Fillər mükəmməl üzgüçüdülər

0

Bütün məməli heyvanlar doğuşdan suda üzmək qabiliyyətinə sahibdilər və bir çoxu olduqca müvəffəqiyyətli üzgüçüdülər. Tək bir qrup istisna olmaqla: quyruqsuz meymunlar. Məməli heyvanlar sinifi içərisində yalnız quyruqsuz meymunlar sonradan üzmə öyrənirlər. Sizə tanış gəldimi? Bəli, insanlar kimi! Çünki insan da bir quyruqsuz meymun növüdür!

 

2013-ci ildə edilən bir araşdırma, şimpanze və oranqutanların da üzmə qabiliyyətləri olduğuna dair bəzi təəssüratlar təqdim etsələr də, elm ictimaiyyətində hələ də ümumi quyruqsuz meymunların üzmək mövzusunda bacarıqsız olduğu fikiri hakimdir. İnsanların da arasında olduğu bu canlı qrupunun niyə üzməyi bilmədən doğulduğu hələ tam olaraq bilinmir. Ancaq bir izah, yüksək zəkalarına görə bu heyvanların çaylar kimi su yığınlarını keçmək lazım olduğu zaman təbii körpüləri və ya iki ayaqları üzərində dik dayanaraq ən dayaz yerdən gedərək keçməyi bacara bildikləri üçün nəsillər içərisində bu qabiliyyətlərini itirdikləri istiqamətindədir. Bu hipotez, hələ də təcrübə edilir.

 

 

Bununla yanaşı fillər kimi nəhəng məməlilərin belə mükəmməl bir üzgüçü olmaları təəccüblü gələ bilər. Hər nə qədər fotoşəkildə komik bir vəziyyətlər görsək də, əslində fillər ümumiyyətlə sudan qorxmurlar, tam tərsinə, suda oynamağı sevirlər. Ancaq bu anaların uşaqlarını təşviq etməsindən sonra yaşanır. Fotoşəkildəki 6 aylıq körpə fil isə, insanların qorumaq məqsədiylə qurduğu bir tələyə ilişərək ayaqlarından birini ciddi şəkildə zədələmiş bir balacadır. Mütəxəssislərin dəstəyi sayəsində əməliyyat keçirdi və fizioterapiya görüb. Bu fotoşəkil də, bir fizioterapiya seansı zamanı çəkilmiş “pis” bir anlardır. Hər nə qədər mütəxəssislər balacanı sudan çəkindiyini və yaralı ayağına görə sudan uzaq dayanmağa meyl etdiyini ifadə etsə də, sonuncu fotoşəkildə filin olduqca əyləndiyini və xoşbəxt göründüyünü görə bilərsiniz.

 

 

 

 

 

 

 

Qaynaqlar;

  1. The Sun
  2. Sci-News
  3. Mirror
  4. Quora

 

 

 

 

 

 

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin