Fiziklər Kvant mexanikası və fəlsəfə baxımından zamanın quruluşunu araşdırır

0

Nəzəriyyələrdə zamanı sonsuz kiçik aralıqlara bölmək mümkün görünsə də, fiziki baxımdan mənası olan ən kiçik zaman aralığı  10-43 saniyəyə bərabər olan Plank zamanı qəbul edilir. Bu limitin mənası iki hadisənin bir-birlərindən bu zaman aralığından daha kiçik bir aralıqda gerçəkləşə bilməyəcəyidir. Lakin yeni aparılmış tədqiqatlar nəticəsində fiziklər müəyyən etmişdir ki, fiziki olaraq mənası olan ən kiçik zaman aralığı Plank zamanından qat-qat böyükdür. Əlavə olaraq, fiziklər belə bir ən kiçik zaman aralığının Kvant mexanikası tənliklərini dəyişdirəcəyini və Kvant mexanikası fiziki sistemlərini  dəqiqliklə ölçə bilmək üçün bütün Kvant mexaniki sistemlərin təriflərinin də dəyişdirə biləcəyini göstərdilər.

Araşdırmaçılar Vaterloo (Waterloo) Universiteti və Kanadadakı Letbric (Lethbridge) Universitetindən Mir Faisal (Mir Faizal), Misirdəki İsgəndəriyyə Universitetindən Məhəmməd M. Xəlil (Mohammed M. Khalil) və Letbric Universitetindən Saurya Das (Saurya Das) “Minimum Zaman Qeyri-müəyyənliyində Zaman Kristalları” başlıqlı məqalələrini The European Physical Journal C.-də yayımladılar. “Kainatda ən kiçik zaman ölçüsü Plank zamanından daha çox böyük ola bilər və bu, birbaşa təcrübi olaraq test edilə bilər” deyə Faisal izah edir. Plank zamanı o qədər kiçikdir ki, bu ana qədər heç bir təcrübədə birbaşa araşdırmaq məqsədilə buna yaxınlaşmaq belə mümkün olmamışdır. Hal-hazırda ən həssas testlər ilə 10-17 saniyə aralığına qədər çatmaq mümkündür. Yenə də Plank zamanının varlığına Sim nəzəriyyəsi ilmək Kvant qravitasiyası (Loop Quantum Gravity) və pertürbativ Kvant qravitasiyası (Perturbative Quantum Gravity) kimi Kvant qravitasiya fərziyyələrinə nəzəri dəstək verir. Bu yanaşmaların hamısına görə, Plank uzunluğundan daha kiçik məsafələri və əlavə olaraq Plank zamanından daha kiçik zaman aralıqlarını ölçmək qeyri-mümkündür. Çünki Plank zamanı işığın vakuumda bir Plank uzunluğunun qət etdiyi müddət olaraq təyin olunur. Son yayımlanan bir neçə araşdırmadan ilham alaraq tədqiqatçılar zamanın quruluşuna dair suallara cavab tapmağa çalışırlar. Xüsusilə, uzun müddətdir müzakirə edilən zamanın kəsilən (qırıq-qırıq) yoxsa kəsilməz (davamlı) olduğu sualını ələ aldılar. “Yayımladığımız araşdırmada təbiətdə zamanın kəsikli olduğunu iddia edirik, həm də bu iddianı təcrübi olaraq sınamaq üçün üsullar önə sürürük” deyə Faisal qeyd edir. Bu, ola biləcək testlərdən biri hidrogen atomunun özbaşına şüalanma (ing. Spontaneous emission) sürətinin ölçülməsini ehtiva edir. Dəyişdirilmiş Kvant mexanikası tənliyi dəyişməmiş tənliklə müqayisədə qeyri-müəyyənlik sərhədləri içərisində qismən fərqli özbaşına şüalanma sürətini nəzərdə tutur. Hidrogenin özbaşına şüalanmasına dair edilmiş nəzəri analizlərə əsasən, araşdırmaçılar minimum zaman aralığının Plank zamanından qat-qat böyük ola biləcəyini təxmin edirlər. Lakin daha əvvəlki təcrübələrlə sabitlənmiş müəyyən bir dəyərdən daha böyük də ola bilməz. İrəlidə ediləcək təcrübələr minimum vaxt aralığına qoyulan bu sərhədi sala və ya tam dəyərini təyin edə bilər. Araşdırmaçılar ayrıca Kvant mexanikasının əsas tənlikləri üzərində qarşıya qoyulan dəyişikliklərin zamanın qəti tərifini dəyişdirəcəyini iddia edirlər. Zamanın quruluşunun nizamlı olaraq təkrarlanan diskret parçalardan meydana gəldiyini iddia edən araşdırmaçılar bunun bir kristalın quruluşuna bənzədildiyini söyləyirlər. Daha fəlsəfi səviyyədə isə zamanın kəsikli olması arqumenti zamanın davamlı olaraq axan bir şey olduğu hissinin bir illüziya olduğunu irəli sürür.

Mənbə:

“Physicists investigate the structure of time, with implications for quantum mechanics and philosophy”, http://phys.org/news/2016-02-physicists-implications-quantum-mechanics-philosophy.html

Məqalə:

“Time crystals from minimum time uncertainty.”,

http://link.springer.com/article/10.1140/epjc/s10052-016-3884-4?wt_mc=internal.event.1.SEM.ArticleAuthorIncrementalIssue DOI: 10.1140/epjc/s10052-016-3884-4

https://bilimfili.com/fizikciler-kuantum-mekanigi-ve-felsefe-acisindan-zamanin-yapisini-arastiriyor/

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin