Eynşteynin kəşf etdiyini bilmədiyiniz 4 şey

2

Bir kitab klubu qurdu, arxivlərindən bir qismini bağışladığı Qüdsdə İbrani Universitetini qurdu.  Həmçinin skripka ifaçısı idi. Əlavə olaraq ezoterik, elmi nəzəriyyələrlə əlaqəsi olmayan çox kəşflər edib. İstər inanın, istərsə də inanmayın, bunların arasında, hətta bluz da var və İsveçrə patent bürosunda işlədiyi illərdə kəşfləri üçün təxminən 50 diyazn patenti almışdır. Enşteynin kəşf etdiyi bir neçə şey:

 

1) Genişlənən kostyum

Heç kökəldiyinizi və paltarlarınızın əyninizə olmadığını düşünmüsünüz? Belə görünür ki, Enşteyn də düşünmüşdü. Kökələn(!) insanlar üçün genişlənən bir kostyum kəşf etmişdi. Bu kostyumun pencəyinin 2 cür düyməsi var: Bir hissəsi pəhriz günləri üçün, digəri isə pizza və çörək günləri üçündür. Əlavə olaraq yanlarında genişlənən bəzi qəribə qol oyuqları var. Modadan uzaq duran bir adam üçün bu gözlənilməyən bir kəşfdir. Özünün dediyi kimi: “Kainatı genişlənən bir şey olaraq qəbul etdikdən sonra hörgülü xətləri (cizgiləri) geyinmək asan gəlir”

 

2) Səs yazan

 

1930-cu illərdə radio və filmlər böyük rəğbət görürdü. Enşteyn Fildişi qülləsində dünyadan təcrid olunmuş bir elm adamı deyildi. Filmlərə maraqlı idi və hətta ingilis aktyor Çarli Çaplinlə dostluq qurdu. Bəlkə də, buna görə bu elm adamının səsi yazmaq üçün bir cihaz düşünməsi bizlərə təəccüblü gəlmir.

Elektromaqnit cihazı düzəltməyi bilən birisisinizsə, bu elektromaqnit səs yazma cihazı görünüşdə çox bəsit idi. Alman mühəndis Rudolf Goldschmidt ilə oxşar cihazlar istehsal etməyə davam etdilər.

3) Özünü tənzimləyən kamera

Avtomatik olaraq tənzimləndiyi  işıq miqdarına əsaslanan bir kamera fikrini ortaya atdı. Enşteyn Alman ixtiraçı Gustav Bucky ilə bu cihaz üçün iş birliyi etdi və Bucky “avtomatik tənzimlənmə” edən çox sayda kameraya patent verdi. Kodak patentini verdikdən 5 il sonra özü əllə tənzimlənən şəkilçəkən aparat-“elektrikli göz”ü bazara çıxartdı. Enşteynin kamerasını tanıtmaq üçün işlətdiyi terminlə eynidir. (2 cihaz fərqli hazırlanmış olsa da).

4) Enşteyn-Szilard soyuducusu

Enşteyn toksiki tüstülərı sızdıran və Almaniyadakı bəzi insanların ölümünə səbəb olan soyuducunu eşitdikdən sonra yeni, daha etibarlı bir soyuducu ixtira etmək qərarına gəldi. Tələbəsi Leo Szilard ilə birlikdə, sabit bir təzyiqdə işləyən, hərhansı bir hərəkətli parçası olmayan, toksiki tüstü riskini aradan qaldıran bir soyuducu yaratmaq üçün bir araya gəldilər. Bu ikili dizayn üçün 45 fərqli patent aldı. Bu soyuducunun içini soyuq saxlamağı üçün çöldən isinməsi lazım idi. Bu da günəşlə isinən soyuducu düzəldilə bilərmi sualını ağıla gətirir. Görünən odur ki, fizika xaricində, bu mövzularda da Enşteyn zamanının ötəsində bir insan idi.

Mənbə
https://www.fromthegrapevine.com/slideshows/innovation/albert-einstein-inventor-suit-jacket-refrigerator-electric-eye-camera/page/1


Şəkil: Albert Einstein
Şəkil 2: Titima Ongkantong/Shutterstock
Şəkil 3: Hebrew University Jerusalem
Şəkil 4: Vladimir Arndt/Shutterstock

 

Yazar: Nergiz Cesur

Redaktor: Gülər Arif

2 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin