislər disleksiyanı “serebral dominantlıq” teoremiylə izah etməyə çalışırlar.  Serebral dominantlığın(üstünlük) “lider” olmaması və yaxud  nevroloji inkişafın gecikməsi səbəbilə yaranan laterallaşma (əl və ayaqlarda fərqli tərəflərin üstünlüyü) və yönəlmə pozğunluğu disleksiyaya səbəb olduğunu irəli sürdülər. Sinir sisteminin inkişafı tamamlanmayan uşaqlarda danışma və oxuma pozğunluqlarının yarandığını bilinir. Tədqiqat nəticələri bu açıqlamaları doğrulayacaq halda olsa belə mütəxəssislər sübut olunmamış olan bu açıqlamaların qismən doğru ola biləcəyini ancaq dəqiq olmadığını müdafiə edərlər.

Disleksiyalı uşaqların müşahidə edildiyi yüzlərlə tədqiqatda səbəb haqqında dəqiq bir açıqlamanın olmadığı diqqəti çəkir. Halbuki oxuma pozğunluqlarının müalicəsi baxımından pozğunluğun səbəbinin müəyyən edilməsi böyük əhəmiyyət daşıyır. Disleksiyalı uşaqların yenidən aldıqları təhsildə göstərdikləri xüsusiyyətlərə görə müalicə proqramları hazırlanır. Digər oxuma pozğunluqlarının aradan qaldırılması və yaxud da azaldılması barədə aparılan tədqiqatlara gəldikdə isə hər oxuya bilməyən uşaq ayrı olaraq ələ alınır, oxumasına maneə törədən amil və ya amillər tədqiq edilir, hər uşaq üçün ayrı bir müalicə proqramı və metodu hazırlanır. Oxuma çox mürəkkəb bir proses, insan da mürəkkəb bir orqanizm olduğundan oxuma pozğunluğu yaradan faktorlar da çox növlü olduğu üçün hər oxuma pozğunluğu ayrı bir hadisə olaraq ələ alınmalıdır.

1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən öyrənmə fərqliliyi kimi tanınan  disleksiya xəstəlik deyildir və yetkinlərdə də görünən, anidən ortaya çıxa bilən bir fərqlilikdir.

Albert Eynşteyn, Pyer Küri, Tomas Edison, Aleksandr Qrem Bell, Orlando Blum (digər məşhur disleksiya xəstələrinin siyahısı) məşhur disleksiyalı şəxslərdəndir.

Bir də son olaraq mövzuyla əlaqədar (izləməyənlər üçün) Əmir Xanın(Aamir Khan) Taare Zameen Par (tr: Her Çocuk Özeldir) filmini tövsiyə edirik.

Qaynaq: Evrim Ağacı NTV.COM.TR

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin