Elmə töhvələr vermiş, ancaq çox az adamın tanıdığı 6 qadın alim

1

Əsrlər boyu qadınlar elmə maraq göstərmiş, ixtiralar etmişdir. Lakin onların bir çoxu  kişi alimlər tərəfindən diqqətə alınmamışdır. Ona görə də mənim aşağıda yazdığım qadınları sizin tanımamağınız normal hadisədir, lakin hamı tərəfindən bilinən bəzi ixtiraların yaradıcısının qadın olduğunu bildikdə heyrətlənəcəksiniz.

  1. Aleksandriyalı Hipateya

Tarixdə Hipateya adlı qadın filosofun olduğunu yəqin ki,

 az adam bilər.  O, IV – V əsrdə yaşamış yunanlı riyazıyyatçı, astronom və ilk qadın  filosofdur. Hipoteya qədim yunan alimi olmuş Aleksandriyalı Teonun qızı olmuşdur. Teon Aleksandriya kitabxanasının idarə edirdi. O, atasından dərs almış və sonralar Aleksandriyada müstəqil şəkildə həndəsə, fəlsəfə və astronomiya üzrə dərs demişdır. Hipoteya Platon məktəbinin davamçılarından olmuşdur. Belə fərz edilir ki, Hipoteya yerin düzlüyünü ölçən cihaz yaratmışdır. Onun əsərləri bu günə gəlib çatmamışdır, ona görə də onun fəlsəfi fikirlərı haqqında dəqiq məlumat yoxdur, lakin onun atası Teon ilə yazdığı bir neçə kitablar aşkar dedilmişdir, bunlara “Diofantın həndəsəyə aid 13-cü kitabına rəy”, “Astromonomik kanon” və s. aiddir. Hipateya Aleksandriyanın şəhər hakimiyyətində də iştirak edirdi, onun şəhər prefekti Oresta təsiri var idi. Bu episkop Kirillə mane olurdu. Hipateya xristian dininin yayıldığı dövrdə paqanizm dininin üzvü idi və xristian olmaq istəmirdi. Episkop Kirill Hipoteyanı cədugər elan etdi və 415-ci ildə Epikop Krillin tərəfdarları Hipateyaya hücum etdilər, əvvəlcə onu daşladılar, daha sonra isə dərisini soyub tonqalda yandırdılar.

     2.Emili dyu Şatle

17 dekabr 1706-cı ildə baron ailəsində anadan olan Şatle riyaziyatçı, fizik, filosof olmuşdur, onu ən çox məşhur filosof  Volterin ilham pərisi olmağı ilə tanıyırlar. Şatlenin atası Lui Nikola Le Tonnelye  dövrün əksinə olaraq qızına monastır təhsili verməmiş, onu astronomiya, riyaziyyat, fizika ilə tanış etmişdir. Emili 12 yaşında artıq sərbəst şəkildə latın, italyan, yunan, alman dillərində danışa bilir, az sonra bu dillər arasına o, ingilis dilini də əlavə etmişdir. Onun kitab almağa pulu çatmayanda o, riyazi hesablamalar apararaq qumar vasitəsilə pul qazanırdı. 16 yaşında Emili markiz Klod dyu Şatle ilə evlənmişdir. 1735-ci ildə o, dövrün dahilərindən sayılan Yohann Bernulli ilə məşğul olurdu. 1733-cü ildə markiza Volter ilə tanış olur və onlar sevgili olurlar. 1734-cü ildə Volter Şatlenin Şampandakı evinə köçür və onlar burada 15 il yaşayırlar. Volter bu müddətdə Şatlenin evinə kitabxana, labaratoriya tikdirir. Şatle fizika təcrübələri aparır, riyaziyyat ilə məşğul olurdu. Onun köməyi ilə Volter özünün əsas fəlsəfi işlərindən biri olan “Nyuton fəlsəfəsinin əsasları”-nı yazır. Kim bilir, əgər Emili dyu Şatle Nyutonun “ Natural fəlsəfənin riyazi başlanğıcı” kitabını latın dilindən fransız dilinə Volter üçün tərcümə etməsəydi Volter yenə də filosof ola biləcəkdimi? Emili qadınların əl atmadığı Leybnisin fəlsəfəsi haqqında, alovun təbiəti haqqında, xoşbəxtlik haqda, Tanrının varlığı haqqında yazmışdır. 1733-cü ildə Şatle və Volter birlikdə Fransa akademiyasının ən yaxşı alovun təbiətinə aid iş haqda keçirtdiyi müsabiqəyə qatılırlar. Mukafatı Leonard Eyler alsa da , onların işi 1744-cü ildə Fransa Akademiyasının hesabına dərc edilmişdir. 1746-ci ildə Şatle Baloniya akademiyasının üzvü olur, o dövrdə Paris Akademiyası qadın üzv almırdılar. Daha sonra Volter ilə Şatlenin əlaqəsi qırıldı. 1759-cu il 10 sentyabrda Emili de Şatle doğuş sonrası qızdırmadan vəfat edir. Volterin ölümundən sonra II Eketerinanın sahib olduğu “Volter kitabxanası”nda Emili dyu Şatle təxminən 300 səhifəlik yazıları hələ də araşdırılmağı gözləyir.

    3. Ada Lavleys


10 dekabr 1852-ci ildə Londonda anadan olmuş Ada Bayron şair Corc Bayronun qızı olmuşdur. O, tarixdə ilk proqramist idi. Onu daha çox Bebbic tərəfindən qurulmuş hesablama maşınını yaratması ilə tanıyırlar, Ada elmə “sikl”, “işçı kamera” terminlərini gətirmişdir. Uşaq yaşlarından dəqiq elmlərə və daha çox riyaziyyata maraq göstərmiş Ada, Bebbicin loqarifmik hesablama maşınından başı çıxan ilk qadın olmuşdur. Öz epoxasının ən ağillı qadınlarından biri olsa da , onun adı ölümündən onillikər sonra tanınmışdır və o, hələ də öz kişi kolleqlərinin kölgəsində qalır. İnformatika haqqındakı bir çox kitablarda onun haqqında bir cümlə belə yazılmayıb. Ada Lavleys o dövrün seçilən insanları iə yaxından tanış idi, bunlar arasında Çarlz Dikkens, Maykl Faradey, Devid Bryuster vardır. Lakin onun həyatında ən böyük hadisə onun gənc riyaziyyat professoru Çarlz Bebbic ilə tanışlığı olmuşdur. Onunla tanışlıqdan sonra Lavleys özünün 20-ci rəqəmə qədər dəqiliklə hesablaya bildiyi loqarifmik hesablama maşınını ixtira etdi. Məhz bu maşın daha sonralar tarixdə ilk hesablama maşını adını almışdır.

    4. Gertruda Bell

Gertruda Bell dövrünün seçilən qadınlarından olmuşdur. O, həm coğrafiyaşünas, həm şərqşünas, cəsus, kralların məsləhətçısı olmuşdur. I dünya müharibəsindən sonra o, yaxın şərqin xəritəsini çəkmişdir. Bellin bir çox naliyyətlərinə baxmayaraq onun adı uzun illər yaddaşlardan silinmişdir və ancaq bu yaxın onilliklərdə gündəmə gəlmişdir. Gertruda Marqaret Loutayn Bell 14 iyul 1968-ci ildə siyasətçi və maqnat olan Tomas Xyu Bellin ailəsində anadan olmuşdur. Gənc Gertruda oxumaq istəyirdi. 16 yaşı olanda o, Londona köçdü, artıq 20 yaşı olanda Oksfordda yeni tarix üzrə təhsilini bitirmişdi. Gertudanın evlənmək yaşı çatmışdı, lakin üç il ballara səyahətdən sonra Gertruda öz həyatını dəyişdirmək qərarına gəldi. Az bir müddət ərzində o tanınmış alpinist oldu və həm də ərəbistanda aparılan etnoloji arxeoloji araşdırmalarda iştirak etdi. O, bu haqda bir neçə kitab yazdı və bu kitablar bestseller oldu. 1892-ci ildə Tehranda fars dilini öyrənməyə başladı. Orada o, hakimiyyətə təsiri yüksək dairələrdən insanlarla, ofiserlərlə, Hindistanın vitse-prezidenti ilə tanış oldu. Gertruda Bell gənc kolleqası Ərəb Lourens ilə indiki İordaniyanın ərazisində və İraqda Xaşımit sülaləsinin hakimiyyəti almasına kömək etdi, onların sərhədlərinin qoyulmasında vacib rol oynadı. 1925-ci ildə o son dəfə Londona gəldi və elə orada da ağ ciyər iltihabına tutuldu. Çarəni o özünün ikinci vətəni olan Bağdadda axtarırdı, lakin sağalandan sonra Londonda kiçik qardaşının tifdən öldüyünün xəbərini aldı. 12 iyun 1926-cı ildə xidmətçı Gertruda Belli ölü tapdı, onun yanında yuxu dərmanı var idi. Onu Bağdadda dəfn etdilər. Bell bütünlüklə ərəb xalqına bağlı bir insan idi, ona həm xalq, həm də qəbilə başçıları hörmət edirdilər. Orada onu “Səhranın kraliçası”, “İraqın anası” deyə adlandırırdılar.

   5. Mariya Küri

Polşa əsilli fransız alim Mariya Küri ilk məşhurlaşmış qadın alim olmuşdur. O, həm fizika üzrə, həm də kimya üzrə nobel mükafatı almışdır. Küri həm ilk nobel mükafatı alan qadın, həm iki dəfə nobel mükafatı alan ilk insandır. Mariya Skolovodskaya 1867-ci 7 noyabrda Varşavada anadan olmuşdur. Onun doğulmasından 75 il əvvəl Polşa üç dövlət arasında bölünmüşdü: Rusiya, Prussiya və Avstriya arasında. Mariyanın atası rus çarı tərəfindən qadağan olunmuş polşa tarixinə həmişə maraq göstərirdi, ona görə də özünün məktəbdəki riyaziyyat və fizika müəllimliyi işindən atılır. Onun sonrakı işi ailəni təmin edə bilmirdi, ona görə də əvvəlcə Mariyanın kiçik bacısı, sonra isə anası vəfat etdi. Mariyanın atası üç qızını və bir oğlunu dolandırmağa çalışırdı, amma onların təhsilini də unutmurdu. Mariyanın qardaşı Sobronn universitetində tibb oxuyurdu, bacısı Bronislava isə avropada təhsil almaq istəyirdi, çünki onların yaşadığı şəhərdəki universitet 1915-ci ilə qədər qadın tələbə qəbul etmirdi. Pul yığıb xaricdə təhsil almaq üçün Mariya repetitor işləməyə başladı. 1891-ci ildə Mariya nəhayət Parisə gedə bilir və o, Sobronn universitetinə 5 noyabrda daxil olur, 15 il keçəndən sonra isə o, həmin universitein ilk qadın professoru oldu. Mariyaya metalların maqnitləşmə qabiliyyətini araşdırmaq üçün yerə ehtiyacı var idi və beləliklə o, Pier Küri ilə tanış olur. 1897-ci ildə Mariya Küri iki element kəşf etdi: Pollonium və Radium. 1903-cü ildə Küri və Anri Bekkel fizika üzrə nobel mükafatını bölüşdülər. 1911-ci ildə isə o, kimya üzrə Radium və Polloniumu kəşf etməsinə görə Nobel mükafatı aldı. Mariya Küri Radium üzrə eksperimentlər apararkən belə düşünürdü ki, radioaktivlik günəş işığı vasitəsilə yaranır, buna görə də radiasiyadan qorunmurdu və elə buna görə də 1934-cü il 4 iyulda xronik radioaktiv işıqlanma xəstəliyindən vəfat etmişdir.

    6. Xedi Lamarr

Xedi Lamarr öz aktrisalığı ilə məşhurlaşsa da halhazırda wi-fi, 4K, LTE sistemlərinin əsası olan bir sistem yaratmışdır. İndi bütün dünya məhz onun sayəsində mobil telefonlardan, simsiz internetdən istifadə edir. Xedviqa Eva Mariya Kisler 1914-cü ildə Vyana şəhərində anadan olmuşdur. Onun anası Qertruda Kisler varlı yəhudi ailəsindən olan pionist idi. Xedviqa 16 yaşı olanda evdən gedir və teatr məktəbinə daxil olur. Bundan sonra kinolarda çəkilməyə başlayır. O, bir çox Hollivud filmlərində oynamışdır, lakin onun məşhurluğu Merlin Manronun səhnəyə gəlməsi ilə azalmağa başladı. İkinci dünya müharibəsi davam edərkən o, müharibənin qazanılmasına kömək etmək istəyirdi. 1942-ci ildə torpedaları uzaq məsafədən idarə etməyə kömək edən sistem yaratdı. Lakin onun “Adlayan tezlikər” sitemi yalnız illər sonra maraq oyatdı. 1942-ci ilin avqustunda Xedi Lamarr “Gizli komunikasiya əlaqəsi” adı ilə sisteminə patent aldı. O öz sistemini lazimi insanlara göstərəndə onun ixtirasını qurula bilməyəcək qədər çətin olduğunu dedilər. Lakin yarım əsrlik bir vaxt keçdikdən sonra bu patent mobil rabitədən tutmuş wi-fi sisteminə qədər bütün genişləndirilmiş əlaqə üçün əsas oldu. Xedi Lamarr 2000-ci il 19 yanvarda 86 yaşında vəfat etmişdir. 1997-ci ildə Lamarra rəsmi şəkildə bu ixtirasına görə mükafat verildi. 2014-cü il isə Xedi Lamarr ABŞ ixtiraçıların şərəf zalında öz yerini aldı.

 

Mənbələr:

1.Hypatia

2.Şatle

3.Lovelace

4.Bell

5.Mariya Küri

6.Xedi Lamarr

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin