Düşüncə Dünyasının Kölgədə Qalanları:Qadın Filosoflar

1

“Insan əsasən nə qadındır, nə də kişi. Cinsiyyətin fərqli olmasının məqsədi ,  cinsə məxsus olan forma fərqini yaratmaq deyil , törəməyə yaramasıdır “

Maria Le Jars de Gournay : Qadınlarla kişilərin bərabərliyi haqqında)(Égalité des hommes et des femmes)

Bu sətirlər Renesans dönəminin filosoflarından  ; Maria Le Jars de Gournay ‘a aiddir. Bu adı , bəlkə də eşitməmisiniz. Gournay , kişilərin hakim olduğu bir dönəmdə geri planda qalan filosoflardan sadəcə biridir .Bugün qadın və kişi bərabərliyini müdafiə edən bizlər , qadınların bir çox mövzuda ön planda olmasını müdafiə edirik, amma tarixə səyahət etdikdə müdafiə etdiyimiz  bu fikirlərdən uzaq həyatlar qarşımıza çıxır. Oxuyacağınız bu yazıda fəlsəfə dünyasının qadın mütəfəkkirlərinə qısaca göz atacağıq.
Elm dünyasına baxarsaq məşhur fizikşünas Marie Curle kimi az da olsa qadın elm insanları qarşımıza çıxır.  Bəs, fəlsəfə dünyasında dünyasında vəziyyət necədir görəsən?
Aristotel ,Platon , Dekart…Filosoflar deyəndə ağlımıza gələn ilk isimlərin ortaq bir özəlliyi var ; hamısının kişi olması. Bunun səbəbini , düşünə bilməyin kişilərə aid bir istedad olması ilə deyil , qadınların düşüncələrini sistemli şəkildə ötürə bilmək üçün yetərli zaman və imkanlara sahib olmamalari kimi açıqlamaq mümkündür .Digər bir səbəb isə qadınların sənədlərinə kişilərdən daha az diqqət göstərilməsinə bağlı olaraq müdafiə etdikləri fikirlərin itib getməsi olaraq açıqlana bilər .
Şübhəsiz , qadın filosoflardan bəhs edərkən, dövrlərlə araşdırmaq daha məqsədəuyğun olacaqdır.

Qədim Dövrün Güclü Qadınları

Fəlsəfənin başlanğıcı çoxumuzun bildiyi kimi Qədim dövrə dayanır. Yaşadığı həyatı sorğulama , insan və dünyanı xarakterizə etmək səyləri ilk olaraq bu dövrdə , Qədim Yunanda başlayır.
Bu dönəmdə həm qadın , həm də kişi filosoflar üçün önəmli suallar var idi. Məsələn, insan niyə dünyaya göndərilmişdi , dünyadakı vəzifəsi nədir, düşüncə və hərəkət arasındakı əlaqə nədir?… və s. Bu suallara bağlı olaraq yaranan düşüncələr , fəlsəfənin təməli olaraq tarix səhifələrində yerini almışdır.
Daha öncə də qeyd etdiyimiz kimi bu dövrün məşhur mütəfəkkirləri deyiləndə qarşımıza kişi mütəfəkkirlər çıxsa da ,bu dövrdə düşüncə dünyasının önəmli qadınları da var olmuşdur. Bunlardan ilk verəcəyimiz örnək Krotonlu Theanodur. Krotonlu Theano ən məşhur Pifaqorçu qadın olaraq tarixdəki yerini almışdır. Niyə Pifaqorçu olduğunu qeyd etmək lazımdırsa, ilk qadın mütəfəkkirlərin Pifaqorun çevrəsindən çıxdığı inancı vardır. Bu çevrədəki mütəfəkkirlərin , onun riyazi bilgilərini və fəlsəfəyə dair düşüncələrinin dəstəkləyicisi və yayıcısı olduğu qəbul edilməkdədir.
Krotonlu Theano da bu mütəfəkkirlərdən biridir. E.ə 550-ci ildən sonra yaşayan Theano , eyni zamanda Pifaqorun arvadıdır. Əri kimi riyaziyyata marağı olan Theano Pifaqordan fəlsəfə dərsləri almış və ərinin ölümündən sonra Pifaqor Məktəbini idarə etmişdir. Yaxşı , Krotonlu Theano’ nun düşüncələri necədir? Theanoya görə ruh yenidən doğacaqdır , bunun üçün adam fəzilətli bir həyat sürməlidir. Sırf maddə deyə birşey yoxdur , ruh ön planda olmalıdır. Riyaziyyat və musiqi önəmlidir, çünki ikisində də saylar vardır. Belə ki , saylar  nizamı təmin edən tək ünsürdür.
Theano Pifaqor Məktəbində qızlara dərs vermişdir. Bu dərslərin böyük bir hissəsi əxlaq haqqındadır .Özünün dövrün görkəmli isimlərindən olmasına baxmayaraq, dərslərində qadının geri planda qalaraq , yaxşı bir həyat yoldaşı olaraq yetişdirilməsini anlatması maraq doğurur. Bu vəziyyət əsasən dövrün ictimai həyatını əks etdirir.

Theanodan sonra yenə Qədim dövrdə müzakirə edə biləcəyimiz digər bir sima Aspasiadır . E.ə. 460-cı illərdə yaşayan Aspasia qadın mütəfəkkir olaraq canlandırılarkən bəzi yazıçılar tərəfindən Hetaira (fahişə) olaraq xarakterizə olunan və ələ salınan da bir qadın olmuşdur. Bu nöqtə olduqca diqqət çəkicidir. O dövrdə Hetaira olaraq işləyən qadınlar , pula qarşılıq bədənlərini satırdılar. Aspasia da Afinada Hetaira olaraq işləməyə başlayır və bir Hetaira məktəbini idarə edir. Bu vəziyyət cəmiyyət içərisində alçaldılmasına yol açsa da , sahib olduğu fəlsəfə və retorik məlumatı özünə heyran buraxdırır. Əslində , Aspasia olduqca yaxşı təhsil almış bir qadındır. Sokratın ondan dərs alması və ona heyranlıq duyması Platon tərəfindən qələmə alınmışdır. Aspasia yaşadığı dövrdə insanları fəlsəfəyə yönləndirməyə çalışan görkəmli simalardan biri olmuşdur.
Qədim dövrün digər önəmli bir siması da Hypatiadır. Eramızın 370-ci illərində yaşayan Hypatia,  Yeni Platonculuğun hökm sürdüyü bir dövrdə Iskəndəriyyədə yaşamışdır. Önəmli bir filosof olmuş, eyni zamanda astronomiya və riyaziyyat ilə də maraqlanmışdır. Hypatia çətin bir dövrdə yaşamışdır. Belə ki , bu dövrdə yeni-yeni xristianlaşmanın nəticəsində xristian olmayanlara qarşį düşmənlik mövcud olmuşdur .Bu vəziyyətdən Hypatia da payını almışdır. Fəlsəfənin bu dövrdə bölücü , avtoritar pozucu bir sistem olduğu düşüncəsi onun işini daha da çətinləşdirmişdir. Buna baxmayaraq üstün zəkası ilə fərq yaradan filosof , Iskəndəriyyə Universitetində astronomiya və həndəsə dərsləri vermişdir. Hypatianın atası da özü qədər məşhur riyaziyyatçı olan Theondur. Hypatianın Platon fikirlərini müdafiə etdiyi qeyd olunur, amma təəssüf ki, günümüzə çatan bir əsəri yoxdur. Platoncu fəlsəfəyə görə, əsl gerçək görülə bilən deyil , onun arxasında olandır. Hypatianın da bu fikri dəstəklədiyi müdafiə olunmaqdadır. Hypatianın həyatı haqqında diqqət çəkən nöqtə isə ölümü ilə bağlıdır. Hypatia pagan olmaqla ,dövlət işlərinə qarışmaqla günahlandırılmış və daşlanaraq öldürülmüşdür. Nə qədər faciəvi bir vəziyyət olduğunu qeyd etməyimə ehtiyac yoxdur, elə deyil mi? Hypatianın ölümü, tarixdə qadınlara edilən zülmün tanış bir örnəyi olaraq qarşımıza çıxır.

Bu üç filosofu müzakirə etdikdən sonra qədim dövrün  qadın filosofları haqqında qısaca bunları deyə bilərik ;qədim dövrün qadın filosofları güclü xarakterə sahibdirlər , səssiz qalmaq yerinə məktəbdə dərs keçmiş, özlərinə düşmən kəsilib alçaldılsalar da , zəka və bilikləri ilə ətraflarındakıları heyran buraxa bilmişdilər.
Orta Əsrlərin Dindar Qadın Filosofları
Qədim dövrdən Orta əsrlərə keçid edərsək Xristianlıq inancına bağlı olaraq formalaşan dominant düşüncə sistemi qarşımıza çıxır. Dindarlığın get-gedə gücləndiyi bu dövrdə fəlsəfənin təsiri getdikcə azalmışdı. Bu dövrün fəlsəfəsi “Sxolastik Fəlsəfə”dir.(Scholastic Philosophy) .Bu fəlsəfənin kökü Aristotelə (Aristotle) dayandırılmaqdadır. Xristianlıq inancının məntiq çərçivəsində ələ alınmasına çalışılmışdır və buna bağlı olaraq, inkişaf edən fikirlərin ,demək olar hamısı, dini dogmalar üzərinə qurulmuşdur. Bu dövrdə qadınların roluna baxarsaq, onların yenə geri planda olduğunu söyləyə bilərik. Qadınların sxolastik fəlsəfə ilə məşğul olması qadağan olunmuşdur , lakin Mistisizm (Mysticism) ilə maraqlanmalarına mane oluna bilinməmişdir. Mistisizmə görə, insan intuisiya vasitəsilə Tanrıya yaxınlaşa bilər. Bu axıma görə, “mən” yoxdur, Tanrı vardır. Insan bu şəkildə bir gün gələcək müdrik insan halına gələcəkdir.
“Necə ki insan toza dönüşsə də , sonradan yenidən diriləcəyi üçün hər zaman var olmağa davam edəcək , əsərləri də hər zaman görüləcəkdir...”
Bu cümlənin sahibi, Mistisizm axınının önəmli təmsilcilərindən biri olan Bingenli Hildegarddır. (Hildegard of Bingen) Bingenli Hildegard 1098-cü ildə doğulmuşdur, həyatının 30 ilini bir qadın zirzəmisində keçirmişdir. Sonra isə rahibəlik andı içmişdir. Onun haqqında ən önəmli məqam , kişi monastrlarından ayrı öz monastrını qurmasıdır. Bu vəziyyət onun güclü xarakteri haqqında cüzi də olsa , bir məlumat verir. Bundan başqa, o dövrdə bir rahibə üçün qadağan olan xütbələr də deməsi və ikinci bir monastr qurması dövrün inqilab xarakterli hadisələrindən biridir. Bingenli Hildegardın düşüncə formasına baxarsaq , insan-kosmos-tanrı arasında formalaşdığını görərik .Dünya Tanrı tərəfindən tutulan bir təkərdir. Insan bu təkər içərisində müvazinətdə durmaqdadır və insanın əsl məqsədi kosmos ilə tanrı arasında balansı yaratmaqdır. Bunu “Scvias” adlı kitabında yazmışdır. Bu əsərindən başqa dürüst davranış haqqında qələmə aldığı “Liber Vintae Meritorum” və insan-kosmos arasındakı bənzətmələrə yer verdiyi “Liber Divinorum Operum” adlı əsərləri mövcuddur. Bingenli Hildegarda görə, insan və dünya iç-içədir. Din həyatın anlamıdır, ruh və bədən arasında isə bir-birini tamamlayıcı bir bağ vardır. Ruh qədər bədən də önəmlidir.Buna görə, insan yaşayarkən bədəninə də qayğı göstərməlidir.
Bu dövrün digər bir qadın filosofu Marguerite Poretedir. 1255-1320-ci illərdə yaşayan bu filosof da mistik düşüncənin təmsilçilərindən qəbul edilir. Əslində,  Marguerite Poretenin həyatı olduqca qəribədir. O din azğını olaraq günahlandırılmış və yandırılaraq öldürülmüşdür. Bunun səbəbi, “Saf ruhun aynası ” (Le Miroir des âmes simples – The Mirror of Simple Souls) adlı kitabında müdafiə etdiyi fikirləridir.  Bu kitabda Marguerite, ruhun təmamilə azad olmasının vacibliyi müdafiə etmişdir, buna görə də,insan kilsənin qaydalarından əl çəkməli və tanrı ilə qurulan bağı özü içində qurmalıdır. Bu düşüncə tərzi , Orta Əsrlər dövrü üçün olduqca cəsur düşüncələr olmuş, cəzası isə ölüm olmuşdur.
Orta əsrlərlə bağlı toxunmaq istədiyimiz bir digər filosof da Fransiz Christine de Pizandır. Pizanın dul bir qadın olması , cəmiyyət içərisində nüfuzunun az olmasına səbəb olmuşdur. Həm bu davranış tərzi , həm də gündəlik heyatın çətinliklərini yaşasa da şeir, siyasi və fəlsəfi yazılar yazması onun da güclü xarakteri olduğunu göstərir. Ən önəmli əsəri “Qadınlar şəhəri” ( La cité des dames) adlı əsəridir. Christian de Pizan bu əsərində ,əslində, bir ütopiyadan bəhs etməkdədir . Inancını itirməsə də , tənqidlər etmiş və bunu da əsərinə yansıtmışdır.
Orta əsrlərin qadın filosoflarının ümumi özəlliklərinə baxarsaq, güclü xarakterlərlə qarşılaşmağımız mümkündür. Düşüncə sistemlərini dəyərləndirdiyimizdə isə inancın hakim olduğunu vurğulaya bilərik.
Renesans( Intibah)(Renaissance) Dövrünün Parlaq Qadınları
Intibah dövrünə keçidlə birlikdə , elm və sənət də inkişaf etməyə başlamışdır. Bu dövrdə elm kilsənin inhisarından çıxmışdır. Leonardo da Vinci , Copernicus kimi simalar , dövrün dahi simaları olaraq adlarını tarix səhifələrinə yazdırmışdır .Bu dövr ,eyni zamanda ,sxolastik düşüncə tərzindən uzaqlaşıb yenidən qədim dövr fəlsəfəsinin də önəm qazandığı bir dövrdür. Bütün bunlardan başqa , Intibah cadı ovlarının da edildiyi bir dövr olmuşdur. Buna baxmayaraq, bu dövrdə də yenə qadın filosoflar olmuşdur.
“Müəyyən bir hədəfə doğru hərəkət edən hər bir şeyin bu hədəfə çatdıqda hərəkətini kəsdiyindən və bunun nəticəsində artıq hərəkət etmədiyindən şübhə duyula bilməz. Çünki onu hərəkətdə tutan və hərəkətinin hədəfi olan səbəb ortadan qalxdıqda zərurət olaraq təsiri də, yəni hərəkət də yox olur. Halbuki, alışılmış tərzdə sevən və sevilən obyektə bədənən sahib olmaqdan başqa bir həsrəti olmayan hər kəs, arzuladığı birləşməyi əldə edən kimi hərəkəti buraxar, artıq sevməz”.

Bu sətirlər İntibah dövrünün qadın filosoflarından biri olan Tullia d’Aragonaya aiddir. Tullia d’Aragona məşhur ” Məhəbbətin sonsuzluğu haqqında dialoq”( Dialogues on the Infinity of Love) adlı əsərində sonsuz , böyük məhəbbət haqqında düşüncələrini dilə gətirmişdir. Tullia d’Aragona , Platoncu ənənənin təmsilçilərindən biri olaraq qarşımıza çıxır. Italiyada yaşayan filosof yaxşi təhsil almışdır. Fəlsəfə haqqında etdiyi söhbətlər onu ön plana çıxarsa da , cadı və fahişə olaraq günahlandırılmaqdan qurtula bilməmişdir.
Intibah dövründə müzakirə edəcəyimiz digər bir qadın filosof isə Maria Jars de Gournaydır. 1565-1645-ci illərdə yaşayan filosof fəlsəfədən ziyadə fizika, həndəsə , tarixlə də maraqlanmışdır. Həyatında dönüş nöqtələrindən birisi filosof Michel de Montaigne ilə tanış olmasıdır. Dilin önəmi haqqında etdiyi araşdırmalar diqqətəlayiqdir. “Kişilərin və Qadınların Bərabərliyi Haqqında” adlı şah əsərini qələmə alır və bu əsərində kişi və qadının ruhən bərabər olduğunu müdafiə edir. Nəzəriyyə və praktikanı birləşdirdiyi yazılarında ictimai sistem tənqidlərinə də yer vermişdir.
Intibah dövrü qadınlar üçün cadı ovları hadisələri baxımından təhlükəli bir dövr olmaya davam etsə də , azad düşüncənin təkrar ortaya çıxması baxımından diqqət çəkir.  Bu dövrün qadın filosofları Qədim Dövrün filosoflarını ( Platon, Sokrat, … və s.) özlərinə örnək alaraq sxolastik düşüncə tərzindən azad  düşüncələr yaratmışdırlar.
Tərcümə: Lalə Yusifova

Redaktə:   Lalə Yusifova

Qaynaq: www.acikbilim.com

GLEICHAUF, Ingeborg. “Kadın Filozoflar Tarihi.” çev. Leyla Uslu.  Ankara: ODTÜ Yayıncılık, 2007

http://dergiler.ankara.edu.tr/dergiler/18/29/205.pdf

http://physics.ucsc.edu/~drip/7B/hypatia.pdf

1 ŞƏRH

  1. Aspasia mövzusunda demisiniki Hetaira (fahişə) adlanırdı.Sonra davamında isə “Hetaira” məktəbini idarə edir yazmısınız.Burda ironiya işlətmisiniz ya necə?

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin