Duyğularımız və Təkamül

0

İnsanın duyğularından əvvəl, heyvanların duyğuları əhəmiyyətlidir. Çünki duyğuların insanda təkamül etmiş və daha qədimə söykənən növləri vardır.

Digər əhəmiyyətli nöqtə, əslində duyğu dediyimiz anlayışların bizim sonradan adlandırdığımız ifadələr, hisslər, jestlər və mimikalar bütünü olduğudur. Bütün bunların kökündə duran şey sadə və ya mürəkkəb biokimyəvi reaksiyalardı.
Duyğuların və ifadələrin təkamülünün araşdırılması, 19-cu əsrə, Charles Darvinə əsaslanır. Ən müvəffəqiyyətli müşahidəçilərin biri olan Darvin, heyvanların da duyğuları olduğunu müşahidə edir və insanlardakı duyğuların onlardan bizə miras olduğunu Təkamül nəzəriyyəsi daxilində irəli sürmüşdür. Həqiqətən də bu gün edilən araşdırmalar, bütün heyvanlarda bəzi duyğuların və hisslərin yaşandığı və bunlara reaksiya verildiyini göstərir.

Müasir Təkamül nəzəriyyəsi daxilində fərqli duyğular, fərqli zamanlarda təkamül etmişdir. Hamısının təkamülü bir anda baş verməmişdir. Məsələn qorxu kimi ana duyğular, beynimizin ən alt layındakı bir bölgədə yaranır və bu qisim bizim atalarımızdan bizə mirasdır. Balaya aid hisslər isə (ananın balasına göstərdiyi sevgi / şəfqət kimi) ilk məməlilərdə təkamül keçirmiş və günümüzə qədər davam etmişdir. Utanmaq, xəcalət, günahkarlıq və qürur kimi ictimai duyğular isə ilk dəfə ictimai primatlarda təkamül etmişdir.

 

 

Yaxşı bəs bu duyğular niyə təkamül etmişdir?

Bu olduqca geniş bir mövzudur. Çünki hər bir duyğunu tək-tək ələ alıb, mənşəyini araşdırmaq lazımdır. Ancaq suala ümumi bir cavab vermək lazımdırsa, bu cavab əlbəttə ki budur: Çünki bu duyğular, ortaya çıxdıqları canlıya avantaj təmin etmişdir, istər həyatda qalmaq mövzusunda, istərsə də çoxalma/cütləşmə mövzusunda.

Məsələn: Eşq, ictimai primatlarda və ən dəqiq bir şəkildə insanlarda təkamül keçirmiş bir duyğudur. Bu səbəbdən başqa canlılara uyğunlaşdırmaq çox doğru olmayacaq. Bu nöqtədə, unutmamaq lazımdır ki ən müqəddəs hisslərdən biri olaraq görülən eşq də, müəyyən hormonlar və digər kimyəvi maddələrin beyində yaratdıqları biokimyəvi reaksiyalara verilən reaksiyadan başqa bir şey deyil.

Təbii seçmə tərəfindən cinsiliyə qatqı təmin etdiyi üçün dəstəklənmişdir. Hamımız bilirik ki, aşiq olduğumuz zaman, aşiq olduğumuz şəxsin ətrafından ayrılmaq istəmirik ya da ona yaxın olmaq istəyirik. Bu yaxınlığın cinsi birləşmə ilə nəticələnməsi çox ehtimal olunur. Bax bu səbəblə təbii seçim ilə dəstəkləmişdir.

Daha ümumi bir nümunə isə yuxarıda qeyd edildiyi kimi çox qədim atalarımızdan bizə miras qalan qorxudur. Qorxu, açıq-aşkar bir şəkildə, həyatda qalma şansını artıran bir faktordur. Çünki qorxu hissi bir çox hormonun ortaq çalışması nəticəsində hiss edilir. Və bir canlı əgər qorxursa başqa canlılara ov olmağı aşağı bir ehtimala malik olacaq. Çünki qorxan bir canlı özünü ortaya çıxarmaqdan çəkinəcək və ovçulara qarşı daha diqqətli ola biləcək. Bir ceyran aslandan qorxmalıdır, bir zebra timsahdan qorxmalıdır, bir insan yırtıcıların çoxundan qormalıdır. Çünki təbiət başdan başa qəddarlıqdan ibarətdir.

Duyğularımızın bir qisimi irsi, bir qisimi isə ətrafdan əldə edilir. Bunlar, hələ davam edən araşdırma mövzularıdır. Ancaq daha əvvəl də ifadə etdiyimiz kimi, bir duyğunun necə təkamül keçirdiyini başa düşmək üçün atalarımıza, keçmişə baxmalıyıq.

Lakin net olaraq deyə bilərik ki, duyğuların var olmasının səbəbi ya həyatda qalmağımıza ya da cinsi çoxalmağa qatqısı olduğuna görə yaranmışdır. Bəzi hiss və duyğularımız bu ikisinə də qatqı təmin etmir kimi görünə bilər ancaq dərin və ətraflı düşünüldüyü zaman dolayı da olsa əlaqə tapa bilərik.

 

Qaynaqlarla oxuma;

http://serendip.brynmawr.edu/biology/b103/f00/web2/reineke2.html

http://www.psych.ucsb.edu/research/cep/emotion.html

http://family.jrank.org/pages/1084/Love-Attachment-Theory-Evolution-Love.html

http://www.dailygalaxy.com/my_weblog/2009/09/has-evolution-etched-fear-into-our-behavior.html

http://www.edpsycinteractive.org/topics/affsys/affsys.html

http://www.britannica.com/EBchecked/topic/185972/emotion

http://www.human-nature.com/darwin/emotion/contents.htm

http://www.shalif.com/psychology/who-win.htmhttp://en.wikipedia.org/wiki/Evolution_of_emotion

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin